ANA SƏHİFƏ / MƏMLƏKƏT

Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA

7692    |   2020-07-07 15:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İnsanlar özlərində xəstəliyin simptomlarını hiss edirlərsə, ərazi üzrə sahə poliklinikalara müraciət edirlər.Qeydiyyata düşdükdən sonra sahə həkimi həmin şəxslərlə telefon vasitəsilə əlaqəyaradaraq vəziyyətlərinə nəzarət edir”.

Oxu.Az.xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Səhiyyə Naziriyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə deyib.

S.Babazadə bildirib ki, əgər həkim şəxsin vəziyyətində COVID-19 şübhəsi hiss edirsə, bu barədə məntəqəyə məlumat verir:

"Məntəqədə çalışan tibb bacısı və ya laborant həmin şəxsin evinə gedərək, ondan yaxma götürür. Bununla da biz vətəndaşlara mümkün qədər evdə xidmət göstərməyə çalışırıq ki, onların poliklinikalara gəlişini azaldaq”.

S.Babazadə xəstəliyin yüngül gedişatı müşahidə edilən şəxslərin müalicəsi üçün dərman preparatlarının dövlət tərəfindən təmin edildiyini də bildirib:

"Əgər xəstəlik yüngül simptomlu keçirsə, dövlət tərəfindən yalnız xəstəliyin birinci mərhələsi üçün nəzərdə tutulan dərman preparatları pulsuz verilir. Buraya Vitamin C, E, D3, maqnezium, selen, "Parasetamol”dur. İnsanlar bu dərmanları qəbul etdikdə, heç bir fəsad olmadan sağalır. Lakin vəziyyətdə ağırlaşma olursa, "103”ə müraciət olunur və onlar xəstəxanaya yerləşdirilirlər.

Çox insan zənn edir ki, poliklinika həkimləri evə gələrək həmin xəstələrə iynə vura bilər. Bu səbəbdən poliklinikalara çoxsaylı müraciətlər daxil olur. Ancaq bu, qəti qadağandır. Epidemioloji nəzarət qaydalarına uyğun deyil. Evdə yalnız yüngül xəstəliklər müalicə edilə bilər”, -deyə S.Babazadə qeyd edib.




İmza:
SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK