warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | ÜÇ BOYUTLU GECƏ Adalet.az | ÜÇ BOYUTLU GECƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÜÇ BOYUTLU GECƏ

33429    |   2012-06-30 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lap ittiham aktına bənzəyir. Çırpılır üzümə - Keçmişlə bu qədər əlləşmə. Elə bil kriminal dünyadan qopub cani kimliyimi unutmalıymışam kimi bir hiss yaşayıram. Hamı çox ağıllıdı. Akla ikna olub aşkı üzənlər, sanma bizdən daha mutlu gəzərlər. Çeşidli ittiham aktlarını dinləyə-dinləyə yenə bu cinayət aləmindən öz dünyama keçirəm (nə olsun ki, cani kimliyim var, qəlbim də var axı) və heç edam hökmünün də bu qədər sarsıda bilməyəcəyi mənzərələr canlanır xatirimdə. Və uzun illərdi hər gecə davam edir.
   
   
   
   ***
   
   
   
   Odam və yatağım. Qaranlıq düşəndən təkadamlıq kameraya çevirirəm. Nəzarətçisi də, məhbusu da özüm. Burda hamıdan gizlidi - bütün qorxularım, düşüncələrim. Niyə fikirlisən sualı yox, gözündən axanı görən yox...
   
   Kimi ürəyinə axıdır, kimi üzünə... deyirlər. Bəlkə ürəyinə axıda bilsən gizlətməyə hacət olmaz?.. Və bu hücrədə Yuxarılardan gələcək edam hökmünün icra olunacağını gözləyib də keçmişin qatların açmağa imkan olmaz?.. Ölüm, ixtiyarlanmaq qorxusunu bu qədər yaşamazsan? Nə vaxtsa hamı üçün gələcək gün... Qəribə duyğudu - keçmişi xatırlayıram canlıdı. Gələcək gün deyirəm - ölüm, qocalıq gəlir ağlıma...
   
    Nazim deyir - Nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü...
   
   Ramiz deyir -
   
   
   
   Kim deyir yuxuda ölmək asandı?
   
   Kim bilir necədi yuxuda ölmək
   
   Bəlkə də ən böyük dərddi, əzabdı
   
   Ən pis işgəncədi yuxuda ölmək.
   
   
   
   Hələ fikirləşəndə ki, ölümlərin çoxu yataqda gəlir... Yataqdan qorxmaqmı lazım? Yooox, olumların da çoxu burda gəlir axı... Olum sözünə poetik çalar verə bilmədim deyəsən, kim necə istəyir elə anlasın... Olmaq elə poeziyadı... Ölmək deyil ki...
   
   Xatirələrin dəvəti... Anarın ifadəsidi. Dəvət xoş sözdü, xatirələr xoş deyil. Daha doğrusu, çox böyük hissəsi xoş deyil. Yenə poetik söz tapa bilmirəm. Deyəsən leksikamda sözlər tükənmiş durumda. Özüm kimi...
   
   
   
   ***
   
   İndi bu sıradan yuxusuz gecələrdən birində yenə olumlu-ölümlü fikirlər sarıb məni. Rahat-rahat əzab çəkmək üçün ən ideal ərazi - odam və yatağım. Səhərəcən çabala səndən bezgin yatağın içində o üz-bu üzə.
   
   İşığı keçirirəm, gözlərim qaranlığa öyrəşməyə başlayır. Qaranlığın sükutuna yanaşı otaqdakı televizorun səsi qarışır. Hələ bir xeyli vaxt həmin səs də, qaralıb-ağaran işıqlar odamın sərhədlərini pozacaqlar. Sonra sakitliyə qonşu qurbağalarının xoru qoşulacaq. Bataqlıq yox, gölməçə yox - anlaya bilmirəm hardan gəlir bu səs. Qonşular qurbağa saxlayır, nədi? Ya mənim "zərif" duyğu üzvlərim bunların hay-küyünü yüksək notlarda qəbul edir, ya da xüsusi musiqi təlimi keçmiş canlılardı bunlar? Hər gecə özümə söz verirəm, söz verirəm ki, səhər ilk işim bu gecə filarmoniyasının yerini təsbit etmək olacaq - sabahın ilk işıqlarının gətirdiyi çox məzmunlu həyat axarı mane olur. Unuduram.
   
   Bir anın içində gözüm öyrəşdi qaranlığa, indi unuda bilmədiklərimə heç nə mane olmayacaq. Ehtiyatla, ayaqlarımı qoruya-qoruya yaxınlaşıram yatağıma. Nə böyük görünür, Tanrım, yuxu axtardığım bu məkan? Yatağı pulnan almaq olur, yuxunu hardan alacam? Gecəynən səhər arasındakı vaxtı saata baxıb bəlirləyirəm, itirdiyim zamanı hardan alacam?
   
   
   
   ***
   
   Planetdi vallah, yatağım. Gecə planeti. Hələ ki, səthi düppədüzdü. Bir azdan səhərə gedən yolun bürüşdürüb yaman günə qoyacağı mələfə dağ-dərəyə, vulkanlara dönüləcək. Qütblərə ayıracam onu. Yastığım dörd cəhətin dördünü də gəzəcək. Hünəridi kimsə mane olsun unutmağa. Əlimin, ayağımın toxunmadığı yerlər də buzlaqlar. Səhərə qədər onlar da yerlərini dəyişəcəklər. Azar, vallah, bu planetin içində adam. Xəritəmi, kompasmı, mayakmı olmalıdı yoxsa?
   
   Boş ver, unuda bilmədiklərin əlindən tutub aparacaq səni hara desən. Keçmişi xatırlama! - deyirlər. Niyə? Nə varsa ordadı... Bütün canlı-cansız nə varsa... Otyeyən, ətyeyən, yırtıcı... Ovçu olanlar, ov olanlar...
   
   
   
   ***
   
   
   
   Sən, hardan gəldin çıxdın buralara, ay oğlan? Qırx ildən çox keçib axı. Qorxudan böyümüş gözlərin də heç dəyişməyib. On yaşımın sarsıntısı - arıq, çəlimsiz, ürkmüş, yediyi qapazlardan bir az da büzüşmüş oğlan uşağı. Sinif-sinif gəzdirirlər onu, direktor deyib ki, bütün aşağı-yuxarı sinif şagirdləri üzünə tüpürsünlər, bufetdən bulka oğurlayıb. Sidq ürəklə tüpürən uşaqlar, "ar olsun" deyib qışqıran müəllimlər - iyrənc. Unutmadım heç.
   
   Bəlkə də indi böyük oğrulardandı o uşaq, tüpürənlər də alqışlayırlar onu. Bəlkə də yox... İndi niyə gəldi planetimə, kim çağırdı? Mənə kompas lazım idi, bu cəngəllikdən çıxmaq istəyirdim......
   
   Səhər açılmaq bilmir. Ölüm-qalım məsələsi bu gecəlik necə olacaq? Yuxarıdakının qərarı nədi görəsən? Edammı? Əfvmi? Edam... Hardasa başqa yerdə bu sözün gerçək qorxusunu yaşadırlar kiməsə...
   
   
   
   ***
   
   
   
   29 aprel 2012-ci il. Yenə gecə.
   
   - Təbrizə Poeziya festivalına dəvət ediblər bizi, gedim-gəlim "Adamı Yoldan çıxaran Roman" adlı bir köşə yazacam.
   
   - Boy, kimi Yoldan çıxarmışam)))))
   
   - Ehhh... Sizin heç nədən xəbəriniz yox ki... Elə-belə də ad olaraq ilk ağlıma gələndi...
   
   - De bilim, nə günahlarım var?
   
   - Oxunaqlı olacaq amma... İlk öncə sizin o möhtəşəm şəkilli romanınızdan bir nüsxə Təbrizə aparıram. İki nüsxə vardı məndə. Birin özümə, birin atama verəcəkdim. Yazıq kişiyə göndərə bilmədim. Aparacam ora, yolda bir də oxuyacam. Onsuz da vaxt boldu, açığı həmin vaxt paralel beş kitab oxuyurdum - deyə ciddi təhlillə oxumadım.
   
   - Yazılmamış bilirsən ki, oxunaqlı olacaq? Amma ad çağırır)))
   
   - )))Aqil bəy doğrayacaq məni, amma)))
   
   - Hələ yazmamısan doğranmaqdan qorxursan? Səndən yazıçı olmaz, Şəhriyar.
   
   - Eh, məni doğramaqçün gərək beş-altı Aqil bəy ola))). Zarafat eləyirəm...
   
   
   
   Bitir burda yazışma. İndi də bu xəbər... Tanrım, yardım elə! İlahi, bizi niyə tərk etdin? Dünyanın düzəni niyə Xeyirin yox, Şərin əlindədi? Niyə çəkdiyi məşəqqətlərdən üzülmüş Ustadlar belə deyir: " Artıq mənim nə arzum, nə də istəyim qalıb... Ondan (Marqaritadan) başqa heç nə maraqlandırmır... Məni sındırdılar, mən üzgünəm və zirzəmiyə qayıtmaq istəyirəm... Mən bu Romana nifrət edirəm, ona görə başım çox bəlalar çəkib". ("Ustad və Marqarita". M.Bulqakov).
   
   Nə doğmadı, İlahi, bu fikirlər. Hər kəsin öz romanı, öz zirzəmisi...
   
   
   
   ***
   
   Xəritə lazım idi, xəritə... Əlimdən tutub gəzdirəcək kimsə gəlmir bu planetə. Nəhəng əzab yatağı - xəritəmdə qeyd edim bütün nöqtələri. Miqyas nə olacaq görəsən - ağrının acıya nisbəti? Və ən yaxın məsafədən ən uzaq yaddaş nöqtəsinə gedəcək sözlər olacaq deyəsən Mayak. Bəzən söz... Bəzən rəqəmlər... Hansısa bir günün səninçün dəyəri var, unutmursan... Özlüyündə fikirləşirsən - Filan ilin, filan günündə... deyirsən. Önəmli sayırsan axı... Əvəzində "Sabah da həmin günün sonrası gələcək" deyirlər... Qəribədi, çox qəribədi... Keçmişi xatırlamaq istəyirsən, lap yaxın keçmişi - "Lazım deyil, eyni çaya iki dəfə girmək olmaz" deyirlər. Halbuki nə çayın səsini, nə suyun sərinliyini unutmaq mümkün deyil...
   
   Gələcək haqqında düşünmək istəyirsən, yaxın gələcək - "Lazım deyil, bizdən asılı deyil, Tanrı bilər"- deyirlər... Bəs axı bu gün keçmişdən, xatirələrdən və gələcək ümidlərdən oluşur... Filmotekamın rəflərində mutlu sonla bitən aşk filmləri yox. Tanrım, çıxmaz sokak...
   
   
   
   ***
   
   İşıqlaşır hava. Quş səsləri, ilıq şüalar doluşur içəri. Yarıoyaq, yarıyuxulu baxıram odama. Planet qaldı gecədə, yəni keçmişdə. Bu gecəlik yuxudakı ölümdən əfv fərmanı gəldi... Bu gün başladı. Bu gün? Neyləməliydim? Hə, qurbağaların yerin təsbit eləmək lazımdı. Yoxsa gələcək gecənin də avazın, melodiyasın onlar yazacaq... Kəpənəkləri yeyib-bitirdilər bu qurbağalar.
   
   
   
   Kəpənək olmuşam dünyada bir vaxt
   
   Qanadım da olub bilmək istəsən
   
   İstəyim də olub özümə görə
   
   İnadım da olub bilmək istəsən
   
   O qanad, o inad, o istək hanı?
   
   O qanad, o inad, o istək öldü
   
   Bircə gün olmadı gəlib-getməyi
   
   Kəpənək doğuldu, kəpənək öldü
   
   Ağca pambıq kimi, ağca yun kimi
   
   Diddilər, diddilər o kəpənəyi
   
   Daraşıb qanadlı əlli-ayaqlı
   
   Yedilər, yedilər o kəpənəyi...
   
   HANI O KƏPƏNƏK?...


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK