ANA SƏHİFƏ / YAZARLAR

SEVMƏDİYİM SEVGİLİM

21406    |   2013-07-13 00:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç nə əvvəlki kimi deyildi. Qadın şübhələrini dəfələrlə dilə gətirsə də, ona yanıldığını anlatmaq üçün hər vasitəyə əl atır, ürəyində yuva salmış şübhənin kökünü kəsməyə çalışırdı. Şair nə qədər dil töküb, onu əvvəlki kimi sevdiyini söyləsə də, əməlləri bunu isbat etmirdi. Nə əvvəlki kimi qadını səhər erkən öpüşləri ilə yuxudan oyadır, nə ona həsr etdiyi şeirlərinə fikir bildirməsi üçün həyəcanla gözləyirdi. Qaşqabaqla dolaşaraq problemlərini bəhanə gətirir, səbəbin bunlar olduğunu söyləyirdi. Onun problemləri əvvəllər də var idi, amma o zamanlar qadının bir baxışı ilə gözlərinə işıq gələr, bütün problemləri unudulardı. Bir təbəssümü ilə işinin uğurlu başlayacağına əmin olar, onu özünün şans mələyi hesab edərdi.
İllər beləcə ötürdü. Artıq əvvəlki münasibət qalmamışdı. Bir-birinə sadəcə hörmət edirdilər. Evləndikdən üç-dörd il sonra sevginin azaldığını, nəhayət yoxa çıxdığını, bunun yerini qarşılıqlı hörmətin, sayqının tutduğunu bildirən mütəxəssislərə etirazını bildirib, sevginin ən böyük ilahi güc olduğunu və heç vaxt tükənmədiyini söyləyən şair indi özü də yanıldığını hiss edirdi. Onun, yaradıcılıq üçün yeni ilham pərisinə ehtiyacı vardı. Və... bir oxucu zəngi onu, axtarışında olduğu ilham pərisinə qovuşdurdu.
Oxucu mesajla onun yazılarına, şeirlərinə hava, su kimi ehtiyacı olduğunu, hər sabah onun sevgi şeirləri ilə oyandığını, hər gecə qucağında onun kitabı ilə yuxuladığını yazırdı. Bu, şairə yeni ümidlər, macaralar vəd edirdi. Birinci mesajdanca üzünü belə, görmədiyi o qadına marağı, vurğunluğu başladı. Qadın onun ürəyini oxuyurmuş kimi, hisslərini duyur, istəklərinin nələr ola biləcəyini sadalayır, hər mesajda onu elə öz misraları ilə xoşbəxt edirdi...
Artıq evə, ailəyə münasibəti tamam soyumuşdu. Bütün gün gözü telefonda qalır, gizli aşiqindən yeni sevgi etirafları gözləyirdi. Süstləşmiş, yorğun görkəminə gözəgörünməz bir qüvvənin əli ilə bir ruh, gənclik həvəsi gəlmişdi. İlk vaxtlar, biz zaman dəli kimi sevdiyi qadınına etdiyi bu xəyanət üçün vicdanı onu bir az incitsə də qadını, sevgisinin çox hissəsini övladlarına sərf etməklə onu ikinci plana keçirməkdə, qadın kimi özünə fikir verməməkdə günahlandıraraq özünə haqq qazandırırdı. İndi yalnız evin maddi tələbatlarını ödəməklə borcundan çıxdığını zənn edən şair üçün əsl həyat ailədənkənar dünyası idi.
Mesaj yazan xanımdan onun nədən zəng etmədiyini, nədən görüşmək istəmədiyini soruşarkən o, tələsməməyi, hər şeyin bir zamanı olduğunu, səsini eşidəcəyi, üzünü görəcəyi günün çox da uzaq olmadığını yazırdı. Bu gizlilik, sirlilik onu daha da qıcıqlandırır, macara həvəskarı şair özünü on beş yaşlı oğlan kimi hiss edirdi.
Xanımı ondakı bu dəyişikliyi üzə vurmurdu. Özü də bu sahənin adamı olduğundan ərinin yaradıcılığına müsbət təsir edən bu "dəyişikliyi" səbrlə izləyirdi. Amma içini gəmirən qısqanclıq hissiylə də bacarmırdı. İki yolun arasında qalan qadın hələ ki, öz hisslərini qurban verir, sevdiyinin bir gün peşiman olaraq onun qiymətini anlayacağına inanırdı. Günlər üzücü keçirdi. Əvvəllər paltarını dəyişdirməyə, tüklü üzünü qırxdırmağa güclə nail olduğu həyat yoldaşı indi üst-başına xüsusi fikir verməyə, hər gün üzünü qırxmağa, bahalı ətirlər istifadə etməyə başlamışdı. Bir gün gizli aşiqi görüşməyə razı olar deyə, hər gün səliqəli olmağa çalışırdı.
O gün isə çox təlaşlı idi. Gizli aşiq ona görüşməyi təklif etmişdi.
Həyəcandan ürəyi sinəsindən çıxacaqdı sanki. Görüş təyin olunan yeri xəyalında min dəfə gəzib gəlmişdi. Mesajlar əsasında təsəvvür etdiyi xanımla görüşünə anlar qalmışdı. Ona aylardı yeni macara yaşadan, yeni arzular bəxş edən, yeknəsəq həyatına rəngarənglik gətirən bu xanımın ayaqlarından öpməyə hazır idi.
Nəhayət vədələşdikləri yerə yaxınlaşdı. Qadın nə geyinəcəyini tərif etdiyindən onu uzaqdan görən kimi tanıdı. Qadın arxası ona tərəf otursa da, sarı rəngli saçları, marka mal olduğu kənardan bilinən yaraşıqlı paltarı, hündürdaban ayaqqabısı, laklı dırnaqları, son moda əl çantası ilə çox cəlbedici görünürdü.
Şair həyəcandan yıxılmaqdan özünü güclə saxlayırdı. Ürəyinin döyüntüsü qulaqlarında guppuldayırdı. Sənəti ancaq sözdən ibarət olan şair nə deyəcəyini, necə başlayacağını bilmirdi.
Nəhayət qadının oturduğu skamyaya çatdı. İlk görüş maraqlı alınsın deyə, qadının arxasında dayanıb adətləri üzrə mesaj atmaq istədi. Bu zaman qadın arxaya çevrildi. Şair gözlərinə inanmadı. Söz boğazında düyünlənib qalmışdı. Bərəlmiş gözləri ilə, təəssüflə ona baxan qadını izləyirdi. Bu qadın onun xanımı idi...

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK