Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "İcazə verin, səhv edək..." Adalet.az | "İcazə verin, səhv edək..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"İcazə verin, səhv edək..."

İndi də "Toy gecəsi" başlayır

39711    |   2013-09-14 00:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə gündən sonra telekanallarımız yarışa çıxacaq. Hansı serial daha baxımlıdı, reytinqdə kim kimi üstələyir, kim çəkilişlərə daha çox populyar aktyor cəlb edib...
Telekanallarımızın heç biri bu yarışda geri qalmaq istəmir.
ATV kanalı növbəti televiziya mövsümündə yeni bir serialı tamaşaçılarına təqdim edəcək. "Toy gecəsi" adlı serialı telekanalın sifarişi ilə "Oskar film production" çəkir.
2006-cı ildən rəsmi fəaliyyətə başlayan "Oskar film production" qısa müddətdə xeyli uğurlu işlərə imza atıb. "Vətən sağ olsun" telelayihəsində 28 sənədli film tamaşaçılara təqdim edib, "Yaşananlar", "Qəzan mübarək, Paşam" filmləri maraqla qarşılanıb. Türkiyənin TRT kanalının sifarişi ilə hazırlanan sonuncu film Bakının azad edilməsində böyük qəhrəmanlıq göstərən Nuru Paşaya həsr edilib. ATV-dən yayımlanan və ötən televiziya mövsümünün ən reytinqli seriallarından sayılan "Məhkumlar" da "Oskar film production"un məhsuludur.
"Oskar film production"un baş direktoru Yaşar Əkbərov yeni teleserial- "Toy gecəsi" barədə danışır.
- Yaşar bəy, yeni teleserialın - "Toy gecəsi"nin çəkilişlərinə start verilib. Quruluşu rejissor kimi komandanızda kimlər var?
- "Toy gecəsi"nin ssenarisini istedadlı yazar, dramaturq Samir Sədaqətoğlu ilə birgə işləmişik. Quruluşçu operatorlar İslam Qafaroğlu və Təhmasib Məmmədovdur. "Məhkumlar"da birgə çalışdığımız gənc bəstəkar Rəşad Hüseynov yenə bizim komandadadır. Rəşadın serial üçün yazdığı iki saundtrek artıq hazırdı. Onları "Azəristar" musiqi yarışmasından yaxşı tanınan Miriş Hüseynov və Bakı Musiqi Akademiyasının istedadlı tələbəsi Şamo İbayev ifa ediblər.
Göründüyü kimi, daha çox gənclərlə çalışırıq. Bu, bizim iş prinsipimizdi. Reytinqlərdə öndə olan "Məhkumlar"ı çəkəndə Türkiyədən təcrübəli operator, işıq şefi və ikinci rejissor dəvət etmişdik. Çünki bədii kinodan fərqli olaraq, bizdə serial çəkmək təcrübəsi yoxdur. Bu sahə Azərbaycanda yeni formalaşdığından əcnəbi mütəxəssislərdən öyrənməli çox şey var. Dəvət etdiyimiz təcrübəli əcnəbilər serialın çəkilişlərindən əlavə bizim gənclərə təlim keçirdilər. Bu gün artıq həmin gənc kadrlarımız müstəqil şəkildə çalışa bilirlər. Biz də onlara həm güvənir, həm də şərait yaradırıq. Hesab edirəm ki, bu gün xaricdən kimisə dəvət etməyə ehtiyacımız yoxdur.
Serial dövlət başçısının ayırdığı maliyyə vəsaiti hesabına və ATV-nin sifarişi ilə çəkilir. Fürsətdən istifadə edib Azərbaycan prezidentinə yaradıcı və texniki heyətimiz adından təşəkkürümü bildirmək istəyirəm. Bizə inandıqlarına görə isə ATV rəhbərliyinə minnətdarlıq edirəm.
- Yeni serialın süjet xətti ilə bağlı anonsları da bəlkə elə ilk dəfə sizdən eşidək...
- Qısaca onu deyə bilərəm ki, serialın süjeti çoxşaxəlidir. Əslində serialın texnologiyası özü bunu diktə edir. Bədii filmdən fərqli olaraq, teleserialın nümayişi uzun bir dövr əhatə etdiyindən hadisələr bir süjet xətti ətrafında cərəyan edə bilməz. Əks halda, çox darıxdırıcı olduğundan serial baxılmaz.
- Bu serialda tamaşaçıya, deməli, həm də cəmiyyətə vermək istədiyiniz mesajlar varmı?
- Təbii ki, var. Yaradıcı heyət insan münasibətlərinin qorunmasını, cəmiyyətdə qadınlara inamın möhkəmlənməsini ön plana çəkmək istəyir. Gəlin etiraf edək ki, mentalitetimizdə bununla bağlı müəyyən tabular var. Serialımızda bir sevgi dramına da tamaşa etmək olacaq. Necə deyərlər, teleserialın bütün atributlarından istifadə edəcəyik. Amma bizim "Toy gecəsi"nin bir özəlliyi də var.
- Nə özəllikdi belə?
- Şahmat üsulundan istifadə edəcəyik. Yəni tamaşaçı hər şeyi bilsə də, hər şey heç həmişə onun bildiyi kimi olmur. Türkiyədə, serial təcrübəsi olan başqa ölkələrdə bu üsuldan çox istifadə edilib. Amma mən tam əminliklə deyirəm ki, Azərbaycanda bu telemövsümə qədər belə şey olmayıb. Serialın tanıtım filmi, ictimai nəqliyyatda yerləşdiriləcək reklamları da artıq hazırdı, yaxın günlərdə tamaşaçılarımıza təqdim ediləcək. Serialın özünün saytını hazırlayırıq.
- Demək istədiklərinizi tamaşaçılara aktyorlar çatdıracaq. Tanınmış aktyorlardan kimlər bu serialda rol alıb?
- "Tanınmış aktyor" ifadəsinə mənim münasibətim tam fərqlidir. On görə də bu ifadə üzərində çox dayanmaq istəmirəm. Azərbaycanda aktyor bazarı o qədər geniş deyil. Bu da bizim manevr imkanlarımızı azaldır. Bu məsələni tamaşaçı hökmən nəzərə almalıdır.
Konkret bu serilada rol alacaq ifaçılara gəlincə, əməkdar artist, milli kinomuzun ən peşəkar aktyorlarından Eldəniz Rəsulovun adını böyük məmnuniyyətlə çəkə bilərəm. Sumqayıt teatrından xalq artisti Məzahir Süleymanov, əməkdar artist Mehriban Xanlarova, Bələdiyyə Teatrındakı rolları ilə diqqəti cəlb edən Firəngiz Babayeva, Dövlət Musiqili Teatrın istedadlı aktrisası Mehriban Zalıyeva bu serialda çəkilirlər. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorlarından sayılan Əjdər Zeynalov əsas rollardan birini oynayır. Əjdər müəllim "Dolu" filmində yaratdığı erməni Levon obrazına görə populyarlıq qazanıb, son zamanlar bir neçə serialda baxımlı rollara çəkilib. İnanıram ki, onunla birgə işimiz maraqlı alınacaq. Gəncə və Lənkəran teatrlarında çalışan bir neçə istedadlı aktyoru dəvət etmək planımız var.
Baş rollara isə Namiq Qaraçuxurlu və Dəniz Tacəddin çəkilirlər. Murad rolu Namiq Qaraçuxurlunun ifasında maraqlı alınacaq. Onun istedadına və bacarığına inanan bir insan kimi deyirəm ki, Namiq bəy bu rolun öhdəsindən gələcək. Dəniz xanımı isə tamaşaçılar "Cavid ömrü" filmindən yaxşı xatırlayırlar. Çox istedadlı bir gəncdi.
- "Toy gecəsi" neçə seriya nəzərdə tutulub?
- Yeni serialı bir televiziya mövsümü üçün nəzərdə tutmuşuq. Oktyabrda serialın nümayişinə başlayacaq, iyulda bitirəcəyik. Təxminən 40 seriya olacaq. Fikrimcə, bu daha məqbul variantdır. Bizim "Məhkumlar" da bir televiziya mövsümü efirdə oldu. Hər serialı "Santa-Barbara" kimi çəkməyin mənası yoxdur. Yəqin ki, tamaşaçıların yadındadı, "Santa-Barbara" 1984-cü ildə yayımlanmağa başladı, sonuncu seriya efirə gedəndə isə təqvimdə 1993-ü il idi.
- Bu gün teleseriallara münasibət heç də birmənalı deyil. Türkiyə, Rusiya teleseriallarına baxan tamaşaçılarımıza nəyisə bəyəndirmək asan başa gəlmir...
- Tamaşaçı haqlıdı. Amma mən istərdim ki, bizim də haqımız tanınsın. Azərbaycanda bu sahə yeni yaranır, təzəcə formalaşır. Bizim necə deyərlər, səhv etmək şansımız da olmayıb. Tamaşaçılardan xahişim budur ki, icazə versinlər səhv edək.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK