ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycanın Rusiyadakı səfirindən sərt xəbərdarlıq: “Genişmiqyaslı müharibə başlaya bilər”

6924    |   2020-07-13 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərin böyük toqquşmalara çevrilə biləcəyini istisna etməyib.

"Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər yeni və sensasiyalı hadisələr deyil. Azərbaycan Prezidenti İlham Əliyev də, mən də dəfələrlə vurğulamışıq ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Söhbət yalnız Dağlıq Qarabağdan getmir, söhbət ondan getmir ki, kimsə erməni əsilli insanları oradan qovmaq istəyir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Siz necə düşünürsünüz, infrastrukturu inkişaf etmiş, zəngin, 10 milyonluq ölkə öz ərazilərinin sonsuza qədər işğalda qalmasına imkan verəcək? Axı, bu mümkün deyil”, - deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib.

Səfirin sözlərinə görə, sülh danışıqları heç bir nəticə vermir.

Bu baxımdan Polad Bülbüloğlu bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını da istisna etməyib:

"Azərbaycan ərazisi işğalda saxlanılana qədər bu cür hadisələr qaçılmazdır. Biz bu barədə 2016-cı ildə, aktiv hərbi əməliyyatlar baş verən zaman da demişik. Təəssüf ki, böyük ölkələr, qonşularımız bu münaqişəni dondurmağa çalışır ki, o, qeyri-müəyyən müddətədək davam etsin. Danışıqlar danışıqların aparılması naminə gedə bilməz. Müzakirələr nəticə verməlidir. Danışıqlar nəticə verməsə, təbii ki, hərbi əməliyyatlar olacaq. Buna görə, mövqeyimizi birdəfəlik anlamaq lazımdır. Biz bunu dəfələrlə demişik ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir, onlar Azərbaycan ərazisindədirlərsə, belə toqquşmalar davam edəcək və bir gün bütün bölgə üçün fəlakətə səbəb ola biləcək genişmiqyaslı müharibəyə çevrilə bilər”.




İmza:

Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb - RƏSMİ

Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana dəstək aksiyası keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib

XİN Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib

Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana dəstək aksiyası keçiriləcək

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

SON XƏBƏRLƏR
2020-08-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aazyaşlı 3 uşaq küçədə söhbət edir.
Birinci uşaq:
— Bilirsiniz, atamla anam çoxlu pul verib məni leyləkdən alıblar.
İkinci uşaq:
— Mənim atamla anam çoxlu pul verib məni Şaxta Babadan alıblar.
Balaca Şakir :
— Mənim atamla anam kasıb olduğu üçün məni özləri düzəldiblər.

İndi biz kasıb və kiçik dövlət olduğumuz üçün gərək öz başımızın çarəsinə özümüz baxaq





digər lətifələr
ARXİV
FACEBOOK