ANA SƏHİFƏ / SİYASƏT

Hikmət Hacıyev “Al Jazeera İnternational”da Z.Mnatsakanyanı faktlarla susdurdu - VİDEO

6753    |   2020-07-16 17:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Erməni yalanlarının ifşası

İyulun 15-də"Al Jazeera İnternational” televiziya telekanalında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Xarici İşlər naziri ZöhrabMnatsakanyanladebatı olub.

Aparıcı:Cəbhə bölgəsində sabitliyin pozulmasından sonra döyüşləri sona çatdırmaq istiqamətində aparılan danışıqlarda iştirak edirsiniz. Bununla bağlı nə deyə bilrəsiniz?

Hikmət Haciyev:Əvvəla, vurğulamaq istərdim ki, erməni nazirinin Ermənistanın işğalçı siyasətini və ölkəmə qarşı ərazi iddialarını bir daha təsdiqlədiyi müsahibəsini gördük. Bütün bunlar Ermənistanın siyasətindən başlayır, ona görə Ermənistan Dağlıq Qarabağ bölgəsini və ərtrafındakı 7 rayonunu işğal edib və etnik təmizləmə aparıb.

Bu, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin başlıca əsas səbəbidir və fürsətdən istifadə edərək, erməni nazirdən soruşmaq istəyirəm: erməni əsgərlərinin Azərbaycanın suveren ərazilərində nə işi var? Ermənilərin Dağlıq Qarabağdan milyonlarla azərbaycanlının etnik təmizlənməsi üçün məsuliyyət daşıdığını başa düşürsünüzmü?

Buna görə də hüquqi baxımdan Ermənistan Azərbaycan ərazilərinin işğalı və təcavüz siyasətinə cavabdeh bir ölkədir. Son hadislər isə sadəcə Ermənistanın işğalçı siyasətinin davamıdır. Ermənistan sülhüözünə şuar edə bilməz. Əgər Ermənistan sülh istəyirsə, o zaman beynəlxalq hüququn tələblərinə və xüsusən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməlidir.

İki ölkənin sərhəd zonasında baş verənlər Ermənistanın güc tətbiq etmək aktı və növbəti təxribatdır. Bu sadəcə bir hadisə deyil. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamıdır. İndi sual yaranır ki, Ermənistan ordusu dövlət sərhədində hərbi təxribatı niyə törədir?- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır;

- Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur;

- Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir;

- Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional rabitə layihələrinə xələl gətirmək məqsədi güdür;


- Həmçinin, bu yolla Ermənistan rəhbərliyi COVID-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun 11 hərbçisi şəhid olub. Azərbaycan itki verdiyini gizlətmir, amma təəssüf ki, Ermənistan itkilərini etiraf etmir. Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqına yalan danışmaqla məşğuldur. Danışıqlar prosesinə gəldikdə, Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini istəyir və dəstəkləyir. Ermənistan rəhbərliyinin "Qarabağ Ermənistandır və nöqtə" deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını göstərir və bu addım ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıdır.

Aparıcı:Döyüş bölgəsində vəziyyətin gərginliyinin artması nəticəsində insanlar tələf olur. Azərbaycan münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır?

Hikmət Hacıyev: Azərbaycan həmişə bütün məsələlərin sülh yolu ilə həllində maraqlıdır. Lakin burada məsuliyyət Ermənistanın üzərinə düşür. Sərhəd bölgəsində stabilliyin pozulmasına səbəb olan Ermənistandır və bu səbəbdən də Azərbaycan ATƏT-in Minsk qrupunun həmsəd və bölgə ölkələri ilə sıx əlaqədədir. Rusiya və ATƏT-in digər üzv ölkələri ilə güclü diplomatik əlaqələrimiz var.

Bir daha vurğulamaq istərdim ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır və münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların təşəbbüslərini dəstəkləyir. Ermənistan regionda hərbi-siyasi eskalasiyaya görə məsuliyyət daşıyır və buna görə də sərhəd zonasında təxribatların baş verməsinin səbəbini izah etməlidir.



İmza:

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub

Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev

Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat

Ərdoğanla Merkel arasında telefon danışığı olub

XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib

Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

“Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır” - Hulusi Akar

Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib

Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

SON XƏBƏRLƏR
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK