ANA SƏHİFƏ / MƏMLƏKƏT

Böyükşor gölünə “Azərsu”ya məxsus kanalizasiya infrastrukturundan tullantı suları axıdılmır - Anar Cəbrayıllı

9211    |   2020-07-07 20:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyükşor gölünün ətrafında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

Trend-in məlumatına görə, bunu açıqlamasında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır:

"Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək".




İmza:
SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK