Adalet.az | O YERLƏRƏ DÖNƏ BİLSƏK... Adalet.az | O YERLƏRƏ DÖNƏ BİLSƏK... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O YERLƏRƏ DÖNƏ BİLSƏK...

68773    |   2013-09-21 00:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...İnsan yurdunu-yuvasını, elini-obasını itirəndən sonra onun qədrini daha yaxşı bilir. Bəlkə də biz çox şeyin qədrini bilmədiyimizə görə, elə onları nə vaxtsa itirməyə məcburuq. Amma məsələnin bir tərəfi də var ki, onlar bizim iradəmizdən asılı deyil. Torpaqlarımızı işğal edən, elimizi-obamızı viran günə qoyan yağı düşmən arxasında çox güclü qüvvələr olub...
Amma Allahdan güclü bu dünyada heç bir qüvvə yoxdur. Heç kim bu dünyaya meydan oxuya bilməz və gec-tez Allahın köməkliyi ilə hər şey yoluna qoyulacaq...
Füzuli rayonunun da böyük bir hissəsi işğal olunandan sonra onun sakinləri pərən-pərən düşüb. Düzdür, indi işğaldan azad olunmuş 22 yaşayış məntəqəsi və Horadiz şəhəri yenidən füzulilərin məskəninə çevrilib. Və onlar bu yurdda qurub- yaradır və sabaha böyük ümidlə baxırlar...
Ancaq hələ də əlli minə yaxın füzulili respublikamızın müxtəlif rayonlarında məskunlaşıb. Təbii ki, qərib yerdə ömür sürmək və işləmək elə də asan deyil. Belə baxanda heç burda bir qəriblik də yoxdur. Azərbaycanın hər qarış torpağı füzulilər üçün çox əzizdir. Təbii ki, vətənin, torpağın və elin, obanın yerini heç nə verə bilməz...
Çətinliklərə və problemlərə baxmayaraq, respublikanın müxtəlif rayonlarına səpələnmiş füzulilər yenə nikbin və mübarizdilər. Ən azından ona görə ki, onlar vətənə dönəcəyi günə böyük ümid bəsləyir. Bakı şəhərində də çoxlu sayda Füzulidən olan məcburi köçkünlər yaşayır. Heç şübhəsiz onların iş şəraitinin ön plana çəkilməsi və təhsil problemlərinin həlli heç vaxt yaddan çıxmır, unudulmur.
Mən bir faktı qeyd edəcəyəm. Bu günlərdə millət vəkili, gözəl yazıçı Aqil Abbas yeni dərs ilinin açılışında Bakıdakı 48 saylı tam orta məktəbdə olub. Onunla görüş zamanı müəllimlər çox seviniblər. Seviniblər ki, bu çətin gündə millət vəkili onların dəvətini qəbul edərək vaxt tapıb "Bilik günü"ndə iştirak edib. Məktəbin direktoru Şərafət xanım Hacıyeva az müddətdə böyük uğurlara imza atıb. Həmin gün Aqil müəllimlə təsadüfən yolda rastlaşdım. Maşınına mindirib məni işə qədər gətirdi və dedi ki, Füzuli məktəblərindən birində görüşdə oldum. Məktəbin şəraitinə baxıb ürəyim ağrıdı. Ancaq eşidəndə ki, builki 20 məzundan 18-i müxtəlif ali məktəblərə qəbul olub, bax onda bir anlıq hər şeyi unutdum və sevincimdən ürəyim köksümə sığmadı. Hətta həmin məktəbin iki məzunu xarici ölkələrin ali məktəblərində oxumaq hüququ qazanıb.
Görünür, yaxşı, savadlı şagirdin yetişdirilməsində məktəbdəki şəraitdən çox müəllimlərin tələbkarlığı, dərin savadı və əzmkarlığı böyük rol oynayır. Ümumiyyətlə, Almaz Həşimova Füzuli Rayon Təhsil Şöbəsinə müdir təyin ediləndən sonra bütün məktəblərdə çox böyük irəliləyişlər və yüksəliş var. Başqa sözlə demiş olsaq, məktəblərdə intizam möhkəmlənib, tələbkarlıq artıb. Elə bunun nəticəsidir ki, bu il Füzuli rayonundan 200-dən çox məzun müxtəlif ali məktəbələrə qəbul olub.
Mənim bir dostum var - Mais Kazımov! Çox gözəl jurnalistdi. Vaxtı ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 3-cü kursunda oxuyanda Masi müəllimin işlədiyi "Araz" qəzetində təcrübədə olmuşam. Bax onda onun istedadının, iti qələminin və gözəl yazılarının oxucusuna çevrilmişəm. Elə o vaxtdan da onunla dostluğumuz davam eləyir. Niyə bu hadisəni xatırladım? Çünki Mais müəllimin qızı Günel Kazımova da bu gün Füzuli təhsil sistemində öz izi olan və yeniliklər yaradan bir gənc kimi tanınır. O, vaxtı ilə Texniki Universitetin yataqxanasında yaradılmış məktəbdə müəllim işləyib. Sonradan görüblər ki, bu qız çox bacarıqlı və zəhmətkeş bir ziyalıdır, onu direktor təyin ediblər. Zarafat deyil, gənc bir qızın heç bir şəraiti olmayan məktəbdə direktor işləməsi o qədər də asan olmayıb. Düzdür, onun 12 illik pedaqoji təcrübəsi var və iki ildi direktor vəzifəsində çalışır. Az bir müddətdə o, çalışdığı 50 nömrəli tam orta məktəbdə böyük yeniliklərə imza atıb. Təzəlikcə həmin məktəb Müşfiqabad qəsəbəsində yerləşən və yeni istifadəyə verilən məktəbə köçürülüb. İndi demək olar ki, bu məktəb yeni binanın 4-cü mərtəbəsində fəaliyyət göstərir.
Hər şeydə yeniliyə, orijinallığa və qeyri-adi maraqlara meyl göstərən Günel xanım çox zəngin dünyagörüşə malikdir. O deyir ki, hər şey insanın öz əlindən, iradəsindən və mübarizəsindən asılıdır. Əgər bir ürəkdə yaşamaq eşqi, mübarizə aparmaq həvəsi varsa, o quru yurdda da çox şey eləyə bilər. Yəni insan istəsə səhranın ortasında da cənnət yarada bilər. Təki onun buna həvəsi olsun. Biz də məktəbimizdə bu mənada çox şeyə nail olmuşuq. Ən azından müasir və yeni texnologiyaları məktəbə gətirmişik. Sinif otaqlarında kameralar quraşdırılıb və eyni zamanda həmin kamera vasitəsi ilə mən direktor olaraq bütün dərslərin gedişinə nəzarət edə bilirəm.
Günel Kazımova çox maraqlı və çox zəngin bir ziyalıdır. Söhbət etdikcə hiss edirsən ki, ziyalı ailəsində çox şeyə nail ola bilib: təmizliyə, düzlüyə və haqq-ədalətə. Bu gün onun rəhbərlik etdiyi məktəbdə 140 şagird təhsil alır və 32 müəllim onların tədrisi, təlim-tərbiyəsi ilə məşğul olur. Deyir ki, bu il bir məzunumuz - Novruz Nəcəfov 550 balla Tibb Universitetinə qəbul olub.
Orijinal dərs aparan və başqalarından seçilən Şahanə Nuriyeva barəsində ağızdolusu danışır. Bildirir ki, onun dərsinin səviyyəsinə və bilik öyrətmək qabiliyyətinə söz ola bilməz. Amma bu o demək deyil ki, məktəbimizdə savadlı, təcrübəli müəllimlər azdır. Şəkər Nəbiyeva (riyaziyyat), Arzu Quliyeva (ibtidai metodika), Almaz Bayramova (tarix), Rəna Cəbrayılova (fizika), Sevinc Səfərəliyeva (coğrafiya), İradə Səfərova (biologiya) və digər müəllimlərimiz də həmişə üzümüzü ağardıblar. Sonda bir söz demək istəyirəm. Bizim seçdiyimiz millət vəkili, gözəl yazıçı Aqil Abbas məktəbimizin qonağı olsa, hamımız bundan qürur duyarıq. Çünki Aqil Abbas həmişə səmimiyyəti və böyük ürəyi ilə digərlərindən seçilib.
Axı biz Bakıda məskunlaşan məktəblərdən danışırıq. Çünki onlara nə qədər diqqət, qayğı olsa, onlar bir o qədər nikbin olarlar. Qaçqınlıq şəraitində fəaliyyət göstərən məktəblərdən biri də 4 nömrəli tam orta məktəbdi. Bu məktəb də Texniki Universitetin yataqxanasına sığınıb. Məktəbin direktoru Əli Sadıqov deyir ki, bu günümüzə də şükür. Nə yaxşı ki, sığınmağa yerimiz var. Bir də ürəyimizdə böyük bir arzu döyünür: vətənə dönmək arzusu! Elə o ümidlə fəaliyyət göstəririk. Bu gün məktəbimizdə 260 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. 1-ci sinfə 140 şagird qəbul eləmişik. Bu da digər məktəbin bağlanması ilə əlaqədardı. Amma buna baxmayaraq, təhsilin tədrisini yüksək səviyyədə həyata keçirməyə çalışırıq və buna nail oluruq. Ötən il 4 məzunumuz müxtəlif ali məktəblərə qəbul olub. Bunlardan Lamiyə Türkmənli 644 balla və Fəridə Mehrəlizadə 638 balla Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olublar. Digər iki məzunumuz - Tural Şirinov və Cavid Əhmədli də yüksək bal toplayaraq ali məktəb tələbəsi adını qazanıb. Bütün bunlar onu deməyə əsas verir ki, bizim çəkdiyimiz zəhmət hədər getmir və məzunlarımız ümidlərimizi çox yaxşı doğruldurlar.
Ümumiyyətlə, Füzuli məktəblərində təhsilə, elmə və vətənə böyük məhəbbət hissi duyulur.
Bu da təsadüfi deyil. Bayaq dediyimiz kimi, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz xanım Həşimova davamlı olaraq Füzuli təhsilinə böyük qayğı göstərir. Onlar tez-tez təhsil müəssisələrinə baş çəkir və elmdə uğur qazanan şagirdləri və məzunları maddi, mənəvi cəhətdən ruhlandırırlar. Məzunlarla görüş zamanı onların mükafatlandırılması dediklərimizə əyani sübutdur.
... Bayaq qəriblikdən danışdıq. Amma hər bir qaranlıq günün işıqlı anları da var. Təbii ki, məcburi köçkünlər tezliklə Ali Baş Komandan İlham Əliyevin komandanlığı nəticəsində işğaldan azad olunacaq torpaqlarımıza qayıdacaq və doğma yurdda məskən salacaqlar. O gün uzaqda deyil!

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK