Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | PƏRDƏNİ GÖTÜRƏ BİLSƏM... Adalet.az | PƏRDƏNİ GÖTÜRƏ BİLSƏM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

PƏRDƏNİ GÖTÜRƏ BİLSƏM...

26156    |   2012-12-07 23:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxşı ki, adamların beynimdəkilərdən, ürəyimdəkilərdən xəbərləri yoxdu, deyirəm. Yoxsa, ya gülməkdən uğunub gedər, ya da dünyanın ən qəribə adamı, ən güclü illüziyaçısı kimi adımı Ginnesin rekordlar kitabına salardılar. Məsələ burasındadı ki, mən reallığı görüb duymaqda, qiymətləndirməkdə, nəticə çıxarmaqda həmişə çətinlik çəkirəm. Arabir görəndə də onu öz fantaziyalarıma bələyib reallıqdan çıxarır, olduğundan qat-qat artıq yüksəkliyə qaldırıram. Yanımda birisinin torpağa bir çubuq basdırması yetər ki, beynimdə ucsuz-bucaqsız ormanların bənzərsiz mənzərəsi canlansın. Kiminsə haqqında bir xoş söz eşitməyim onu dünyanın yeganəsi, Allahın Yer üzünə lütfü saymağımçın kifayətdi. Qısası, bir stəkan suda elə bir fırtına qopararam ki, neçə-neçə "Titanik"i qoynunda məhv edə bilər. Yaxşı ki, xəyallarımın bu aşırı "səxavət"indən özümdən başqa kimsə zərər çəkmir. Özümə də bircə faydası olur; öz xəyalımda yaratdıqlarıma aşiq olub, heyran qalıb xoşbəxt də ola bilirəm. Ancaq çox qısa bir sürədə. Tezliklə bu mənfur reallıq üzündən niqabı götürüb boz, sərt sifəti ilə qarşımda dayanır. Bundan sonrası da əsl cəhənnəm əzabıdı ki, var. Ona görə ki, gözümdə mənfilikləri yox, müsbət olanları böyüdürəm mən. Bilərəkdənmi, bilməyərəkdənmi (bunu özüm də anlamıram) aldadıram özümü. İnsafsız, acımasız bir zülm verirəm qəlbimə də, cismimə də. Biryolluq anlamıram ki, heç kim, heç nə göründüyü kimi, özünün və başqalarının təqdim etdiyi kimi deyil. Hər şeydə bir şişirtmə, məqsəd, təmənna var. Gözəl, bəlağətli nitq ustaları bürüyüb dördbir yanımızı. Qulaq asdıqca heyran olmamaq, çaşmamaq mümkün deyil. Dedikləri kimi olsaydılar, nə vardı ki,g Sözlərin altındakı məna ya illər, on illər ötəndən sonra məlum olur, ya da ömürlük sirr olaraq qalır. Biz də ki, hələ bir-birimizin ürəyindən keçənləri oxuya bilmirikg Saray yaltağı Poloni ("Hamlet") demişkən:

Əzəldən belədir; dünyada insan

Mömin görkəmində, pir libasında

Hətta şeytanı da aldada bilir...

Bir görün, Şeytanı da aldada bilənlərin qarşısında nə qədər acizəm mən..

***

Təbii xislətinə görə kimsəni qınamaqda haqlı deyilik. Hər kəs öz "qutu"sunda gəzir...Öz içinin "qəfəs"ində boğulur...Olduğu kimi görünmək istəyənlər də var. Ancaq bacarmırlar, ola bilmirlərgQəbul oluna bilməyəcəklərindən, "qəribə" damğası vurulacağından qorxurlar. Vasili Şukşinin bir fikrini oxumuşdum nə vaxtsa. Deyirdi, bəlkə də əsl insanlar elə bizim qəribə saydıqlarımızdıg

Neyləyəsən ki, hamı özünü olduğu kimi deyil, cəmiyyətin "güzgüsü"ndə göründüyü kimi təqdim etmək istəyir. Lap ağzı-burnu əyilsə də, görkəmi eybəcər hala düşsə də...Təki onu qəbul eləsinlərg

Dərd təkcə bunda deyil ki,...Dərd həm də ondadı ki, mənim gözümdəki pərdə hər cür maskadan, niqabdan qalındı. Elə qalındı ki, özüm də onu yırtıb əsl həqiqətləri görə bilmirəm. Öz əleyhimə olanları heç görmürəm. Kimsə buna avamlıq, sadəlövhlük donu geyindirməsin. Çəkdiklərim özümə bəsdi. Çox baş sındırıram bunun üstündə. Hətta fikirlərimə qadağalar qoymaqdan da çəkinmirəm. Amma nə olsun ki,...Sözümə baxmırlar fikirlərim, düşüncələrim. Cilovu boşaldılmış at kimi şahə qalxırlar, istədikləri yerə istədikləri qədər uçurlargAmma mənzilə çatmırlar, yarı yolda qırılırlar. O gözəl düşüncələrin, xəyalların yerini yandırıcı təəssüf, peşimançılıq tutur. Beləcə ötüb keçirmi?! Yox! Bütün ağrılar, acılar düşür binəva ürəyin üstünə. Yeganə dostumuzun, sirdaşımızın...O qədər ağırlaşır ki, döyüntüləri də eşidilməz olurg. Hər şeyi qoruya bilirik ondan başqa.

Ən gərəksizlərin yükünü belə ən gərəklimizə çəkdiririk...

***

Gözüm baxa-baxa, düz üzümə adam dilində, öz ana dilimdə yalanlar söyləyirlər. Ehtiyac duyulmayan, olduğu kimi deyilməsi mümkün olan yalanlar...Necə anlayım, necə dözüm, necə yaşayım?!...

Nodar Dumbadzenin "Kukaraça" əsərindən bir epizod yadıma düşür. Kukaraçanın "bu qədər dili öyrənməyə necə vaxt çatdırmısınız?" sualına Anna İvanovna belə cavab verir: "gBiz, bütün dünyanın insanları, əslində, bir dildə danışırıq, intəhası, bir-birimizi ona görə anlamırıq ki, birimiz o birimizə qulaq asmağı bacarmırıq!"g

Kim bilir, bəlkə də bir-birimizə qulaq assaydıq, bu qədər yalanlar da eşitməzdik...

***

Gözümdəki pərdədən danışırdım yazının əvvəlində. Çox düşündüyümü, ondan qurtula bilmədiyimi deyirdim. Bəlkə çox inanmaqdan yaranır bu pərdə. Çox inanmağımız da çox oxumağımızdan. Oxuduqlarımız gözlərimizi qapadı, qoymadı real olanı görməyə. "Allaha inanmaq asandı. İnsana inanmaq lazımdı. Sən çalış insana inan". Çexovun sözləridi. Niyə çalışmalıyam? Özümü məcbur eləməyimə nə ehtiyac var ki?!... Elə bu "çalış" sözü daha çox çaşdırır adamı?!...

Bəlkə heç bu pərdəni götürməyə ehtiyac yoxdu? Bəlkə mənə çox gərəkdi bu pərdə?! Çox iyrənclikləri görməyimə mane olur. Bütün çirkinlikləri bir gözəl xəyali duvaqla örtür. Qəlbimin, ruhumun tab gətirə bilməyəcəyi çox şeyləri görməkdən qoruyur məni. Axı, elə şeylər var ki, onları görmək, bilmək çox da vacib deyil. O şeylər ki, qəlbinin bir küncündə qoruyub saxlaya bildiyin bir parça tərtəmiz dünyanı qaralaya bilərg

Və elə şeylər də var ki, onu heç kəslə bölüşmək olmur. O bakirə duyğuların kirlənməsindən qorxur ürək...

Kimsəyə açmaq istəmir...

Nə olur-olsun gözümdən götürmək istəyirəm o pərdəni...

Dünyanı və adamları olduğu kimi görə bilməkçingBəlkə bundan sonra rahat yaşaya bildim...

Çox istəyirəm bunu. Amma...hərdən qorxuram...

Hər şeyi olduğu kimi görməkdən qorxuram...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru




İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK