ANA SƏHİFƏ / YAZARLAR

ÖGEY ANA

Söz, Sən və Mən...

25896    |   2012-12-07 23:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim düşüncələrimə görə, Adəm babayla Həvva nənə ailənin bünövrəsini qoyandan sonra bu dünyanın bir çox bulanıq suları durulmağa başladı. Yəni sevginin üzərində yaranan, sevgidən bəhrələnən yeni birlik, həmrəylik, birgə yaşam forması gəldi dünyaya və dünyanın işığı, təmtərağı bir az da artdı. Arılar, kəpənəklər çiçəklərin başına bir az da çox, bir az da artıq fırlandılar, pərvanələr şamın oduna bir az daha çox yandılar. Beləcə, dünyanın artan işığı uzun zaman bir-birindən ayrı düşmüş iki cinsi, iki planeti bir-birinə yaxınlaşdırdı, onların iç dünyalarını, ürəklərini bir az da artıq işıqlandırdı. Birgə yaşayış, yəni bir ailə olmaq haqqını qazanan insan övladı əlavə dözüm də, güc də əldə etdi və beləcə dünyanın ilk ailə modeli təkmilləşməklə, zamanına, tarixinə uyğun formalardan keçib üzü bizlərə tərəf gəldi...

Dünyaya gələn ilk övladın adının nə olduğunu dəqiq bilmirəm. Deyə bilmərəm ki, Həvva nənə ilə Adəm babanın ilk züryəti kim olub. Amma onu bilirəm ki, dünyaya gələn həmin övlad ilk öncə ana deyib. Əgər o, ana deməsəydi, bəlkə də dünya indi tamam fərqli bir şəkildə, tamam fərqli bir istiqamətdə fırlanardı və biz də bu fərqli dünyanın fərqli düşüncəli, fərqli görkəmli, fərqli iddialı bəndələrindən olardıq. Çox şükürlər ki, dünyaya gələn ilk övlad ana deyib. Zaman-zaman da bütün millətlərin, bütövlükdə bütün insanların dilinin ən şirin, ən əziz, ən unudulmaz sözünə çevrilibdir ana sözü. Maraqlıdır ki, hansı dildə ifadə edilməsindən asılı olmayaraq, bu söz, yəni ana sözu adama çox doğma gəlir. Şəxsən mən adicə televiziya verilişini seyr edəndə dilini bilmədiyim hansısa bir insanın söhbət əsnasında ifadə etdiyi kəlmələrdən ana sözünü seçə bilirəm. Bu sözün mayasında nə varsa, onu bir Allah bilir, amma doğrudan şirin sözdür...

Hə, biz ana sözünün işığında yaşaya-yaşaya onun başqa bir formasını yaratmağa çalışmışıq. Amma yenisini tapa bilməmişik, yarada bilməmişik. Gücümüz əslində nə dilə, nə ürəyə, nə düşüncəyə yatmayan o böyük varlığın bütün çalarlarını ifadə etməyən bir qondarma, bir yamaq sözə çatıbdır. Ana sözünün əvvəlinə pərçimləmişik, yapışdırmışıq onu və demişik: Ögey ana!

Mən anlaya bilmirəm, ana necə ögey ola bilər. Bəli, təbii ki, söhbət hansısa bir qadının hansısa bir uşağı dünyaya gətirməsindən getmir. Söhbət ana sözündən, ana adından gedir!!!

Bütün hallarda bu adın altında, bu adın işığında və bu adın içərisində yaşayan qadın kimin dünyaya gətirməsindən asılı olmayaraq, körpə üçün anadır. Bax, bu anlamda mən "ana" sözünə "ögey" sözünü heç cür yapışdıra bilmirəm və mənim bu fikrim "Azərfilm"in məşhur "Ögey ana" filmində də sonluq kimi öz təsdiqini tapıb...

Azərbaycanın dəyərli aydınlarından biri də Əhməd Elbrus idi. Əhməd Elbrusun yaradıcılığında bir fikrə qoşulmalar var idi. Mərhum şair və filosof Əhməd Elbrus Azərbaycanın ən ünlü söz adamlarının bir misrasına kifayət qədər misralar qoşa bilirdi. O fikri ifadə edən sözlərdən yeni fikirlər ortaya qoyurdu. Bu xatırlatmaqda da məqsədim var. Nə yazımın başlığında, nə də bir az öncə xatırlatdığım məqamda mən "Ögey ana" filmini nəzərdə tutmamışam. Sadəcə, söz sözü çəkdi və mən də o filmin adını dilə gətirdim.

***

Həyatın yazılı və yazılmamış səhifələri hər kəsə bir cürə görünür. Kimi yazılanı oxuyur, kimi yazılmamışı yazır, kimi də ümumiyyətlə bu səhifələri qatışdırır bir-birinə və sonra da qalır axtara-axtara, vərəqləyə-vərəqləyə. Bu da təbiidir. Ona görə təbiidir ki, hər bir insanın özəl baxışı var və maraqlıdır ki, həmin o özəl baxışlar heç vaxt bir-birini təkrar etmir. Yadıma düşmüşkən onu da xatırladım ki, elə bu günlərin söhbətidi. Bilikli adamların birindən eşitdim ki, yer üzərində mövcud olan bütün insanların barmaq izlərini müayinədən keçiriblər, heç biri digərinin təkrarı olmayıb. Düzdür, bunun nə qədər həqiqət olduğunu mən sübut edə bilmərəm, babalı deyənin boynuna, amma çox maraqlı bir faktdır...

Hə, həyatdan danışırdıq axı. Həyatda bütün insanların özəl səhifələri var. O səhifələrdə təkcə doğum, ölüm tarixləri yazılmayıb. O səhiflərdə həm də yaşananlar, yaşadılanlar qeydə alınır. Sevinc də, kədər də, nəşə də, ələm də, sevgi də, həsrət də, hicran da, vüsal da... bir sözlə, bütün duyğular, hopur o vərəqə. Bəzən buna qayıtmaq istəyirik...oxumaq istəyirik. Onda köməyimizə yaddaş çatır və biz adını xatirə qoyduğumuz o ilahi duyğunun köməyi ilə qayıdırıq həmin səhifəyə, oxuyuruq həmin səhifəni... olanları, olmuşları təzədən yaşayırıq, təzədən təkrarlayırıq...

Mən tez-tez üz tuturam xatirələrə, tez-tez itib qalıram o səhifələrin arasında. Bilmirəm niyə? Bəlkə sən bilirsən və bilib də demirsən? Niyə? Suallar yorucu, ittihamedici, üzücü təsir bağışlaya bilər. Yaxanı qurtarmaq istəyərsən, bəhanə axtararsan, amma nə qurtara bilərsən, nə də tapdığın bəhanə, uydurduğun bəhanə bir işə yaramaz. Çünki ortada göz önündə şahid var. Şahid isə lap qara daş olsa belə həmişə gerçəyi pıçıldayır, həmişə gerçəyi əks etdirir. Odur ki, yaxanı qurtarmaq, bəhanə uydurmaq istəyirsənsə, öncə şahiddən qurtulmalısan, özün özündən xilas olmalısan...

Eh, görünür bu sənin üçün dildə asan görünsə də, sözdə asan yazılsa da, amma həyatda mümkün deyil. Yəqin bunun da səbəbini bilirsən. Onu da demirsən. Neynək, hər halda sənin və mənim bildiyim əslində elə bizim bildiyimizdi. Bizim bildiyimiz isə mənim sənə, sənin mənə və yaxud da bizim bir-birimizə ögeyliyimiz deyil. Biz əslində doğmayıq. Sadəcə, bir-birinin gözündə, könlündə olan doğma. Bu doğmalığı yalnız Tanrı bilir, Tanrı görür. Elə ona görə də soruşmaq istəyirəm:

mən indicə

elə bu an

düşündüm ki,

hər şey yaxşı

hər şey gözəl

ola-ola...

xəyalımda

niyə yoxsan sən yanımda?

gün də xoşdu

təbiət də gülümsünür

iş də yoxdu

əlim boşdu

gözlərimi çəkib alan

neçə çiçək

gül isinir

bu məqamda

bu halımda

niyə yoxsan sən yanımda?

işi-gücü bəlli olan

kəpənəklər, arılar var

uçuşurlar sağa-sola

hətta quşlar

civildəşir

bir yuvada ola-ola

mənsə cavab axtarıram

ürək sıxan sualıma-

bu anımda

niyə yoxsan sən yanımda?

yol bağlıdı, yoxsa uzaq

bəlkə hələ tərəddüd var?

ətrafımda bir çal-çağır

bir büsat var

içimdəsə

həsrət adlı bir yalquzaq

çox çətindi bu halımda

bir söz söylə, məni qurtar

niyə yoxsan sən yanımda?

***

Mən bütün hallarda həmişə özümü günahkar saymışam. Özü də hamının qarşısında yox, bir Sözün, bir də Sənin qarşında. Mənə elə gəlib ki, həmin o yazdığım, dediyim sözlə həmişə arayıb-axtardığım, həmişə yanında gəzdirib yanında gördüyüm, özümün bir parçama çevirdiyim sən əslində həmin sözün də bir parçasısan. Elə o söz də sənin bir parçandı. Biz bir yerdə olanda - yəni söz, sən və mən baş-başa qalanda hər şey gözəl olur. Elə yaşamaq, elə danışıb gülmək istəyirəm ki, həmin o bir olduğumuz məqamda...heç kim nə o cür danışa bilməsin, nə də o cur sevinib gülməsin... Bunu mənə günah, qəbahət yazma, sayma. Onsuz da hamımız günahkarıq. Hərənin də özünə görə günahı var. Amma mən günahımı etiraf edirəm. Başqalarından fərqli olaraq hər yerdə çəkinmədən bildirirəm ki, biz üçümüz baş-başa qalanda dünya cənnət olur. Və bu cənnətdən heç kimə nə bir xələl gəlmir, nə də heç kimin haqqına müdaxilə edilmir. Odur ki, niyə bir yerdə olmayaq? Niyə bir-birimizin yanından uzaq düşək?

Yenə suallar çıxdı ortaya... yenə təbii ki, bütün günahların daşıyıcısı olan mən verdiyin sualların cavabını da özümdə axtarmalıyam. Çünki o sualları özüm yaradıram, özüm əkib-becərirəm.

Deməli, əkib-becərdiyimi də, yaratdığımı da özüm cavablandırmalı, özüm o sualların cavabına çevrilməliyəm. Bunun üçün isə bir ip ucu, təsəlli olacaq azacıq işartı gərəkdi. Neyləyim ki, ən iri ölçülü eynəklə axtaranda da o ipucunu, o işartını tapa bilmirəm. Onda gücüm sözə çatır, əlim qələmə uzanır. Və yazıram:

dərdin dibinə enməyə

çatmadı kəndirim, düşüm

dərd də namərdlik eylədi

atmadı kəndirin, düşüm.

qaldım bir qarışıq yolda

tanış dərdlər sağda, solda

qazancım olan "sağ ol" da-

satmadı, kəndirin düşüm.

dedilər enmə ölümə

güldüm, sən gülən günümə...

inan ki, orda əlimə

yatmadı kəndirim, düşüm...

...Yazımın əvvəlində başladığım mövzu yazının davamında ola bilsin ki, alatoran göründü. Elə bilməyin ki, mövzunu qarışdırdım. Yox, sadəcə mən bütün ucalıqlardan ucada duran, bütün müqəddəslərə həyat verən varlığın yer üzünün işığı kimi yaratdığı anaya heç cürə uyğun görə bilmədiyim "ögey" sözü nə vaxtdı içimdə dolaşırdı, ürəyimi sıxırdı. Çalışırdım ki, onu hansısa bir yolla ifadə edim. Köməyimə yaşadığım məqamlar, xüsusilə arabir yanımdan etinasız keçib getməyin çatdı. Ögeylik duydum həmin o gedişdə. Odur ki, içimdəki qarışıq fikirləri bacardığım kimi sıraladım. Necə alındığını deyə bilmirəm. Bircə onu bilirəm ki:

bu qədər həsrət çəkib

bu qədər göynəyirəm...

özümə sitəmləri -

mən özüm eyləyirəm!

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-19
2018-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (25%)
Argentina (12.5%)
İspaniya (12.5%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK