viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | UCUZ ÖLÜM Adalet.az | UCUZ ÖLÜM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

UCUZ ÖLÜM

24034    |   2013-09-21 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rüşvət çayırotu kimidir, bir dəfə əkdinsə, daha kökünü kəsə bilməzsən. Yaxud da illərlə əmək verməlisən, bu otdan yaxa qurtarmaq üçün...
Rüşvətin insan övladının bəlasına çevrilmə tarixi zamanın hansı dönəminə gedib çıxır, bilmirəm. Amma bildiyim odur ki, tarixin mən oxuduğum, öyrəndiyim hansı döngəsi olubsa, orda rüşvətə rast gəlmişəm. Dünyanı söz sərvəti ilə heyran qoyan böyük Füzuli də deyirdi ki: "Salam verdim, rüşvət deyil deyə, almadılar..."
...Rüşvət üzündən ölkəsindəki bütün qanunların pozulduğunu görən bir dövlət başçısı bu bəladan qurtulmaq üçün təğyiri-libas olub, müdrik ağsaqqalın yanına gələrək məsləhət almaq istəyir və qapıdakı uzun növbədən önə keçmək üçün adamlara... rüşvət təklif edir. Müdrik qoca onu əmin edir ki, nə qədər ki, sən bu dövlətin başındasan, heç vaxt rüşvətin kökü kəsilməyəcək...
Eşitdiyimə görə, Saakaşvilidən soruşurlar ki, necə oldu ki, ölkəndə rüşvəti qadağan edə bildin, cavabı çox sadə olur: Mən özüm rüşvət almadım...
Rüşvət söhbəti çox uzandı və bunun ucuz ölümlə nə əlaqəsi olduğunu indi yazacam. Rüşvət insan yaşayan hər nöqtənin bəlası olsa da, bu yazımda bircə misal çəkəcəm. Hər gün xəbərlər proqramlarında yol hərəkət qaydalarının pozulması nəticəsində ölən və yaralananlar haqda məlumatlar gedir. Xatırlayıram ki, bir dəfə aparıcı sevinclə söylədi ki, şükürlər olsun, bu gün yol qəzasında ölüm olmayıb! Yəni, qəza olub... ölən olmayıb!
İki gün əvvəl xəbərlər proqramında bir gecədə on beş nəfərin öldüyü və otuz nəfərin yaralandığı haqda məlumatı eşidəndə, bu sahədəki məmurların laqeydliyi məni təəccübləndirmədi. Çünki o məmurlar da, sən də, mən də yaxşı bilirik ki, bu qəzanı törədənlərin əksəriyyəti sürücülük vəsiqəsini Şaban demiş: bakkaldan alıb! Bəli, özü də hər kəsə məlumdur ki, sürücülük vəsiqəsinin qiyməti yeddi yüz, səkkiz yüz manat arası dəyişir. Bu qiyməti ödəyənlər yalnız sükanı tutmağı bacardığı halda anında, biliyinə, təcrübəsinə əmin olanlar isə, yeddi-səkkiz dəfə təkrar imtahana girməklə vəsiqə ala bilirlər. Bu da gündəlik qəzalar, insan tələfatı, mənəvi, fiziki travmalarla nəticələnir.
Yəni, bu ölümlər çox ucuza - yeddi-səkkiz yüz manata alınır! Bu da yol kənarlarında ağaclıqda gizlənib "ov" gözləyən yol müfəttişlərinə, "vəsiqə satanlara" və onlara himayədarlıq edənlərə "əməlli-başlı" sərf eləyir.
Yeganə ölkəyik ki, başqa ölkələrdə valideyn övladının öyrənməsi üçün pul verdiyi halda, bizdə oxumadan, öyrənmədən yüksək qiymət yazılması üçün rüşvət veririk. O cümlədən də ölümə, dəhşətə, göz yaşlarına, faciəyə səbəb olan sürücülük vəsiqəsini almaq üçün...
Bu qiymətə ölüm satanların vicdanını pul kar, kor edib, onlar üçün ölənlərin faciəsi, onların yaxınlarının əzabı, geridə qalanların travması maraqlı deyil, bəs bu ucuz ölümü övladlarına alanlara nə deyək?..
Siz pul verib vəsiqə alarkən Əzraillə müqavilə bağladığınızın fərqində deyilmisiniz...

Fəridə RƏHİMLİ
f_rehimli@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK