ANA SƏHİFƏ / DÜNYA

Müharibədə olduqlarını unutdular

7707    |   2020-07-16 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada baş vermiş müharibələr itki və verdiyi zərərlərdən əlavə müddətinə görə də qiymətləndirilir. Dünya tarixində ən uzun müddətli müharibə 335 il çəkib.

1651-1986-cı illər arasında baş verən müharibə Hollandiya və Skilli adaları arasında olub. 1986-cı ildə imzalanan müqavilə ilə müahibə başa çatıb. Maraqlısı odur ki, bu müharibə zamanı heç bir döyüş olmayıb. Müharibənin başlama səbəbi isə İngiltərə vətəndaş müharibəsi ilə bağlıdır. Ingiltərədə kral tərəfdarları məğlub olduqdan sonra cənubdakı Komvel vilayətinə qaçmışdılar. Oranın da ələ keçirilməsindən sonra Skilli adasına qaçmaq məcburiyyətində qaldılar. Hollandiya isə bu zaman parlament tərəfdarlarını müdafiə etdiyə görə adaya müharibə elan etdi. Daha sonra ada parlament tərəfdarları tərəfindən ələ keçirildi.

Sonradan hər iki tərəf müharibəni unutdu. 1985-ci ildə Skilli adalarının konsulu unudulmuş müharibənin fərqində oldu və Londondakı Hollandiya səfirliyinə müraciət etdi. Nəzəri olaraq hər iki tərəfin müharibə vəziyyətində olduğu ortaya çıxdı. Bundan sonra tərəflər 1986-cı ilin 17 aprelində müqavilə imzalayaraq 335 illik müharibəyə son qoydular.

Böyük Britaniya və Zənzibar arasındakı müharibə isə ən qısa müddətli müharibə kimi tarixə düşüb. Cəmi 38 dəqiqə davam edib. Səbəbi isə ingilis tərəfdarı olan sultanın ölməsindən sonra onun yerinə oğlunun yox, Xalid bin Bağaşın keçməsi idi. O isə Britaniya asılılığını sona çatdrımaq istəyirdi. 27 avqust 1896-cı ildə saat 9-da ingilislər ilk atəşi açdı. Baş verən itkilərdən sonra Barğaş alman konsulluğuna sığınmalı oldu. Nəticədə ingilis tərəfdarı Hamud bin Muhəmməd hakimiyyət gəldi.

Emin Piri




İmza:

Pompeo Əfqanıstanı “Taliban” məhbuslarını azadlığa buraxmağa çağırdı

Səma cisimlərinin adları dəyişdirilir

Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı

ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

Lukaşenko: Ukrayna Rusiyaya qarşı savaşmalı idi

Ruhanidən etiraf: İran çox ağır günlər yaşayır

Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu

“Twitter” Trampın seçki təşviqatı apardığı səhifəni blokladı

Dünyada “Palmali” şirkətinə məxsus təxminən 20 tanker tərk edilib

Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımıdan danışıb

Beyrut limanının administrasiyası ev dustağı edilib - VİDEO

TBMM sədri: “Doqquz millət vəkilində koronavirus aşkarlanıb”

SON XƏBƏRLƏR
2020-08-07
2020-08-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK