ANA SƏHİFƏ / YAZARLAR

GÖRÜNMƏYƏNLƏR

23925    |   2013-10-12 01:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər gün hamıdan əvvəl işə gələr, səssizcə içəri girərək qapıları açar, otaqların havasını dəyişər, silib-süpürər, səssizcə də çıxıb gedərdi. Onu bu idarədə kimsə "görməzdi". Hətta salam verməyi də çox görərdilər...
Yaşlı yurnalist salam verib keçəndə təəccübləndi. Əvvəl susdu, salamın ünvanının başqa olduğunu zənn etdi. Amma sonra burada ondan başqa kimsənin olmadığını və salam verənin ona baxdığını görüb çəkinə-çəkinə salamı aldı. Jurnalist qızın adını soruşdu. Qız əvvəl bir an susdu, sonra sakit səslə adını söylədi.
O gündən hər gün ona salam verərək hal-əhval tutan bu adamın gəlişi ona insanlığın ölmədiyini, özünün isə lazımlı olduğunu xatırladırdı. Çünki hər gəlişində halını xəbər alandan sonra: Sənsiz buralar necə olardı! Sənin gəlişinlə hər yer tər-təmiz olur. Sən olmasan, zibilin içində olarıq... kimi sözlərlə könlünü xoş edir, ona insanlardan gördüyü laqeydliyin, etinasızlığın acısını unutdururdu.
Artıq geyim-keciminə də fikir verirdi. Jurnalist ona, qadın bəzək-düzəyinə hər yaşda diqqət etməlidi - deyirdi. Çirkin qadın yoxdu, özünə fikir verməyən qadın var, deyirlər. Cavan, gözəl qızsan, özünə bax, həyatdan küskün görünürsən.
Bir gün jurnalist ondan ailəsinin vəziyyətini də soruşdu. Qız cavab verərkən həyəcanlansa da, artıq əvvəlki kimi çəkinmirdi. O, yataq xəstəsi olan anası ilə yaşadığını, aldığı maaşı onun müalicəsinə xərclədiyini söylədi.
Jurnalist bir neçə gün onu görmədi. Yəqin çox erkən gəlib təmizləyib, fikirləşərək işinə başladı. Bir həftə sonra qız yenidən göründü. Bir az sınıxmışdı. Saralmış, xəstəhal olduğu üz-gözündən oxunurdu. Jurnalistin: Haralardasan, ay qız? Yerin görünür - sualına məyusluqla cavab verdi:
-Xəstəyəm, müəllim! Həkimlər işləməyə icazə vermirlər. Təcili əməliyyat olunmasam... qəhər onu boğduğundan susdu.
- Get əməliyyata, nəyi gözləyirsən ki?
Qəhərini gizlədərək davam etdi - anamın xəbəri yoxdu. Onsuz da öz dərdi özünə bəsdi, məni bilsə, dözməz. Heç kimimiz yoxdu. Mən getsəm, ona kim baxar...
-Bir dostun, tanışın, qohumun yoxdumu?
-Yox, müəllim, mən heç oxuya bilmədim ki, anam qəza keçirəndən ona baxdım. Uşaqlıqdan məktəbdən uzaqlaşdım. Çöl-bayır görmədim ki, dostum da olsun. Mən tənha böyüdüm, tənha yaşayıram, tənha da öləcəm yəqin ki... Ağlamağını saxlamaq istəsə də, ilk dəfə onun dərdlərinə şərik olan, problemi ilə maraqlanan bu adamı ən yaxını bildiyindən göz yaşları sözünə baxmadı... Xəstəxanaya getsəm, kim mənimlə maraqlanacaq, əməliyyatdan qabaq "qorxma" deyəcək, salamat çıxsam sevinəcək. İşdə isə məni sizdən başqa heç kim görmür ki... Dost olmaq nədi, heç adam hesab etmirlər. Nə mənası var ki, belə öldüm, yaxud başqa cür...
Yurnalist bu qızın sözündən bərk təsirlənmişdi. Savadsız bir insanın söylədikləri, bu kollektivdəki bir qrup "oxumuşlar"ın üzünə dəyən sərt şillə idi sanki. İnsanların bir-birinə laqeydliyi, etinasızlığı, bir-birini görməzdən gəlməyi, ancaq maddi asılıqla bir-birini arayıb-axtarması günün ən acı reallığı idi. Yüksək mənsəb, çoxlu pul, ad-san, şöhrət sorağında olanlar sadə bir qızın daxilindəki təlatümdən xəbərsiz yaşayırdılar. Hansı ki, onun umduğu ən böyük ehtiyacı yalnız bir diqqət, bir xoş kəlmə, bir ilıq baxış idi...
Kollektiv toplanmışdı. Jurnalistin nə deyəcəyini səbirsizliklə gözləyirdilər. Nəhayət o, fikrini açıqlamazdan əvvəl bu kollektivdən kimin burda olmadığını soruşdu. Hər kəs ətrafa boylanıb əminliklə bir səslə: hamı burdadı ki... söylədilər.
Qız sözlərində nə qədər haqlı idi... İnsanlıq çox irəliyə gedib, daha görünmür... düşündü, jurnalist.
...Qız qonşuya tapşırdığı anasını düşünərək son dəfə evə zəng etdi. Qonşu, xəstəxanadan bir tibb bacısının gəldiyini və bundan sonra anasına onun baxacağını tələsə-tələsə xəbər verdi. O, heç nə anlamadı. Tibb bacısının təcili xəbərdarlığına əməl edərək əməliyyat otağına üz tutdu. Kimsəni gözləməsə də, son dəfə ümidlə dönüb qapıya tərəf boylandı... və gözlərinə inanmadı - bütün kollektiv əməliyyatdan qabaq onu görməyə gəlmişdilər. Hər kəs üzr dolu baxışla ona, o isə minnətdarlıqla yaşlı jurnalistə baxırdı...

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK