Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Kinonun acı tüstüsü də şirindi" Adalet.az | "Kinonun acı tüstüsü də şirindi" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Kinonun acı tüstüsü də şirindi"

60 yaşlı pirotexnik Vaqif Qurbanovun ilk müsahibəsi

25657    |   2013-08-03 04:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vaqif Qurbanov milli kinematoqrafiyamızın sıra nəfərlərindən biridi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən bədii filmlərin əksəriyyətində onun əməyi var. Təcrübəli və təvazökar pirotexnik kadr arxasında qalsa da, bəzən adı titrlərdə görünməsə də üzərinə düşən işi həmişə keyfiyyətlə yerinə yetirməyə çalışır.
Milli Kino Günündə kinematoqrafçılarımıza ünvanlanan təbriklərdən pirotexnik Vaqif Qurbanova da pay düşür.

- Kinostudiyaya gəldiyiniz ilk gün yəqin yadınızda qalıb...
- 1953-cü ildə Bakıda doğulmuşam. Bizim dövrün şəhər uşaqlarının həyatını kinosuz təsəvvür etmək mümkün deyildi. Paytaxtdakı kinoteatrlar ən çox getdiyimiz yerlər idi. Bəzən bir filmə dəfələrlə baxırdıq. Hərəmizin öz kino qəhrəmanı vardı. Amma heç ağlıma gəlməzdi ki, nə vaxtsa kinostudiyada işə qəbul olunacaq, filmlərin çəkilişində iştirak edəcək, ekrandan gördüyüm məşhur aktyorlarla çiyin-çiyinə çalışacam.
Hərbi xidmətdə olanda pirotexnik kimi müəyyən vərdişlər əldə etmişdim. Orduda öyrəndiklərim kinostudiyada işə qəbul olunanda köməyimə gəldi. 1996-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının qapısından içəri keçib bu "sehrli adaya" düşdüm. Əslində bir neçə il əvvəldən gəlmək istəyirdim, lakin alınmırdı. Çünki həmin dövrdə bütün sahələrdə olduğu kimi kino sənayesində də çoxlu problemlər var idi. Filmlərin çəkilişinə pul ayırmaq, yeni texnika almaq asan məsələ deyildi. Üstəlik, mütəxəssislərin çoxu dolanışıq üzündən kinostudiyanı tərk etmişdi. Sonrakı illərdə kinostudiyada direktorlar dəyişdi, ştatların çoxu ləğv olundu. Pirotexnik kimi məni də müqaviləli iş sisteminə keçirdilər. Bütün bunlara baxmayaraq sevdiyim işdən ayrılmadım. Bu gün filmlərə dəvət alanda müqavilə ilə çalışıram. Artıq 17 ildir ki, buradayam və heç bir yerə getmək barədə də fikirləşmirəm. Kinonun acı tüstüsü də artıq mənə şirin gəlir.
- Pirotexnik deyəndə kino tamaşaçılarının yadına dərhal "Bəyin oğurlanması" filmindəki məşhur Ələsgər obrazı düşür. Həmin Ələsgər sizin prototipiniz deyil ki?
- Yox, tam mənim prototipim deyil. Amma bəzi ümumi cizgilər var.
- Kino kollektiv sənət olduğundan bir film üzərində yüzlərlə insan çalışır. Filmdə əksər kadrlar pirotexnikin verdiyi tüstüdən sonra çəkilir. Hansı filmlərdən həmin tüstünü əsirgəməmisiniz?
- Belə filmlər çoxdu. "Qala", "Girov", "Cavad xan", "Qisas almadan ölmə", "Hökmdarın taleyi", "Qorxma, mən səninləyəm-2"... Bir də əlbəttə ki, "Dolu" filmi.
- Bəlkə elə sonuncudan -"Dolu"dan ətraflı danışaq...
- Bu filmdə əməyi olan hər bir kəs "Dolu" barədə saatlarla danışa bilər. Çünki çox uğurlu bir ekran əsəri yarandı, bütün yaradıcı və texniki heyətin üzü ağ oldu. Bu gün fəxrlə deyə bilərik ki, milli kinematoqrafiyamız "Dolu" kimi mükəmməl bir əsəri yarada bildi.
- Filmin çəkilişlərinə başlayanda "Dolu"dan necə deyərlər, gözünüz su içirdi?
- "Dolu"nun uğuruna film üzərində çalışan hər kəs inanırdı. Sanki hamımızın ürəyinə dammışdı. Quruluşçu rejissor Elxan Cəfərov çox maraqlı bir ansambl yarada bilmişdi. Çəkiliş meydançasında əsl yaradıcılıq mühiti yaranmışdı. Quruluşçu operator Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, icraçı prodüser Nadir Əliyev, rejissorlar Əliqulu Səmədov, Ənvər Həsənov bir-birlərini kəlmədən başa düşürdülər. Əsərin müəllifi Aqil Abbasın çəkiliş meydançasına gəlişi hamımız üçün toy-bayram olurdu. Təkcə yaradıcı heyətlə deyil, texniki işçilərlə də maraqlanır, filmin əhəmiyyətini başa salır, bizə ürək-dirək verirdi. "Dolu"nun Azərbaycanın bütün bölgələrində, o cümlədən bir neçə xarici ölkədə təqdimatı keçirilib. Hamısında Aqil Abbas mənim də əməyimi xüsusi qeyd edib. Sözün açığı, birinci dəfədir ki, müəllif tərəfindən belə diqqət görürəm.
- "Dolu"nun çəkilişləri zamanı sizi müşahidə eləmişəm. İsmayıllıda yayın o qızmarında çəkiliş vaxtı hər gün bəlkə də 5-6 kilometr qaçırdınız. 60 yaşda bu enerji hardandı?
- Cavanlıqda idmanla məşğul olmuşam, qılıncoynatma üzrə idman ustasıyam. Həmişə hərəkətdə olmağı xoşlayıram. Tənbəl adamdan heç xoşum gəlməz. Bayaq dediyim kimi, kinostudiyadan daimi maaş almıram, müqavilə ilə çalışıram. Çəkilişlər olmayanda maşın motoru təmir edib dolanıram. Bu işi də deyilənə görə yaxşı bacarıram.
- Bu gün pirotexnik işləmək istəyən gənclər var?
- Bu sənətlə indi heç kim maraqlanmır. Çünki əziyyəti çox, pulu isə azdı. İndiki cavanları daha çox maddi məsələlər maraqlandırır. Kino isə həmişə fədakar insanları sevir.
- Hər il avqustun 2-si Milli Kino Günü kimi qeyd olunur. Bayram günündə sizi yada salan, mükafat verən olurmu?
- Bu vaxta kimi olmayıb. Pirotexnik sənəti bir az ciddi sənətdi. Biz öz işimizi vicdanla görüb kənara çəkilirik. Bu illər ərzində ilk dəfədir ki, müsahibə verirəm. Yenə deyirəm, mən öz işimi vicdanla görməyə çalışıram. Qiymətləndirmək isə kinostudiya rəhbərliyinin işidi. Çəkiliş meydançalarında verdiyim tüstü yəqin ki, boşuna getməz.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK