Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | BAŞ REDAKTOR Adalet.az | BAŞ REDAKTOR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAŞ REDAKTOR

25401    |   2013-09-07 00:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cavanşir Əliyev çox yaxşı rəngsaz idi. Gördüyü işə söz ola bilməzdi. Kim onu tanıyırdı, deyirdi ki, Cavanşirin əlləri qızıldı. Çünki o qədər səliqəli və o qədər keyfiyyətli işlər görərdi ki, onun işinə baxan adamın matı-qutu quruyardı. Və istər-istəməz düşünərdi: kaş mənim evimi də elə bu usta bəzəyəydi...
Son illər Cavanşirin əli bir qədər aşağı düşmüşdü. Daha doğrusu, qabaqkı kimi onu axtarıb eləyən və evində bəzək işləri gördürən adamların sayı azalmışdı. Elə bil kimsə onun bəxtini bağlamışdı. Amma Cavanşir də elə-belə adam deyildi. Çünki daşdan da çörək çıxarmağı bacarırdı. Heç vaxt fikirləşməzdi ki, gördüyü pis işə görə kimsə onu qınayar.
... Onun bir oğlu da vardı. Adı da Natiq idi. Natiqin də əlindən yaxşı dülgərlik işləri gəlirdi. Elə ki, kənddə-kəsəkdə kim ev tikirdi, birinci Natiqi axtarıb tapırdı. Natiq də ki, başqa xarratların gördüyü işi on günə eləyərdi. Özü də müştəridən çox pul ummazdı. Müştəri Allahından dönüb min manatlıq işə yüz manat da versəydi, o bir şey deməz, susar və başını aşağı salıb işini görərdi.
Zəmanə isə dəyişmişdi. Dəyişən bu dövranın içində onların da həyatında qarma-qarışıqlıq yaşanırdı. Cavanşir oğlunu yanına çağırıb dedi:
- A bala, day ustalıqdan, rəngsazlıqdan pul çıxmır. Eşitmişəm ki, qəssab Həsən varıdı ey, bir qəzet açıb bəy kimi dolanır. Çox uzaqda yox, elə İmişlinin içərisində qaz vurub qazan doldurur. Mənim də az-çox bu işdən başım çıxır. Deyirəm, bəlkə ata-bala birləşib biz də bir qəzet açaq...
Natiq diqqətlə atasının üzünə baxdı və sonra da dilləndi:
- Düz deyirsən dədə, onsuz da nə mənim işimdən, nə də sənin peşəndən bir şey çıxmır. Day rayonda ev tikdirən də yoxdur. Elə yaxşısı budur biz də qəzetdən-zaddan bir şey açaq, başımızı saxlayaq. Yoxsa belə getsə, o köhnə dranqlet "Jiquli"ni də satıb yeyəcəyik. Axı bizim də elə savadımız yoxdu.
Cavanşir əsəbi halda oğluna səsləndi:
- Sən bəri başdan nəs-nəs danışma. Guya qəssab Həsənin savadı var? Heç adını-familiyasını yaza bilmir. Acından ölürdü. Altı ayın içərisində bir "Cip" alıb. Hələ mən başqa şeyləri demirəm...
Natiq:
- Düz deyirsən. Özü də "Cip"inin rəngi ağdı. Hər dəfə də başqa rayonlardan qayıdanda maşının baqajı dolu olur: Qoyun cəmdəyi, bal, yağ, mer-meyvə...
- Görürsən oğul, bacarana can qurban! Kimdi ondan soruşan, qəzetin çıxır, ya çıxmır?! Bir ildə cəmi bir dəfə qəzet buraxıb. Onun da içi ilan-qubağa şəkilləri ilə doludu. Biz də bir qəzet açarıq, adını qoyarıq "Göztəpək". Elə bununla da yavaş-yavaş özümüz üçün yaşayarıq. Mən baş redaktor olaram, sən də baş redaktorun müavini. Bax onda işlərimiz yağ kimi gedəcək, qaz vurub qazan dolduracağıq.
Cavanşir oğlu ilə danışandan sonra Bakıya gəldi və bir ərizə yazıb qəzet açmaq barəsində Ədliyyə Nazirliyinə müraciət elədi. On gündən sonra onun qəzeti qeydə alındı. Hətta az müddətdə o, qəzetin möhürünü, ştampını da düzəltdi.
İlk işini rayonda görmək istədi. Amma rayonda hara gedirdi, hamı onu rəngsaz Cavanşir kimi tanıyırdı. Bir neçə dəfə onu tanıyan adamlar qoparağını götürmüşdü. Demişdilər ki, a kişi, utanıb eləmirsən, dünənə qədər onun-bunun evində rəngsazlıq eləyirdin. Heç sənin ali təhsilin də yoxdu. İndi baş redaktoram deyib, qapı-qapı gəzirsən. Heç olmasa o ağ saçından utan!
Bu tənələrdən sonra Cavanşir yaşadığı rayonda obyektləri fırlanmadı. Düzdü, işləri pis getmirdi. Hansı obyektə gedirdisə, beşdən-ondan verirdilər, amma beş-on manat da ona sərf eləmirdi. İstəyirdi ki, getdiyi obyektlərdən daha çox pul qoparsın. Hətta belə olanda başqasına "torba" da tikirdi. Bildirirdi ki, səndən şikayət var və bu şikayəti də prokurorluğa göndərəcəm. Bax onda prokurorluqdan gələnlər sənin dərini soyacaq, içinə saman təpəcək...
Onun hədə-qoruxlarından və şantajlarından qorxanlar da var idi. Qorxduqlarına görə bəzən 50 manat, 100 manat pul çıxarıb verirdilər. Bu pulları alandan sonra isə onun ağzında şirə qalar və yenidən başqalarına hücum çəkərdi.
...Altı ay idi ki, ata-bala guya qəzet çıxarırdılar. Bir nömrəsini nə çətinliklə ərsəyə gətirmişdilər. Hər məqalənin içində isə o qədər orfoqrafik, qrammatik və üslubi səhv var idi ki, qəzeti əlinə alan adam hiss edirdi ki, bunu buraxan heç 5-ci sinif səviyyəsində deyil. Çünki qəzetin adında da hərf səhvi getmişdi.
Bir neçə obyektdə bunu Cavanşirin nəzərinə çatdırmışdılar. O da sudan quru çıxmaq üçün demişdi ki, bu texniki səhvdi. Sən demə, həmin adamın da qəzet işindən başı çıxırmış. Qayıdıb Cavanşirə deyir ki, mən bu qədər qəzet oxumuşam, heç birinin adında hərf səhvi görməmişəm. Ay Cavanşir, texniki səhv bir olar, iki olar. Sənin qəzetindəki bütün yazıların hamısı səhvlə doludur. Dil-ədəbiyyat müəllimi olsa, qəzetini oxusa, orda ən aşağısı qırmızı qələmlə mindən çox orfoqrafik səhv tapar!
Cavanşir gördü ki, həmin adamın qəzetdən başı çıxır və bir daha o obyektə getmədi. Artıq yavaş-yavaş pullanmışdılar. Oğlu da atasına təkid eləyirdi ki, onlar da bir "Cip" alsınlar və fəaliyyətlərini genişləndirsinlər. Hər gün səsləri qonşu rayondan gəlirdi. Və qonşu rayonda da ata ilə oğulun əlindən zinhara gəlmişdilər. Elə həftə olmazdı ki, həmin rayondakı obyektlərə baş vurmasınlar. Bundan da əsəbiləşən obyekt sahibləri onların əlindən boğaza yığılmışdı.
Ağ "Cip"də rayon prokurorluğunun binasının yanında dayandılar. Ata və oğul şəstlə maşından yerə düşüb prokurorluğun binasına doğru addımladılar. Girəcəkdə onları polis saxladı və soruşdu:
- Sizə kim lazımdı?
Cavanşir:
- Mən baş redaktoram, prokurorla görüşmək istəyirəm.
Polis əməkdaşı:
- Bir dəqiqə gözləyin, sizə xəbər çatdıraram.
Bir dəqiqədən sonra polis onlara məlumat verdi:
- Prokuror sizi gözləyir.
Prokurorun otağına daxil olan Cavanşir Əliyev iri əllərini ona tərəf uzadıb salam verdi. Prokuror da onun əlini sıxaraq dilləndi:
- Əyləşin! Sizə nə lazımdı?
- Mən baş redaktoram. Bu cavan oğlan isə mənim müavinimdi. Gəlmişik səninlə görüşək.
Prokuror sakit tərzdə dedi:
- Sizi dinləyirəm.
Cavanşir dərindən udqundu və sifətini tər basdı. Çünki onun deməyə heç bir sözü yox idi. Yenidən prokuror əlavə elədi:
- Bəlkə müsahibə almaq istəyirsiniz?
Cavanşir:
- Hə, hə, bax ondan...
Prokuror təəccübləndi:
- Suallarınızı verin.
Cavanşir yenə duruxdu. Çünki heç bir sual verə bilmirdi. Və yenidən prokurora tərəf çevrilib dedi:
- Siz danışın, biz də yazaq.
Rayon prokuroru qarşısındakı adamın çox savadsız, səviyyəsiz və qabiliyyətsiz olduğunu hiss etdi. Amma təmkinini pozmadı:
- Görürəm, bu işdən xəbərsizsiniz. Mən heç vaxt sizin kimi jurnalist görməmişəm. Deyirsən ki, baş redaktoram, yanımdakı da müavinim. Amma juranlistika ilə bağlı bir kəlmə danışa bilmirsiniz. Bax onda mən sizə sual verirəm. Götürün bu dəftər-qələmi. Yazın ki, filan rayona ezamiyyətə gəlmişəm. Əgər düz yazsanız, mənim sizə sözüm yoxdur.
Ata və oğul qələmi götürdülər və həmin cümləni çox çətinliklə yazdılar. Prokuror onların yazdıqları cümləni oxuyanda güldü:
- Bir cümlədə hər ikiniz on orfoqrafik səhv buraxmısınız. Cümləni yaza bilməyən adam necə baş redatkor və baş redaktorun müavini ola bilər? Axı jurnalist hamıdan savadlı, səviyyəli və qabiliyyətli olmalıdır. Deyin görüm, siz özünüz haranı bitirmisiniz və hansı sənətin qulpundan yapışmısınız?
Baş redaktor udqundu və yenidən onun sifətini soyuq tər basdı:
- Mən orta məktəbi bitirib rəngsaz işləmişəm. Uzun müddət bu işlə məşğul olmuşam. Heç bir ali təhsil almamışam. Oğlum da dülgərdi. Onun da heç bir təhsili yoxdu. Baxdıq gördük hərə bir qəzet açır, yaxşı qazanc yolu tapıb, biz də ata-bala belə bir iş gördük.
Prokurorun qaşları çatıldı. Hər ikisinin vəsiqəsini əlindən aldı və saxladı. Sonra da polisi çağırıb göstəriş verdi ki, o ata-bala dələduzluq eləyir. Apar sal içəri. Polis nəfəri hər iki şəxsi yaxalayıb zirzəmiyə apardı.
Bir neçə saatdan sonra prokurorun əsəbiləri sakitləşdi və hirsi soyudu. Yenidən polisə göstəriş verdi ki, ata-balanı onun yanına gətirsin. Polis də aşağı düşüb onları yuxarı qaldırdı. İçəri daxil olanda Cavanşir uşaq kimi ağlamağa başladı:
- Cənab prokuror, bir daha bu işlə məşğul olmarıq. Bir qələtdi eləmişik. Buraxın gedək öz peşəmizin qulpundan yapışaq. Biz elə bilirdik ki, hara getsək, pul verəcəklər. Elə biz də bu tamahımızın qurbanı olmuşuq.
Onlar prokurorun otağında çox yalvarıb yaxardılar, göz yaşı tökdülər. Axırda da prokurorun ürəyi yumşaldı və dedi:
- Sizin gül kimi peşəniz var: biriniz rəngsazsınız, o biriniz dülgər. Niyə gedib çörəyinizi peşənizdən çıxarmırsınız? Jurnalist adına ləkə yaxmaq olmaz! Vəsiqəni cibinizə qoyan kimi elə bilirsiniz jurnalist olacaqsınız?! Amma bilmirsiniz jurnalist olmaq üçün universitet bitirmək lazımdı, oxumaq, öyrənmək, əziyyət çəkmək gərəkdi. Jurnalist ən savadlı, ən istedadlı və ən mədəni insandı. Siz isə bu ada ləkə gətirirsiniz! Bu dəfə sizi buraxıram. İkinci dəfə bu hadisə ilə rastlaşsam, hər ikinizi dələduzluq maddəsi ilə məsuliyyətə cəlb eləyəcəyəm.
Cavanşir prokurorun onları bağışlamasını eşidəndə rəngi üstünə gəldi və dedi:
- Cənab prokuror, qələt eləyərik bir də bu işlə məşğul olarıq! Günü sabahdan gedib öz işimizlə çörəkpulu çıxaracağıq.
Düzdür, onlar həmin rayondan həmişəlik getdilər, bir də ora dönmədilər. Amma baş redaktorla müavininin səsi başqa rayonlardan gəlirdi. Deyirdilər ki, indi də ata-oğul o rayonlarda qapı-qapı gəzib dilənçilik eləyir və bəzən də vəzifəli şəxsləri şantaj eləyərək pul qoparırlar...

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK