ANA SƏHİFƏ / MARAQLI

Sonra da deyirsiniz bizdə filosof yoxdur...

18108    |   2020-07-13 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hələ 50 il öncə - Fəlsəfə İnstitunun direktoruna bağışlanmış kitab. Kitabın avtoqrafı: Akadenikə - filosofdan.

Bu barədə - Asif Əfəndiyev fenomeni haqqında yazılarımı oxuyubsunuzmu?!

"Qoşa qanad" - elm və sənətin müqayisəli təhlili mövzusunda dünya fəlsəfi fikrində tayı-bərabəri olmayan bir əsərdir.

Hətta Xudu Məmmədovun da filosof olduğunu görə bilmiriksə... və ya inadla inkar ediriksə, gör nə qədər çökmüşük.

P.S.Mənim Xudu Məmmədovu məhz bir filosof olaraq təqdim etdiyim əsərləri oxuyan varmı?!

Elə Fəlsəfə sahəsində çalışan Ziyəddin Göyüşov. Onun əxlaqi-fəlsəfi kitabları! Nə qədər qiymətli əsərlərdir, bilirsinizmi? Mənim Ziyəddin Göyüşovdan bəhs edən, onu məhz bir filosof olaraq dəyərləndirən məqaləmi oxuyubsunuzmu?
Yaxud Camal Mustafayev, Cəmil Əhmədli və s.

Yaxud:

Moskvada çalışsa da bizdən olan Şeydabəy Məmmədov, Zahid Orucov, Rafiq Qurbanov - onların yaradıcılığı haqqında nə bilirsiniz? Zahid Orucovun müasir dünyanın 100 görkəmli filosofu sırasına daxil edildiyini bilirsinizmi?...

Yaxud:

Bataqlığa çevrilən Fəlsəfə İnstitutunda sığınıb qalmış, amma hər şeyə rəğmən hələ də yazıb-yaradan Əbülhəsən Abbasov, Əli Abasov, Adil Əsədov, Füzuli Qurbanov, Tahira Allahyarova, Müşfiq Şükürov:.. çoxu indi yadıma düşmür. Normal şərait olsaydı adları hardan gələrdi, - bilisinizmi? Ali məktəblərimizdə çalışanlar arasında da var yüksək fəlsəfi təfəkkürü, dəyərli tədqiqatları olanlar.
Könül Bünyadzadə qısa müddətdə o institutdan ayrılıb ictimai əsaslarla qurduğumuz Fəlsəfə Mərkəzində çalışdı və bütün dünyada tanındı. Əsərləri sadəcə Türkiyədə deyil, Amerikada, Avropa ölkılərində çıxdı.

Mühit çox önəmlidi.

Hətta bu gün bizimlə yanaşı fb-də müzakirələrə qatılan elə istedadlı gənclər var ki, - fəlsəfi təfəkkürlərinə heyran qalıram.

Vaxtımı aldığına görə hər dəfə fb-dən çıxmaq istəyirəm, amma onların öyrənmək əzmini görürəm, onların bu kiçik imkandan, fb-fəlsəfə məkanında müzakirələrdən də məhrum olmasına qəlbim yol vermir.

Bəs mənim fb-də gördüyüm bu işin adı nıdir: fəlsəfəçilikmi, filosofluqmu, - xeyir, fəlsəfi maarifçilikdi.
Yəni bunlar ayrı-ayrı aspektlərdir. Və hamısı lazımdı.

Mənbə: Fəlsəfə səhifəsi


İmza:
SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK