hacklink Adalet.az | UŞAQLIĞIN ƏSARƏTİ Adalet.az | UŞAQLIĞIN ƏSARƏTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

UŞAQLIĞIN ƏSARƏTİ

26509    |   2013-09-28 00:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qaranlığı, könül dustaqlığını ifadə edən "əsarət" sözünü ömrümüzün şirin, dadlı parçası "uşaqlığın" böyrünə qatmağım səni darıxdırmasın, oxucum. Gözümüz, könlümüz pislə yaxşını ayırd edəndən azmı gözəlliklərin əsiri oluruq?! Bu "əsarət" sözündə həm də cazibədarlıq, heyranlıq var, demək. Könüllü əsirliyimiz gözümüzü doyduran, ruhumuzu oxşayandı-xilas olmaq, canımızdan çıxmasını istəmədiyimiz xoş duyğulardı...
Fikir vermişəm, ən sərt, qəddar adamlar belə uşaqlığından danışanda sifəti dəyişir, baxışları yumşalır. Hiss edirsən ki, vərdiş etdiyi həyat tərzindən bezmiş, bir anlığa da olsa, öz dünəninə-saf, ləkəsiz uşaqlığına qovuşmaq istəyir...
Nə zamandan bəridi, uşaqlığımızın nədən bu qədər qiymətli, ilahi bir aləm olmasının sirrini özümçün açmaq istəyirəm. Əsl, həm də dəqiq bir səbəb tapa bilmirəm. Deyirəm, bəlkə əsas səbəb uşaqlıq düşüncələrimizin, anlayış və dərkimizin saflıq və heyranlıq pərdəsinin əsarətindən xilas ola bilməməsidi. Reallığın çirkinliyini görə bilməmək, adamları (hətta doğmalarımızı belə) yaxşı tanımamaq və bütün bu tanımazlıqlar, bilməzliklər ucbatından da dünyanı belə gözəl görmək uşaqlıq çağlarımızı belə sehrli, əlçatmaz edir...
Deyəsən, axı, düz tapmışam. Bir gün gözümüzü açıb böyükləri tanıyanda, onların heç də özlərini tanıtmaq istədikləri kimi olmadıqlarını görəndə uşaqlığımızla vidalaşmalı olmuşuq. Heyrətləndiyimiz ilk şey də bu olub ki, dünənki zırramalar bizə əxlaq dərsi verir, əllərindən, ətəklərindən öpməmizi gözləyirlər. Doğrudanmı, özləri də uşaq olublar?! Bəs, nədən bizi anlamırlar?! Öz uşaqlıq dünyalarından niyə tez ayrılıblar, niyə o dünyanın bir parçasını özlərində yaşatmırlar?! Heç olmasa, o bir parça bizi anlamalarına kömək edərdi. Hər addımbaşı öz əxlaqlarını bizə nümunə göstərib, onlar kimi olmağımızı tələb etməzdilər...
Sən demə, uşaqlıqdan həm qətrə-qətrə qopmaq, həm də bəzən bir anın içində ayrılıb sürətlə böyümək olurmuş...
***
...Məktəbimizin geniş bağı vardı. Gavalı, göyəm, ərik, alça ağaclarının budaqlarında yarpaqdan çox meyvə olurdu. Yazda nadinc uşaqlardan hansısa yetişməmiş meyvələrdən dərib yesəydi, müəllimlərimiz bir vay-şivən qoparardılar, gəl görəsən. Sən demə, indiyəcən məktəbin tarixində belə tərbiyəsizlik olmayıbmış.
Allah eləsin, bu həngamənin sorağı rayon mərkəzinə-maarif şöbəsinə gedib çatmasın. Yoxsa, məktəbimizin adı ömürlük qara siyahıya salınardı...
Qonşu kəndə gedən yol məktəblə kolxoz fermasının arasından keçirdi. O kənddə qohumlarımız yaşayırdı və uşaqlığımın xeyli gözəl parçası da o məkana bağlıydı. Adamları işlək, mehribanıydı. Qonşularla yaxşı dolanırdılar. Səliqəli həyət-bacaları, bağ-bağçaları vardı. Həyətlər arasındakı yollar, cığırlar, qırağı yaşıl çayırlı ensiz su arxları ömrümün sonunacan xəyalımdan getməyəcək mənzərələrdi...
İndi də ara-sıra həmin kəndə yolum düşür. Amma "o kənd" daha yoxdu. İkimərtəbəli evlər, hündür daş hasarlar öldürüb "o kənd"i-itirib dumduru sulu arxlarını, örtüb yaşıl bağlarını...
Yay tətili günlərinin birində bibim qızıynan həmin yolla "o kənd"dən qayıdırdıq. Mənə görə bu yol kənddə insan ayağı dəyən yerlərin hamısından həm müqəddəs, həm də qorxuluydu. Sağda öz dövrünə görə möhtəşəm sayılan məktəb binası, solda yatağında bəd çoban itləri dolaşan kolxoz ferması...
Səssizlikdi. Yolda-izdə kimsə gözə dəymirdi. Günortanın istisində kənd yolunda qaraltı görə bilməzsən. Yəqin indi çoban itləri də özlərini damların, tayaların böyrünə verib istidən ləhləşirdilər. Təkcə bizim uşaqlıq dünyamızdı günün istisini, yolun tozunu tanımayan. Qamış çəpərin o üzündə gavalı ağaclarının budaqlarını pıtraq kimi örtmüş meyvələr gün işığında kəhrəba kimi parıldaşırdılar. Heç birimizin bağında bu meyvələrdən yoxdu...
Bilmirəm, bizə nə oldu; dayanıb bir-birimizə baxdıq. Dilimizə gətirməsək də, sözsüz anlaşdıq: o gavalılardan dərib yemək istəyirdik... Qalırdı zinə sularıynan dolmuş arxı hoppanıb çəpəri aşmaq. Yox, biz "Bəxtiyar" filmindəki uşaqlara qətiyyən oxşamırdıq. Dərəcəyimiz meyvələri də hospitaldakı xəstələrə aparmayacaqdıq. Biz müharibəni görənlərin və yaşayanların balaları, dinc dövrün uşaqlarıydıq. Oğurlayacağımız (bu sözün vahiməsi indi də məni diksindirir) meyvələrin dadına da özümüz baxacaqdıq...
Arxı birtəhər tullanıb çəpərin uçuq yerindən bağa girdik. Yanımdakını bilmirəm, mənim dizlərim əsirdi. Bura məndən ötrü qutsal bir məkan, dünyadan ayrı bir dünyaydı. Sükutu da başqa yerlərin sükutuna bənzəmirdi.
Yayın qızmarında adamı buz kəsirdi buradakı səssizliyin içində. Yanından ötəndə belə dəniz kimi uğuldayan məktəb deyildi sanki burası. Binanın damındakı göyərçinlərin qurultusundan başqa heç bir səs-səmir yoxdu...
- Tez ol... Birdən qarovulçu gələr...
Tələm-tələsik aşağı budaqlardan saralmış, yumşalmış gavalıları yoluşdurub donumuzun ətəyinə yığdıq...
Cəmi dörd-beş dəqiqədən sonra qənimətimizi dada-dada torpaq yolla bizi yoldan çıxardan, başqalaşdıran məkandan ayrılırdıq. Bir az şirin, bir az turş, "adamboğan" dadı vardı gavalıların. İndiki calaq meyvələrdə bu dadı tapmaq mümkün deyil.
Həyəcanımız ötüb keçmişdi. İstədiyimizi eləmək bacarığımızdan xoşlansaq da, adını qoya bilmədiyimiz qarışıq duyğular qalmışdı içimizdə...
Hələ günahla savabı ayıra bilməyən ürəklərimiz əvvəlki kimi aramla vurmurdu...
Bax, o zaman o sarı gavalıların "adamboğan" dadı mənə bir də onu anlatdı ki...
Yox, nə anlatdığını vaxtilə oxuduğum əsərdən bir parçanı yada salmasam, izah edə bilməyəcəm...

***
Adını unutmuşam, gərək ki, B. Bayramovun povestindəydi... İşdən evə dönən qız kimsəsiz küçədə bıçaqla vurulmuş oğlanı görüb, yaralının xəstəxanaya aparılmasına kömək edir... Sonra özü də arada ona baş çəkir. Bir gün palataya girəndə görür ki, oğlanın adamları da yanındadı. Yaz imiş. Gətirdikləri meyvələrin içində albalı da varmış. Oğlan qoşa albalını götürüb birini öz ağzına qoyur, o birini də qıza uzadır... "Albalını alıb yedim. Yedim ki, dadı həmişəlik damağımda qalsın. Qaldı da..."
Hə, o gavalılar mənə anlatdı ki, biz heç də həmişə ləzzət üçün, doymaq üçün yemirik.
Ona görə yeyirik ki, dadı damağımızda qalsın...
O qızın damağında qalan Sevgi dadıydı...
Bizim damağımızda qalanınsa adını dəqiq qoya bilmirəm. Bircə onu bilirəm ki, o dada xəcalət də qarışmışdı...
Və o zamanacan bilmirdim ki, xəcalətin də dadı olurmuş. Həm də çox acı...

***
Və günlərin birində rastlaşdığım mənzərə o xəcaləti əridib yerini heyrətlə doldurdu. Doldurdu... və məni uşaqlığın əsarətindən qurtardı. Tamam olmasa da, qismən qurtardı...
Yenə o kəndə-qohumlarımızgilə getmişdim. Məktəb qarovulçusunun evi qonşuluqdaydı. Günlərin birində uşaqlarla keçdiyimiz evin balkonunda iri ləyən və teştlərə doldurulmuş həmin gavalıları gördüm... Qadınlar meyvələri yuyub ayırır, balonlara, bankalara doldurub kompot bağlayır, mürəbbə bişirirdilər...
Bir-iki kal alçadan, ərikdən ötrü qulaqları dartılmaqdan qıpqırmızı olmuş balaca oğlan uşağı, bir də çit donlarının ətəyinə yığdıqları sarı gavalıları iştahla yeyən, istidən və həyəcandan pörtmüş iki qızcığaz gəldi gözümün önünə. O vaxtlar bağçadakı meyvələri bizdən niyə qoruduqlarını, qoruyub nə edəcəklərini anlamasaq da, ağlımıza başqa şeylər də gəlmirdi...
İnamın, saflığın, təmizliyin əsarətində olan ağlımıza...
"Qoy gənclər dünyanı xəyal etdikləri kimi görsünlər. Böyüyəndə onsuz da necə olduğunu görəcəklər".
Yəqin Volter də uşaqlığın əsarətindən gec qurtulanlardan olub...

***
Biz də dünyanı xəyallarımızın gözüynən gördük. Dumanların başımızdan, pərdələrin gözümüzdən çəkilməsi uzun çəkdi. Reallıq həmişə məyus edəndi. Özünü şirin yuxudan ayılan kimi hiss edirsən. Təzədən yuxulamaq, o dadlı röyaları bir də görmək istəyirsən...Amma...
Amma oyaqlıq o qədər sərt ki, səni dadlı xəyalların ağuşuna buraxan deyil...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK