Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DUA EDİRƏMSƏ... Adalet.az | DUA EDİRƏMSƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DUA EDİRƏMSƏ...

22739    |   2013-06-08 06:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Başıma gələcək ən gözəl şeyləri gözləməkdən yorulmuşam. Göz-qulağımı yığıb oturmuşam. Başqa çarəm yoxdu. Ömrü xoş gözləntilərlə keçirmək, sən deyən də maraqlı deyilmiş. Axına qoşulmaq, özünü taleyin ixtiyarına buraxmaq hamısından rahatmış. Mənim kimi hər addımı tərs gətirənlərə, istəkləri neqativ alınanlara heç yaramırmış... Elə bil, əleyhimə işləyən qüvvələr var; ayıq və gözəgörünməz. Hər addımımı izləyir, məyusluğumdan, pərişanlığımdan zövq alırlar. Nə qarşıma çıxdılar, nə üz-üzə gəldilər, amma istədiklərini yetərincə elədilər. Göznən görünən qorxulu deyilmiş. Örtülü, gizli, məkrli olan hər şeyin qarşısında gücsüzəm. Belələrinə qarşı silahım, sipərim yoxdu mənim...
Mən bacarmıramsa, deməli, kimsə məni xilas edə bilməyəcək. İmkansızdı bu...
Əvvəl-əvvəl qəlb istəklərimin çarəsini İnsanlarda, İnsanlıqda axtarırdım. Kiminsə məni anlayacağına, iztirablarıma şərik olacağına, şərik olmasa da, ən azından bir yol göstərəcəyinə dəlicəsinə inanırdım. O qədər arxayındım ki, ətrafımda olanların hər birinin varlığı tale lütfü kimi görünürdü mənə...
Səhvlərini etiraf eləmək böyüklük sayılsa da, yanıldığını anlamaq və boynuna almaq çox əzablı və məyusedicidi. Taleyin cilvələri qarşısında özünü tək görmək, anlayış əvəzinə halından məmnunluq yağan sifətləri seyr eləmək... Bircə onu bilirəm ki, başına gələnlər yaxşı anlar bu halımı...
Bir gün əlimə keçən şeir parçası sanki halımı vəsf edirmiş kimi görünür mənə. Deyəsən, mən tək deyiləmmiş: şeirin müəllifi məndən çox inanırmış, məndən də artıq güvənirmiş insan deyilən varlıqlara. Bütlər yaradırmış, xəyallar qururmuş, sığınırmış...Günlərin birində hamısı puç olanda... qəlbini qələmə və vərəqə açmalı olub... Başqa nə çarəsi vardı ki... Amma o, məndən tez ayılıb, başına gələnlər daha tez gözlərini açıb. Və inandıqlarından, sitayiş etdiklərindən qaçmağa, canını qurtarmağa yollar arayıb...

Məni kim çıxarıb aparacaq
lazımsız
və mənasız bu bütlərin içindən,
soyuqdan və zülmdən
zəncirdə titrəyən küçüyə dönüb insanlıq,
yoruldum alın yazımızı danlamaqdan
və söyməkdən,
bir də Tanrıya dualarımızı
ipək məndil kimi yelləməkdən...

Bu şairsə yaradıcılığına o qədər də bələd olmadığım Sabir Adildən başqası deyilmiş...

***
Mənsə hələ yorulmamışam. Təzə-təzə başlamışam dua eləməyə. Bir də... təkcə özümçün, doğmalarımçın dua eləmirəm mən...
Təkcə özümə məxsus dualarım var mənim. Allahımla öz aramda. Və Yuli Sezarın qulunun duası kimi qəribədi dualarım. Yadınızdadısa, həmin qul Tanrıdan xahiş eləmişdi ki, onun ağası təzə ildə əvvəlki illərdən çox yaşasın. Məntiqsiz də olsa, duanın qeyri-adiliyi Sezarın diqqətini çəkmiş və quluna azadlıq vermişdi.
Həmişə orijinal olmaq mümkün deyil. Bunu hamı duyub qiymətləndirə bilmir. (Və hamının da Sezar kimi ağası olmur!) Məntiqli-məntiqsiz, istədiklərini gizlətməyə məcbursan...
Təkcə yeri, göyü Yaradanla ürək söhbəti eləmək olar. Onsuz da qəlbimizin, vücudumuzun sirlərindən özümüzdən də artıq xəbərdardı. Həm də sirr açan deyil Rəbbimiz. Yəqin, buna görədi ki, Ondan gözəl sirdaş, həmsöhbət tapmaq mümkünsüzdü... Bizə isə səmimi olub ürəyimizi açmaq, istəklərimizi çatdırmaq qalır...
Dedim ki, qəribə dualarım var mənim. Allahımdan xahiş edirəm ki, hər şeydən öncə dünyamızı qorusun! Bu da ona bənzəyir ki, rəssamdan çəkdiyi tablonu qorumasını xahiş edirsən. Bizimçün yaratdığı dünyanı elə Onun Özünə tapşırıram. Yalvarıram ki, insanların nadanlığına, cahilliyinə baş qoşmasın. Tamah, şəhvət, qəddarlıq hisslərinin həddini aşmasına yol verməsin. Zəlzələlər, tufanlar, sunamilərlə sınağa çəkməsin. Yaratdıqlarını elə təbiətin özünə oxşatsın. Bizə bağışladığı gözəllikləri pislərin acığına əlimizdən almasın...
Yaxşı adamları çox yaratsın! Pislərə aman verməsin. Onlar çoxdular. Birləşməyi, əl-ələ verməyi, yaxşıları təkləməyi, vurub sıradan çıxarmağı bacarırlar.
Dua eləyirəm ki, gözəl yaratdıqlarının bəxtini də gözəl eləsin. Bu dünyanın əzablarıynan çox imtahan etməsin. Yaxşılıqların mükafatını elə bu dünyada-bədxahların gözünün qabağında versin...
Hər nə istəyirəmsə, öncə hamıyçın, sonra özümçün, özümünkülərçin istəyirəm...Özümçün ayrısa bir duam var: Balalarımı hər iki dünyada qorusun!...
Xəcalətli dərd verməsin! Ölümümüz də başucalığı, qürur gətirsin yaxınlarımıza, Vətənimizə!...

***
Hərdən elə bilirəm ki, Tanrıya açılan saysız-hesabsız əlləri görürəm. Əksəri də qadın əlləridi... Nə istəyəcəklər ki... Sevdiklərini qorumaqdan başqa. Yanaqlarını yandıran isti, duzlu damcılar şahidlik edir diləklərinə...
Mənsə dua edirəm: Tanrım, sevgilərimizi bir qədər azalt! Məhv edir, yaşamağa qoymur bizi ürəklərimizi dolduran duyğular.
Az sevək...
Bizi daha çox sevsinlər...
Fərqləndirsinlər, qiymətimizi bilsinlər, dəyişməsinlər, qorusunlar...
Həm gücümüz, həm gücsüzlüyümüz olan sevgimizlə özümüzü vurmasınlar. Qəlbimizin umacağı sevgidi. Qalan hər şey boşdu, sıxıcıdı...
Biz bilirik xoşbəxtliyin yolunu. O yolu tək getməyin mümkünsüzlüyünü də...
Bizdən ötrü gözəl məkan axtarmasınlar! Ən gözəl yer xoşbəxt olduğumuz yerdi...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK