ANA SƏHİFƏ / GÜNDƏM

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

3267    |   2020-07-07 18:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qazın satışı Departamentinin Müştəri xidməti şöbəsi iyun ayında 11 mindən çox müraciəti cavablandırıb.

Bu barədə Trend-ə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, bu, 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə nisbətən az olsa da, yay mövsümündə ən çox göstərilən xidmət sayıdır: "Ümumilikdə 21 növ müraciət arasında koda düşmüş kartların bərpası, yeni qazlaşma haqqında məlumatın verilməsi və qeydiyyata alınması, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, itirilmiş və yaxud zədələnmiş smart kartın bərpası və digər bir neçə istiqamət çoxluq təşkil edib. Ən çox müraciət 1561 halda abonent məlumatlarında dəyişikliklərin edilməsi ilə bağlı olub. İyun ayında Bakı şəhəri üzrə müştəri xidmətləri üzrə müraciətlər 1 və 2 saylı "ASAN Kommunal” mərkəzləri, eləcə də Bakı Regional qazın satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində icra edilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə abonent müraciətlərinə həssaslıqla yanaşılır. Çalışılır ki, xidməti vəzifələr operativ və qüsursuz yerinə yetirilsin".




İmza:

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır

Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO

Akademik: "Dağlıq Qarabağ" anlayışı olmayıb!

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub

Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir

Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

DEYİRSİNİZ YƏNİ «AZAL»ın PREZİDENTİ CAHANGİR ƏSGƏROV

Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

Prokurorluğun və ya DTX-nin əlində bir içim su

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK