Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Rəşad Məcidə hücum edənlər..." Adalet.az | "Rəşad Məcidə hücum edənlər..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Rəşad Məcidə hücum edənlər..."

"Qol.Az" saytının baş redaktoru Aydın Bağırov indi daha çox "Bavariya" barədə fikirləşir

30973    |   2013-07-27 05:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İdman yazarları xəbər bolluğuna düşüblər. Çempionlar Liqasının və Avroliqanın növbəti təsnifat mərhələlərinin oyunları keçirilir. Hər gün yeni bir transfer "bombası" partlayır. Azərbaycan premyer liqasının təzə mövsümü yaxınlaşır.
"525-ci qəzet"in redaktor müavini, tanınmış idman yazarı, "Qol.Az" saytının baş redaktoru Aydın Bağırov dünyanın futbol meydanlarında baş verənləri sürətli təqib edir. Çünki ölkədə ən çox oxunan idman saytlarından birinə rəhbərlik etmək asan məsələ deyil.
Bu arada müsahibimiz yeni mənzilə köçməyin planlarını qurur. Dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün inşa olunan 17 mərtəbəli yaşayış binasında mənzillə mükafatlandırılan həmkarlarımız arasında Aydın Bağırov da var.

- Yeni mənzilin mübarək. Bu şərəfə layiq görülən 156 nəfərdən biri olmaq necə hissdi?
- Təbii ki, çox gözəl bir hissdi. Milli Mətbuat Günündə belə bir qiymətli hədiyyə almaq insana qürur verir. 16 ildir ki, mətbuat aləmindəyəm. Bu illər ərzində kiçik əməyimi qiymətləndirən, şəraitimi nəzərə alan insanların hamısına, xüsusi ilə ölkə başçısına minnətdarlığımı bildirirəm. Bu məsələdə önəmli rol oynamış bir şəxsin adını xüsusi qeyd etmək istəyirəm. Həmin şəxs "525-ci qəzet"in baş reaktoru Rəşad Məciddi. Jurnalistikaya gəldiyim gündən Rəşad Məciddən ancaq diqqət və qayğı görmüşəm. O, bu illər ərzində mənin üçün qiyməti ölçüyə gəlməyən fədakarlıqlar edib. Jurnalistlər üçün tikilən binanın açılışında Rəşad bəyin çıxışı həmin mərasimə xüsusi bir rəng qatdı, həqiqi jurnalistlərin səviyyəsini göstərdi, üzümüzü ağardı. Rəşad Məciddən ancaq belə çıxış gözləmək olardı. Təəssüf ki, açılış mərasimindən keçən sonrakı günlərdə baş verənlər ovqatımı bir qədər korladı.
- Yəqin ki, Rəşad Məcidin əleyhinə yazılanları nəzərdə tutursan...
- Rəşad Məcidə hücum edənlər çox böyük səhv edirlər. Onların bu ədalətsiz hərəkətləri məndə ikrah doğurur. Rəşad Məcid Azərbaycan mətbuatında önəmli yeri olan biridi. Onun yaratdığı "525-ci qəzet", bu qəzetin ədəbiyyata, ölkə mediasına bəxş etdiyi imzalar ortadadı. Bu gün Rəşad Məcidə müharibə edənlərin isə sosial şəbəkələrdə paylaşdıqları bir-iki statusdan başqa heç nələri yoxdu. Bir zamanlar Rəşad Məcidin köməyi ilə "525-ci qəzet"in səhifələrində palaz-palaz yazılar dərc edənlərin də bəziləri bu gün ona qarşı başlanan bu ədalətsiz mübarizədə ön cərgədə gedir.
Bizim binanın yaxınlığında jurnalistlər üçün tikiləcək ikinci binanın da təməli qoyuldu. İnşallah 2 ildən sonra bina istifadəyə veriləcək. Bu gün Rəşad Məcidə qarşı hücuma keçənlərdən də bəziləri yəqin ki, o binada mənzil alacaqlar. Qonşu kimi üz-üzə gələndə olar Rəşad bəyin üzünə necə baxacaqlar?
Jurnalistlər üçün inşa edilən ilk binada həyatdan köçmüş 3 həmkarımızın da ailəsinə mənzil verildi. Mən bu humanist addımı çox yüksək qiymətləndirirəm. Çox istərdim ki, növbəti binada mərhum jurnalist, dəyərli insan, istedadlı qələm adamı Adil Qaçayoğlunun da ailəsinə mənzil verilsin. Bütün həmkarlarımızın bu məsələnin reallaşmasına dəstək verəcəklərinə inanıram.
- Yeni qonşularınla tanış ola bilmisən?
- Püşk məni çox gözəl insanlarla qonşu etdi. İş yoldaşım, jurnalist kimi yetişməyimdə əziyyəti olan Yaşar Əliyev qapı qonşum oldu. Bu da yəqin elə Allahın qisməti, tale yazısıdı. 16 illik dostum, "Yeni Müsavat"ın redaktoru Nazim Sabiroğlu, "Space" telekanalının idman şərhçisi dostum Tural Xudiyevlə də qonşuyam. Binaya köçəndən sonra yəqin ki, digər qonşularımı da yaxından tanıyacam.
- Bilirsən niyə soruşdum? Çılğın futbol azarkeşisən, evdə futbola baxanda səs-küyün qonşulara problem yaratmaz?
- Futbola sakit baxmaq mümkün deyil. Təbii ki, söhbət əsl futboldan gedir. Mənə iki il öncə "Türk telekom" arenada "Qalatasaray"ın oyununa baxmaq nəsib olub. Türk azarkeşlərinin futbola sevgisi məni həmişə heyran edib. Onlar qədər olmasam da hər halda mən də futbola baxanda çox çılğın oluram, sevdiyim komanda qol vuranda həddindən artıq emosional olur, bərk qışqırıram. Bəzən dostlarım bu xüsusiyyətimi görəndə təəccüblənirlər. Azərbaycan millisinin, klublarımızın görüşünü stadiondan canlı izləməyi xoşlayıram. Əcnəbi komandaların oyunlarını isə sakit kafelərdə baxmağı sevirəm. Görürsən də, qonşularımı nəzərə almışam. Bu məsələdə qonşularımla problem olacağını düşünmürəm.
- Millət vəkili, stajlı futbol azarkeşi Aqil Abbas bu günlərdə verdiyi müsahibələrin birində demişdi ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə keçsə, mən həmin kluba azarkeşlik edəcəm. Sənin belə bir planın yoxdu?
- Aqil bəy məncə bu fikri kimlərisə qıcıqlandırmaq üçün deyib. O, Qurban Qurbanovun işini nə qədər bəyənsə də heç vaxt "Qarabağ"ı qoyub başqa kluba azarkeşlik etməz. Aqil Abbasın "Qarabağ"ı nə qədər sevdiyini, bu kub üçün nələr etdiyini bütün Azərbaycan bilir. Mən də bir Qarabağlı kimi bu komandanın sadiq azarkeşlərindənəm. Qurban Qurbanovun Azərbaycan futbolunda gördüyü işləri dəstəkləyirəm. Qurban bəyin şəxsiyyətinə də böyük hörmətim var.
- Bilirəm ki, Aydın Bağırov da Berti Foqtsun Azərbaycan millisindən gedəcəyi günü səbirsizliklə gözləyənlər arasındadı...
- Berti Foqtsun yerinə Qurban Qurbanov təyin olunmayacaqsa alman məşqçinin gedişini arzulamaq bizə heç nə verməyəcək. Tutaq ki, Foqtsu çıxarıb yerinə başqa bir əcnəbi gətirdilər. Azərbaycan futbolu bundan nə qazanacaq? Ona görə də bizim yığmanın baş məşqçisi postuna ən yaxşı namizədim Qurban Qurbanovdu.
- Bu gün az qala bütün dünya "Barselona"dakı baş məşqçi dəyişikliyini müzakirə edir. Səncə Xerardo Martino bu işin öhdəsindən gələ biləcək?
- "Barselona"da elə bir sistem qurulub ki, baş məşqçinin kim olması bəlkə o qədər də önəmli deyil. İndi sözün aşığı, məni Martinolu "Barselona"dan daha çox Qvardiolanın başçılıq edəcəyi "Bavariya"ın taleyi maraqlandırır.
- Deyilənə görə, "Tata" ləqəbli Martino "Barselona"ya Messinin təzyiqi ilə baş məşqçi gətirilib...
- Messi açıqlama verərək bu məsələdə əli olmadığını deyir. Amma məncə Messi bu açıqlamasında səmimi deyil. Bütün böyük klublarda baş məşqçi dəyişikliyi olarkən avtoritet futbolçuların rəyi nəzərə alınır.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK