ANA SƏHİFƏ / YAZARLAR

MÜƏLLİMLƏR GÜNÜ

(Müəllimlərimə və bütün müəllimlərə)

65028    |   2013-10-05 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün zamanlarda insanın həmişə əlindən tutana, yol göstərənə ehtiyacı olub. Doğrudur, bir çox görkəmli şəxsiyyətlər obrazlı şəkildə bildiriblər ki, mənim müəllimim həyat olub. Mən bu fikirlə razıyam, çünki təcrübə biliyin möhkəmlənməsinə, onun öz statusunu təsdiq etməsinə həmişə dayaq olub və bütün bunlar da birləşərək istənilən yolun işıqlanmasına, istənilən niyyətin gerçəkləşməsinə şərait yaradıbdır. Çünki bilik və təcrübə birləşəndə bir növ ağılla gücün birləşməsi qədər önəmli olur...
Bəli, həyatı dərk etdiyim gündən doğulduğum kənddə ən hörmətli insanların çevrəsini, sırasını yaddaşıma həkk etmişəm. Görmüşəm ki, kəndimizin ən sayılan insanları müəllimlərdi. Çünki hər kəs onlara xüsusi ehtiramla yanaşıb, diqqət göstərib. Və burada da hansısa bir göstəriş, tələbat, hətta təzyiq hiss olunmayıb, həmin o ehtiram, o sevgi içdən gəlib. Hətta mən bəzi müəllimlərdən yaşca böyük olan atamın da, anamın da az qala kiçik qardaşı, övladı yaşda olan müəllimlə etdiyi söhbəti, ona olan ehtiramı kənardan müşahidə edib öz-özümə düşünmüşəm ki, görəsən dünyada müəllimdən və ümumiyyətlə, müəllim peşəsindən dəyərli, qiymətli, uca, əlçatmaz nəsə var?!
Zaman-zaman həmin o içimdə olan və məni müəllimlərimə daha çox bağlayan istəyin ucundan tutub müxtəlif ədəbiyyatlardan, müxtəlif informasiya mənbələrindən müəllimlərə olan ehtiramın kökünü öyrənməyə çalışdım. Açığını deyim ki, köməyimə eyni mənanı ifadə edən iki söz çatdı. Onların birincisini orta məktəbdə rus dili müəllimimdən öyrəndim. Bildim ki, ruslar müəllimə "uçitel" deyir. Sonra öyrəndim ki, elə həmin mənanı verən sözü yəni "öyrətmən"i də türklər işlədir. Doğrudur, böyük Sabirin şeirində: "Mollam da döyür yazı yazanda..." misrası beynimdə ilişib qalmışdı. Amma nədənsə həmin o "öyrədən" sözü mənə daha doğma gəldi.
İllər ötdü və müstəqil həyatımın elə ilk addımımdan öyrədənlərimin mənə öyrətdikləri köməkçim oldu. Həyatın ağrılı-acılı dolanbaclarından, çətinliklərindən, sevincindən-qəmindən məni həmin o öyrətmənlər çəkib çıxartdı. Çünki məni təmənnasız öyrətmişdilər. Və beləcə günlərin bir günü mənə də "müəllim" dedilər. Əvvəl təəccüb etdim. Bu sözü özümə yaxın buraxa bilmədim. Sonra həyat yoldaşıma "müəllim" dedilər və beləcə evimdə bir damın altında olanların hamısı müəllim diplomu aldı...
Və beləcə həyatın qarşımızda açdığı bir ömür yolunun bizə nə verəcəyini, bizi kimlərlə üz-üzə gətirəcəyini əvvəlcədən müəyyənləşdirmədən seçdik bu yolu. İndi də gedirik o yolla. Amma mən nədənsə daha çox geriyə baxmağı, ötənləri xatırlamağı üstün tuturam. Bilmirəm bu yaşla bağlıdır, yoxsa həyatın elə öz qanunudur, ancaq onu dəqiq bilirəm ki, bu həyatda izsiz-sözsüz heç nə olmur, heç nə qalmır. Xüsusilə, özündən böyüyə, öz ətrafına, öz yaşadığın mühitə bir şagird gözü ilə baxanda, bir tələbə sevgisi ilə yanaşanda... onda, məhz bax, onda kimliyini də anlayırsan, özünü da dərk edirsən. Şəxsən mən həyatımı müəllimlərsiz təsəvvür edə bilmirəm.
Bu gün dünyasını dəyişən müəllimlərimin ruhu qarşısında baş əyməklə ömrünün nurani çağını yaşayan müəllimlərimə də öz sayğılarımı ifadə edərək bildirmək istəyirəm ki, müəllim təkcə sinifdə, auditoriyada olmur, müəllim həyatın bütün sahələrində, hətta yaşadığın məhəllədə, işlədiyin kollektivdə, dostlarının, tanışlarının arasında da var, sadəcə onları görmək, onlara "öyrədən" kimi baxmaq lazımdır. Məhz bu qənaət, bu istək içində hakim olsa mütləq öyrənəcəksən. Özu də ömrün hansı çağında olmasına baxmayaraq.
Bu yazını son günlər tez-tez xatırladığım və ruhu ilə həmsöhbət olduğum müəllimlərimin gözəl çöhrələrini, gərgin əməklərini və bir də işğal altında qalan məzarlarını göz önünə gətirərək yazdım. Və çalışdım ki, heç olmasa bu Müəllimlər günündə onların ruhunu şad edim. Bilmirəm, onların ruhu məni bağışlayacaq, yoxsa yox, amma birmənalı şəkildə etiraf edirəm ki, onların əsirlikdə qalan qəbirlərini, dərs dedikləri məktəbin hələ də azad olunmamasında mənim də müəyyən qədər günahım var. O cümlədən elə hamımızın. O kəslərin ki, onlar özlərini müəllimlərinə borclu bilirlər. Düşünürəm ki, borc bizimlə son mənzilə getməyəcək. Biz o borcdan çıxacağıq.

Əbülfət MƏDƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK