hacklink Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 3 Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 3 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 3

58605    |   2013-06-22 01:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir mədəniyyət öz kökləri üstündə yüksələrsə güclü olar və onu Tanrıdan savayı heç bir qüvvə yıxa bilməz. Buna nümunə kimi Azərbaycan və Asiya Türklüyünü göstərə bilərik. Qafqazya hardasa 250 il rus əsarətində qaldı, Rus yumruğu altında nalə çəkdi.
Ruslar buradakı müsəlmanları və türkləri assimilyasiyaya uğratmaq üçün, soyqırımlar da daxil olmaqla hər cürə yola müraciət etdi. əlbəttə, onlara kömək olan, öz qarnını və əyləşdiyi stolu fikirləşən şəxsiyyətsiz insanlar da tapıldı. Onlar ruslarla əlbir oldular. Bu şəxslər təbii olaraq bizim dildə danışıb mənsub olduğumuz dinə inansalar da əksəriyyətinin damarında özgə bir millətin qanı dövran edirdi. Eynilə İstanbulda küçələrə tökülüb "Biz erməniyik!" deyənlər kimi. Ruslara və onların yançıları olan bu şəxslərə baxmayaraq xalqlarımız öz milli kimliyini, milli mənliyini qoruyub-saxlaya bildi. Ulu Tanrı Rəd surəsinin 11 ayətində "Bir xalq öz əhvalını dəyişməyənə kimi Allah onların vəziyyətini dəyişdirməz" buyurub. Qafqazya və Asiya Türklüyü də Allahın ipindən yapışıb öz milli kimliyinə sahiblənərək onu saxlaya bildi.
Yazdığım mövzuyla bağlı olduğuna görə bu müqayisəni etməliyəm. İngilislər öz milli mədəniyyətinə tarix boyu ən yüksək səviyyədə sahib çıxıbdır, ancaq bizim qan yaddaşımızda olmayan bircə fərqlə. Onlar öz milli maraqları üçün digər xalqları insan gözündə görməyib və yalnızca öz ciblərini doldurmağın və bunu davam etdirməyin çarələrini arayıblar. Bu yolda elmin yardımı ilə yüz illər boyu araşdırmalar aparıblar və xalqları əsrlər boyu nə cür idarə edə bilərlər onun yolunu axtarıb-tapıblar. "İngilis Müstəmləkələr Nazirliyi"ni (Colonial Secretary) 1768-ci ildə yaradıblar və bu nazirlik 1925-ci ilə kimi müxtəlif adlar altında öz vəzifəsini ifa edib, 1925-ci ildə isə Hindistan haricində qalan ülkələrdən məsul nazirlik kimi çalışıb və bu işini 1968-ci ildə Xarici İşlər Nazirliyinə təhvil veribdir. Deməli, o bağlanmayıb və Xarici İşlər Nazirliyi daxilində öz işini hələ də davam etdirir. əslində ingilislər müstəmləkəçilik fəaliyyətinə 16-cı əsrdə başlayıblar, yəni Osmanlı İmperiyasının ən güclü qəbul edilən çağında, "Möhtəşəm" ləqəbiylə anılan Qanuni Sultan Süleyman vaxtında. İngilis müstəmləkəçiliyinin ən böyük qazancı isə yüz illər boyu qul ticarətindən əldə edilib. Xüsusilə Afrikadan götürülən kölələr yeni tapılan Amerika qitəsinə aparılıb.
Tanrının şərəfli olaraq yaratdığı və yaratdıqdan sonra da özünü öydüyü insanı təhqir edən, onun sadəcə olaraq maddi sərvətini deyil, mənəviyyatını da sömürən bir xalq, bu gün qalxıb Türk millətinə demokratiya və insan hüquqları dərsi keçməsin, buna qəti şəkildə hüququ çatmır!..
Söhbətin bu yerində, türklərin insana verdiyi dəyəri tariximizdən bir nümunə ilə təqdim etmək artıq vacibdir.
Onuncu əsrin 2 Noyabr 971-ci il tarixində dünyaya gələn və 998-ci ildə Qəznə Türk dövlətinin hökmdarı olan Mahmud Qəznəvi on birinci əsrin otuzuncu illərində dünyasını dəyişib. Mahmud, ordusuyla taciklərin bir qəsəbəsini tutur, otaq deyilən hökmdar çadırını həmin qəsəbənin bir yerində qurdurur. Aradan bir müddət keçəndən sonra bir axşam çağı otağında olduğu vaxt, növbətçilərinin mübahisəli səslərini duyub eşiyə çıxır və bir tacikin özüylə görüşmək istədiyini, növbətçilərin də ona mane olduğunu görür. Mahmud, taciki buraxmalarını əmr edir və "Mənə nə sözün varə" deyə ona sual verdikdə Tacik, "Hökmdar onu şəxsən sizə demək istəyirəm" deyir, o da taciki otağına dəvət edir. Mahmud, taxtında əyləşdikdən sonra gənc tacik başlayır danışmağa: "Hökmdar, siz buranı tutduqdan bir həftə sonra bu boyda, bu buxunda, bu yaraşıqda bir əsgəriniz azan çağı evimizə gəldi, məni zorla eşiyə çıxarıb yoldaşım və körpəmizlə evdə saatlarla qaldı. O vaxtdan bəri hər iki-üç gündə bir evimizə gəlir və məni zor gücüylə eşiyə çıxardaraq yoldaşımla evdə qalır, buna bir çarə qılmağınız üçün sizi narahat elədim".
Mahmud Qəznəvi, "Balam, o əsgər haçan sizə gəlsə, evdən çıxıb təcili gəlib mənə xəbər verəcəksən" deyir və onu otağdan çıxarır, növbətçilərə göstərib əmr edir ki, "Bu tacik haçan gəlsə dərhal yanıma buraxın". Tacik gedir və üçüncü gün azan çağı qaçaraq özünü yetirir Mahmud Qəznəvinin otağına, növbətçilər onu dərhal buraxırlar. Tacik otağdan içəri daxil olan kimi, "Hökmdar o əsgər bu dəqiqə evimizdədir" deyir. Mahmud o saat silah-sursatını qurşanır və otağdan çıxaraq say-seçmə hərbçilərini yanına alıb düşür yola. Tacikə deyir ki, "Evinizə iki yüz-üç yüz metr qalmış mənə xəbərdarlıq elə". Bir xeyli getdikdən sonra tacik, həmin xəbərdarlığı edərək, "Hökmdar evə yaxınlaşırıq" deyir və Mahmud da, əsgərlərinə əllərindəki məşəlləri söndürmələrini əmr edir. Evin qabağına gəldikdə ən qabaqda özü olmaqla evə basqın verirlər və içəridəki əsgəri o dünyaya yolladıqdan sonra əsgərlərə məşəlləri yandırmalarını əmr edir. Məhv edilən əsgər üzüstə düşüb dəbələnə-dəbələnə can veribdir. Mahmud onu çevirmələrini əmr edir və məşəli alıb əsgərin üzünə tutduqdan sonra dərhal əyilib səcdəyə varır, əllərini qaldırıb Tanrıya dua edir. Sonra da üzünü evin gəlininə tutub, "Qızım mənə pendir-çörək və su gətir" deyir, o da deyilənləri gətirib qoyur hökmdarın qabağına. Mahmud Qəznəvi, meyitə fikir vermədən başlayır pendir çörəyi yəməyə, bir az yedikdən sonra da sudan götürüb içir, şükür edib ayağa durur. Ev yiyəsi Tacik, Mahmudun əl-ayağına düşür və bu hərəkətinin sirrini özünə açmasını xahiş edir. Mahmud da, "Balam, sən o gün gəlib bu əsgərin boy-buxununu təsvir etdikdə, onun mənim oğluma da oxşadığını, o nanəcibin mənim oğlumun da ola biləcəyini fikirləşdim. Məşəlləri evə daxil olmadan keçirtdim ki, içəri daxil olduqda o əsgər mənim oğlum olarsa atalıq hissim qələbə çalar və öz oğlumu öldürə bilmərəm, ancaq o ölməliydi. Bizim mədəniyyətimizə görə özgəsinə o hərəkəti edən mütləq bu günahını canıyla ödəməlidir. O öldürüləndən sonra dalı üstə çevirtdim və gördüm oğlum deyil, ona görə Tanrıya səcdə etdim. O nalayiq işi görənin oğlum olmadığına görə ona həmdü-sənamı, şükrümü bildirdim. Yoldaşından çörək-su istədim, çünki sənin üç gün qabaq gəlib məsələni açdığın andan bəri dilimə çörək dəyməmişdi. Bizim hakimiyyətimizin hökm sürdüyü yerdə o cür əməllər yaranırsa, bir hökmdar olaraq çörək nə cür boğazımdan keçə bilərdiə!"
Xocalı Soyqırımını gerçəkləşdirən ermənilərin əllərinə keçirdikləri Azərbaycanlı türklərə nə divanlar tutduğu o vaxtın qəzet-jurnallarında, teleekranlarda və radio dalğalarında bütün dünyaya yayıldı. Azərbaycan əsgərlərinin əllərinə erməni qadınları da, qızları da, ağsaqqal, qarasaqqallıları da keçdi, ancaq onların bir dənəsinin də namusuna, şəxsiyyətinə toxunulmadı, insanlıq ləyaqətləri təhqir edilmədi. Mahmud Qəznəvi ilə Qarabağ döyüşləri arasında min ildən artıq vaxt vardır, ancaq milli xislətimiz bir zərrə də dəyişilmədən qan yaddaşımızla nəsildən-nəslə ötürülür. Biz bu xarakterə malik nəcib və yüksək xarakterli bir millətik, Ulu Tanrı bizi bu cür yaradıb. Ona görə nə ingilis, nə rus, nə alman, nə fransız nə də digərlərinin bizə bəşəriyyət dərsi, demokratiya dərsi keçməyə hüquqları çatmır.
İngilislərin baş tacı etdikləri Lawrence, Trablusdan 5 aprel 1913-cü il tarixində Oxford Universitetinin alimi Xanım Reidera yolladığı məktubunda yazırdı:
"Türklərə gəldikdə onlar alçaqdır! Onlar insan deyil, qır saqqızdılar. Türklərin aradan götürülməsi bir vaxtlar idarəetmə sənətini yüksək səviyyədə nümayiş etdirən ərəblər üçün bir fürsət olacaqdı".
Birinci Dünya Hərbi başladıqdan sonra o Britaniya Hərbi Nazirliyinin Londondakı xəritə bölməsində sivil bir məmur kimi işə götürülür və özünə Sina yarım adasının hərbi xəritəsini çəkmək vəzifəsi tapşırılırdı. Lawrence, Oxforddakı Reader xanıma 18 sentiyabr 1914-cü il tarixində yazdığı məktubunda, "Türklərin hərbə daxil olmaq niyyətində olmamaları məni nigaran edir, çünki onları Kiçik Asiyaya (Anadolu) qovmaq, orda belə hökm altına almaq yaxşı olacaqdı. Hər şey ənvərin (ənvər Paşa) öz kefinə buraxılmasıyla reallaşacaqdı" deyirdi.
Biz türkləri Anadoludan da qovmaq ütopiyasına evangelist baş nazirləri William Evart Gladstone də inanmışdı. Axırda şərəflərini Çanaqqala boğazının sərin sularına qərq elədik, ağılları başlarına gəldi.
Həmin ildə təymən (leytenant) rütbəsi verilən Lawrence, Qahirədə yerləşən İngilis xəbəralma bürosuna təyin edilir. Orda, əsir götürülənləri dindirir, xəritələr çəkir, Türk xətlərinin daxilində yaşayan, xüsusilə, onlara işləyən yəhudilərin yolladığı gizli məlumatları tənzimləyir, ərəblərlə əlaqə yaradır, onların ətəklərinə qızıllar tökərək İngiltərəyə yaxınlaşmalarını təmin edirdi. O əsnada yaradılan ərəb Bürosuna təyin olunub, daha düzü özünü təyin etdirib. Burada işləməyə başlayan kimi də arxeoloq dostu Hogartha 18 mart 1915 günü yazıb-yolladığı məktubda görün hansı yuxusunu təsvir edib:
"Türklərin paytaxtı Konyaya köçürüldükdən sonra İstanbulu itirən türklər mənə elə gəlir ki, bir renessans keçirməlidilər. O vaxt hərbi yöndən daha dəhşətli, ancaq siyasi yöndən də o qədər zəif olacaqlar".
Qərblilər, türkləri Anadoludan qovmaq, qova bilməsələr də parçalayıb hökm etmək siyasətindən əl çəkiblər, yoxsa onu ASALA, Hizbullah, PKK əliylə davam etdirirlərə...

Seyfəddin Altaylı, Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK