viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əlli... VƏ... Beş... Adalet.az | Əlli... VƏ... Beş... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əlli... VƏ... Beş...

40658    |   2012-10-22 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yoxdur doğma aylar, illər,
   
   Qürbət vaxt içindəyəm...
   
   Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostunun ad gününə yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan. Hə, onda yardım edəcək sözləri onun yazdıqlarından axtarıb tapırsan.
   
   "Tovuzun Əsrik dərəsini gecə qaranlığında çay yatağı boyunca yuxarı qalxdıqca dağların heybətli görkəmi bir yandan adamı üşəndirir, bir yandan da ürəyini qəribə bir əzəmət hissi ilə doldurur. Bağırmaq, heyrətini bildirmək istəyirsən. Qəlbindəki vurhavuru, duyğular çarpışmasını adi sözlə ifadə etmək mümkünsüzdür." Mümkünsüzdü deyir müəllif, mümkünsüzdü... İndi gəl bu qədər tanınan və tanınmayan birinin portretini cız. Çünki belə qəbul olunub da, adətən yubileylər bir bəhanə olur ya kimisə tərifləməyə, ya mükafat verməyəg Yəqin yazılar yazılacaq (əvvəllər də yazılıb), mükafat məsələsin deyə bilmərəm, daha doğrusu deyə bilərəm - olmayacaq (aktrisa deyil ki )... Amma mən istədim sakit bir dost sözü yazım. Bizi udmuş bu qarışıq dövr haqqında da nəsə olsun içində... Udmuş qarışıq dövrg Qarışıq dövr... Dövr...
   
   ƏLLİ...
   
   Qədim yəhudi dilində "yovel", ya da "yuvel" əvvəllər "qoç buynuzu", sonralar isə "azadlıq ili" anlamı verirmiş. Qoç buynuzunun azadlığa nə dərəcədə dəxli var deyə bilmərəm. (Bəlkə azadlığı qoç döyüşü ilə qazanmaq olar kimi bir interpretasiya da gəlir ağlıma). Amma hər halda Musa peyğəmbərin vaxtından "yovel" qulların sahibindən azad olunduğu, borcluların borcdan qurtulduğu, Toranın xalqa təfsir olunduğu, torpağın dincə qoyulduğu illərə deyirlərmiş. Bu azadlıq zamanı hər əlli ildən bir gəlirmiş. Daha dəqiq desək, yeddi yeddilikdən sonra. Qədim adətlərə görə yeddi müqəddəs rəqəm sayılırmış və yeddinin yeddiyə vurulmasından sonra (yəni 49-dan) gələn ilin önəmli sayılacağı, nə iləsə yadda qalacağı düşünülürmüş. Qədim Misirdə fironların hakimiyyətinin 30 illiyi önəmli sayılırmış. Xristianlıqda Papaların yanında tövbə illəri -JUBİLAEUS ANNUS adlanırmış. Söz həmin o YOVEL sözündən gəlir. Hakimiyyətin yubiley sayılan illərinin bayramını eləmək adəti yeni dövrün monarxlarına da xoş gəlib. Yaponiyada imperatorlar, İngiltərədə kraliça Viktoriya hakimiyyətin 50 illiyini xüsusi dəbdəbə və təmtəraqla qeyd ediblər. Gəldik 50 rəqəminin üzərinə - qəribə təzaddı deyilmi? Bir vaxtlar azadlıq anlamı verən söz də, rəqəm də sonralar dəyişə-dəyişə zahiri parıltıya xidmət etməyə başlayır. Rəqəmlərin səslənişi və etimologiyası haqqında heç düşündüyüm olmayıb, amma indi yaza-yaza niyə yüzün yarısına əlli dediyimizi fikirləşirəm həm də... Əlli - əli-qolu olanmı??? Elə yaş dövrüdü ki, həm illərin gətirdiyi təcrübə var, müdriklik var, həm də fiziki baxımdan güclüsən hələ.... Əlli-qollusan... Bunları uydururam deyəsən, amma söhbət 50 rəqəmindən gedirdi axı... Nəyin niyə belə səsləndiyinin fərqinə elə bil indi varıram. Əl və əlli... Həm əsrin yarısı, həm də yubiley... Həm güc var, həm də ağıl yerindədi... Əlli... Qalır bunları tətbiq eləməyə yer tapmaq... Ən çətin olanı da bu... Kiməsə lazım deyilsə bəs?.. Özündən özünə yol getməkmi qalır? Mən də həmin rəqəmlə (heç hazır deyildim amma ) üzbəüz gələndə düşünmüşdüm - ƏLLİ İL DEYİLDİ, ƏLLİCƏ GÜNDÜ...
   
   ***
   
   "Bu yaşıma qədər maraqlı, qaynar bir həyat yaşamışam. On altı yaşım tamam olmamış ali məktəb tələbəsi idim. Sabirabad və Tovuzda orta məktəb müəllimi işlədiyim illər həyatımda ciddi izlər buraxıb. 1984-cü ildə aspiranturaya daxil olduqdan sonra elmi müzakirələrin, siyasi-ictimai məzmunlu toplantıların fəallarından, həmin dövrdə yaradılan təşkilatların ya iştirakçısı, ya da təşəbbüskarı olmuşam. Sovet dövründə bir çox tanınmış ziyalılar, dissident hesab olunan insanlarla ünsiyyət qurmuşam". Hə, burda "yazılmamış gündəliyin" sətirlərin qırıram, saxlayıram fikri. Fikir həqiqət axarında... Hamımız eyni bir əsər yazırıq, daha doğrusu, əsrimizin bioqrafiyasının bir fəslini... Bizim əsrimizdə insanlar necə yaşayıb, necə sevib? Neçə dəfə qan-qadayla üzləşiblər, qələbə ilə məğlubiyyət neçə dəfə üzləşib? Gələcək nəsil bunları elmi kitablardan daha çox bu gün bizim yazdıqlarımızdan öyrənəcək... Davam edək gündəliyi vərəqləməyə: "Ola bilsin ki, yazacaqlarımın bəziləri kiməsə subyektiv görünsün. Bir onu deyə bilərəm ki, bu yazılarda yalan, qeyri-səmimi heç bir şey olmayacaq. Biz total yalan və riyanın, zəhlətökən ideoloji təbliğatın hökm sürdüyü, rüşvətxorluğun meydan suladığı, bir xalq olaraq varlığımıza göz yuman bir rejimə qarşı mübarizəyə qalxmışdıq. Bilirəm ki, yaşıdlarımın heç də hamısı müstəqillikdən əvvəl yaşadığımız dövrü mənim kimi dəyərləndirmirlər. İndi çoxları sovet dövrü barədə nostalji, bir az da romantik hisslərlə danışır, indiki zamanla müqayisədə sovet dövrünə üstünlük verirlər. Hətta mənim kimi düşünənləri və mübarizə aparanları nankorluqda qınayanlar da tapılır. O dövrü nostalji hissi ilə xatırlamağın səbəblərini də az-çox dərk edir, motivlərini də başa düşürəm. Baxmayaraq ki, mən də həmin dövrdə ali təhsil almışam, müdafiə edib elmi dərəcə qazanmışam, o zaman üçün seçilib-sayılan institutlardan birində işləmişəm, lakin bu illər ərzində bir dəfə də, zərrə qədər də olsa sovet dövrünün nostaljisi ilə yaşamamışam. Sovet hökumətini və onun ideologiyasını insanlığa zidd, yalançı, millətlərə ağa nəzəri ilə baxan bir rejim hesab etmişəm, bu fikrimdən məni indi qarşılaşdığımız daha böyük eybəcərliklər də döndərə bilməyib." Ən çox mübahisə etdiyimiz, bəlkə lap dava (bu davalar və mübahisələr virtual olurdu ) etdiyimiz mövzu - Sovet dövrü. Ancaq indi nə mübahisə, nə də dava xatırlamaq istəmirəm. İşıqlı insan haqqında yazanda işıqlı nələrisə yada salmaq lazımdı deyə düşünürəm. ZAMANA ALDANMAYAN VƏ YENİK DÜŞMƏYƏN...
   
   VƏ.....
   
   Portret yazmağa cəhd etmək istəyirəm - ağarmağa başlayan saçlar, gülüncə bütün çöhrəsinə yayılan, üzünü işıqlandıran təbəssüm, ömrün payızıyla tanışan sifət cizgiləri, aram danışıq, azca xırıltılı səs... Cüssəli-filan deyil, amma kürsüdə, danışmağa başlayanda dəyişir görkəmi... Bəzən dünya adamı, bəzən kənd uşağı... Bu "kənd uşağı" sığınacaq yeridi onun, gizləndiyi yerdi. Mübahisədən, yox təkcə mübahisədən deyil, həm də ağrılı həqiqətlərdən də qaçmaq yeri... Zarafatla uzaqlaşıb özünə qapanma nöqtəsi. Nəinki başqasını, hətta özünü də aldada bilməmək bacarıqsızlığı... Sonra ?... Sonra nə illah eləsəm yadıma heç nə gəlmir. Vəssalam... Yadımda qalan budu... Bəlkə mənə də mane olan elə onun gizlətmək istədikləridi? Bu da ola bilməzmi? Cəmi beş-altı dəfə görmüşəm onu. Amma yadda qalan görüşlər olub. Bunları təfərrüatı ilə "Yol romanı"nda yazmışdım. Birinci dəfə 2000-ci ildə - atamın sağlığında. Tanışlığımıza vəsilə Şair olmuşdu. Bir görüşdə Şair haqqında çıxışını dinlədim. Və V.Ə. yadımda qaldı... Vurğun Əyyub...
   
   "Sonuncu dəfə nə vaxt görmüşdüm? Sonu qoyaq bir tərəfə. İlk dəfə nə vaxt rastlaşmışdım Vurğunla? Məlum, adını eşitmişdim, qəzetlərdə oxumuşdum, televizorda görmüşdüm. Hərəkat illəri, ondan sonrakı azacıq bir dövr... Təhsil sistemindəki dəyişmələr...
   
   Heç kimin xəyal edə bilmədiyi, ağlının ucundan belə keçirə bilməyəcəyi ali ünvanlarda oxumaq arzusunu həyata keçirən şəxs. Çox cavan idi o zaman. Və o dəyişən zaman hərəni bir səngərdə, cinahda birləşdirdi. İndiyə qədər də çox arzulara açar olub həmin dəyişmələr... Hamıya məlum, amma üstündən sükutla keçilən."
   
    Bu mənim "Yol romani"mdan bir parçadı. Bu yazını yaradıcılığımda müəyyən bir mərhələyə keçid hesab edirəm və roman mənə əzizdir. Yazıb bitirəndən sonra gördüm ki, yazının qəhrəmanı elə Vurğundu. Kitab kimi dərc olunanda belə də yazdım romanın üstündə - Vurğun Əyyuba... İndi bəzi parçaları xatırlamaq istəyirəm: "Ağırlığına uyğun gəlməyən ağırlıqla, ləngərlə, bir az da özündən razı yerişlə yaxınlaşır kürsüyə və danışmağa başlayır. Başımı aşağı salıb dinləməyə başlayıram. Hiss edirəm ki, deyəsən mənim siyasət aləmindəki insanlar haqqında fikirlərim alt-üst olur. İndiyə qədər atamın ətrafında sevgi etirafında bulunan insanların siyahısında onu görməmişəm. Amma burda deyəndə ki, "Məmməd Arazın onu misra-misra əzbər bilən bir oxucusu da mənəm - Vurğun Əyyub" təəccüblənirəm. Və o danışdıqca nə qədər duyğusal və hissiyyatlı olduğunu görürəm. Həyəcandan dili-dodağı quruyan natiqin danışmağından da belə anlayıram ki, sevgi etirafları etməyi bacarmır bu adam. Sevgisini göstərməyi bacarmır. Amma indi deyəsən içindən gələn seli saxlamaq istəmir və mən heyrətlə qulaq asıram. Çoxdandı Şairin yaradıcılığı haqqında belə dolğun, izahlı, həm elmi, həm də hər kəs üçün anlaşılan sözlər eşitməmişəm. Poetik kəşflər, Şairin dilə gətirdiyi zənginliklər, qafiyə sistemi, istiqlala gələn yolda bu poeziyanın işığı.. Tamam yeni baxışdı. Sakit dinləyirəm və arada işlətdiyi nümunələr içimdə titrədir məni. Mart qasırğasından dərs almaq istəməyən Badam ağacı... El üçün ağlayan... Axır səni düzdə qoydu bu düzlük... Yaddaşımın işıqlı bir yerində qalır bu adam..."
   
   İşıqlı adam və işıqlı yaddaş... V.Ə abreviaturası da həmin romandan qalma bir şey.
   
   ***
   
   Biz dostlarımızı görməyəndə necə xatırlayırıq? Kiçik təfərrüatlarlamı, parlaq fraqmentlərləmi, ya nəsə böyük olayların kəsişməsindəmi? Biz daxili psixoloji ehtiyatlarımızı aça bilirikmi? Bununçün həm özümüzün, həm də yaxın çevrəmizin xarakterini, həyata münasibətini, iş keyfiyyətlərini, müxtəlif situasiyalarda emosional reaksiyalarını öyrənməyə cəhd edirikmi?.. İstəyimiz varmı? İmkanımız çatırmı? Və ən əsası imkanlar, istəklər üst-üstə düşməyəcəksə necə olsun bəs? Bəzən vəziyyət poeziyanı diqtə edir, sözün sehri var. Amma təkrar -təkrar deyilən sözlər də yardım eləmirsə, necə olsun bəs? Gizlətməyə çalışırsa özünü bu sözlərin arxasında, necə olsun bəs?
   
   ***
   
   ... Nədənsə son vaxtlar həmin səhnə tez-tez canlanır gözümdə. Biz atamla həyətdəki oturacaqda üzbəüz əyləşmişik. Təbii ki, susuruq. Danışa bilmir axı. Mənim nə danışmağımın, nə deməyimin əhəmiyyəti də yoxdu. Dediklərimi tam anlaqlı qəbul edib-etmədiyini də bu günə qədər bilmirəm. Amma həmin gün saniyə-saniyə qalıb yadımda. Elə bil ki, borc kimi, tapşırıq kimi... Bütün üz cizgilərinə baxıb da əzbərləmək istəyirdim sanki. Tam ağarmayan, seyrəlmış saçlar, dərmanların təsiriylə bir az donmuş sifət. Qırış azdı üzündə. Gözləri sönməyib amma, parıldayır. Arada dolmuş gözlərindən yaş da axır. Aglamır, sadəcə gözlər niyəsə dolur. O da dərmanların təsiridi yəqin. Qarşımda illərin və əziyyətlərin kiçiltdiyi zəif vücudu, köməyə möhtac vücudu ilə qocalmış bir kişi var. Amma belə olmadığına da əminəm. Hər zaman gizlətdiyi içində o qədər böyük qüvvə var ki, bu gün də onun fiziki yoxluğunda həmin qüvvənin potensialı ilə yaşadığımın fərqindəyəm... Yazdıqlarının yox, elə izahını verə bilmədiyim hansısa qüvvənin... ...Vurğun atama çox oxşayır - həm üzdən, həm xasiyyətcə... Həm də son vaxtlar bunu da fikirləşirəm - Tanrı hər kişiyə qız övladı vermir. Bu yükü daşıya biləcək adama bəxş edir öz nemətini. Vurğun da iki qız atasıdı... Atam kimi... Özü isə deyir ki, mən sizdən daha çox övladıyam onun... "SƏN DƏ, ƏZAB OĞLU, ƏZABA QATLAN"...
   
   BEŞ...
   
   ... Qars Qafqaz Universitetində Məmməd Arazı anma tədbiri keçirilir. Vurğunun təşəbbüsüdü. Həmin tədbirin keçiriləyəcəyini biləndə Ərzurum Universitetindən professor Arif Səlimov da orda bizi görmək istəyini bildirir. İndi düşünürəm ki, nə yaxşı o adamı da tanıdım. Həyatıma çox gözəl bir insan daxil oldu. "Yol romanı"nı oxuyandan sonra məktublaşmağa başlamışdıq. Mayda Türkiyəyə gedəcəyimizi biləndə dedi ki, dəqiq tarixi müəyyənləşdirək, Ərzurum Universitetində Məmməd Araz gecəsini təşkil etsin.
   
   ...Yenə uzun yolları qət edib gəlmişık tarixi torpaqlarımıza. Birinci səfərimin mahiyyəti ilə ikinci arasında fərq var. Səfər konkret dəvətlə baş tutub. Məqsəd Azərbaycan ədəbiyyatının oralarda daha yaxından tanıdılmasıdı. Yoxsa Türkiyəyə hamı gedə bilər, orda hansı tədbiri desən keçirər. Mənsə düşünürəm ki, ədəbiyyatın dili ilə anlaşmaq daha məqsədəuyğundur. Ərzurumda da, Karsda da görüşlər çox xoşuma gəldi. Orda bir hiss vardı - səmimiyyət. Biz oralara populist çıxışlar etməyə, şüarlar səsləndirməyə getməmişdik. Biz şeir aparmışdıq.
   
   Səfər öncədən planlaşdırılmışdı. Birinci dəfə orda olanda Qarsdakı Qafqaz Universitetində Məmməd Arazla bağlı tədbir keçirilməsi barəsində düşünmüşdük. Vurğun təklif eləmişdi. Bu universitet Türkiyədə yeganə təhsil müəssisəsidir ki, Azərbaycan dili xüsusi bir fənn kimi keçirilir. Eyni zamanda Azərbaycan ədəbiyyatı ayrıca fakültədir. Vurğun Əyyubun iş otağında bu təlaşı, gərginliyi izləyirəm. Tələbələr, hocalar az sonra başlayacaq tədbirin həyəcanın yaşayırlar. Əlini tez-tez saçına aparmağından bilirəm ki, Vurğun lap gərgindi... Tədbirin təşkilatçısı odur axı... Bu həyəcanı izləyə-izləyə düşünürəm ki, deyəsən iki qardaş xalq hay-küydən, pafosdan, rəsmi münasibətdən əl götürüb bir-birinin təfəkkürünü, düşüncələrini anlamağa çalışır. Yəni türk şairinin dediyinin alt qatında nələrin dayandığını bizim anladığımız kimi Türkiyə gənci də söylədiyimiz şeirə qulaq asanda onun mahiyyətini dərk etməlidir. Axı Məmməd Araz və başqa nəhənglərimiz məhz türk düşüncəsi ilə yazıblar. Niyə mənim mahiyyətim, məntiqim, onlara yad gəlməlidir? Siyasətdə bir-birinin ziddinə çox şey ola bilər, amma ədəbiyyat məfkurəyə söykənir. Ədəbiyyat heç vaxt yolunu dəyişdirmir. Yalnız bu yolla beyinlərimizə qarşılıqlı nüfuz edə bilərik. Ədəbiyyatın birləşdirdiyi xalqları ən çirkin siyasətlər belə ayıra bilməz. Bunu Vurğun Əyyub tələbələrinə anlada bilib. Sevirlər tələbələr Vurğun hocanı. Zatən, onu tanıyanlar sevirlər. Məsələ də bu tanımaqdadı - gizlədir özünü nədənsə. Mən də elə belə bir adamın yanında böyüdüyümdən anlaya bilirəm çox hikmətləri. Susmaqları da, özünün yazdığı kimi duyğular çarpışmasını da, qəlbindəki vurhavuru da... Tanışdı mənə....
   
   Və həm də bu tələbələrə baxıb fikirləşirəm ki, niyə bu müəllimlər burda olmasın ki... Niyə bizim övladlarımızı yetişdirməsinlər ki... Əllidən sonrakı beş ilin bir parçası burda keçir - Qarsda. Təbii, başqa yerlərdə ölkəni təmsil edənlərin millətə çox bağlı olanlardan oluşması gözəl də, amma çətindi qürbətdə yaşamaq. Çətindi. Perspektivi olmayan heç nə doğma gəlmir mənə. Amma Müəllim sözünün bütün rənglərinə, bu rənglərin bütün çalarlarına ehtiyacımız var. Həyatımızdakı bozluqdan qurtulmaq üçün... O zaman perspektiv də yaranacaq... Xəyalların gerçək olma şansı yaranacaq... Arzuların doğulub -boğulmayacağına inam yaranacaq...
   
   " Bir daha sübut olundu ki, qadağaların yaratdığı nizam-intizamın alt qatlarında iyrənc bir riyakarlıq, yalançılıq, qadağan olunmuş şeylərə qarşı bəzən heyvani bir istək, bəzən isə bir uşaq öcəşkənliyi mürgüləməkdədir. Tabusu üzərindən götürülən bir çox şeylərin adiliyi, mənasızlığı insanı çox tez bezdirir və o, yenidən ülvi, davamlı, sabit, bəşəri fikirlər və duyğular aləminə qayıtmaq istəyi ilə yaşayır." Bu da onun gənclərin yaradıcılığı ilə bağlı yazısından bir parçadı...
   
   
   
   ***
   
   ...Parçalara böldüm yazını. Ömür kimi... Əllidən sonra gələn beşlik bitdi. Əlli beş ... Nə olubsa olub, olacaqlar da olacaq ... Yubiley sözünün deyəsən birbaşa münasibəti var ona. Özü deyir "Zamansızlıq içindəyəm elə bil, hiss eləmirəm heç nəyi". Bəlkə belə daha yaxşıdı ... Fərq eləməz əlli olsun, ya beş olsun... Ya da əlli beş olsun ... Vurğun olmaqdan əl cəkib yorğun və durğun görünmək olmaz... Sözlər qaçdı gizləndi nəsə... Özünü gizlətdiyi kimi ... Amma "uşaq öcəşkənliyin" gizlədə bilmir... Yenə fərq eləməz ... Təbriklər!!!


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK