ANA SƏHİFƏ / SİYASƏT

İLHAM ƏLİYEV: "QARABAĞ MÜNAQİŞƏSİ ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR"

11825    |   2020-07-08 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə titulan modul tipli hospitalının açılışında uştirak ediblər.

Prezident İlham Əliyevin müvafiq tapşıriqları ilə pandemiya ilə mübarizə istiqamətində ümumilikdə 2000 çarpayılıq ehtiyat yaradılması üçün 10 modul tipıi xəstəxana kompleksinin yaradılması planlaşdırılıb. Artıq bu xəstəxanaların bir neçəsi quraşdırılıb istifadəyə verilib.

Modul tipli hospitalla tanışlıqdan sonra cənab İlham Əliyev üç aparıcı telekanalının jurnalistlərinin suallarını cavablandırıb.

Prezident bildirib ki, koronavirus pandemiyası elan olunduqdan sonra, onunla mübarizə aparmaq üçün ölkə rəhbərliyi tərəfindən təcili mühüm addımlar atılıb. "Nəzərə alsaq ki, COVİD-19 xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır".

Yeni quraşdırılan hospitalın 800 çarpayılıq olduğunu bildirən cənab prezident, bir neçə ayın içərisində 1300 çarpayılıq daha bir modul xəstəxananın istifadəyə veriləcəyini bildirib. "Bu bizə əlavə 2 mindən çox xəstənin yerləşdirilməsinə imkan yaradacaq".

Dünyada pandemiya ilə bağlı vəziyyətə münasibət bildirən prezident İlham Əliyev: "Bildiyiniz kimi, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərində sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıbdır. Ona görə də indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu düzgün qərardlr. Çünki bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər" - deyə cavab verib.

Prezident ölkəmizdə vaxtında görülən tədbirlətin nəticəsində vəziyyətə nəzarətin saxlandığını bildirib. Yoluxmalarln sayının 500-dən yuxarı olmasına baxmayaraq vəziyyətə nəzarət edildiyini diqqətə çatdırıb. Testlərin aparılması ilə bağlı hazırda 29 labaratoriyanın fəaliyyət göstərdiyini vurğulayan cənab İlham Əliyev daha 15 labaratoriyanın ölkəyə yaxın günlərdə gətiriləcəyini deyib.

Karantin rejiminin müddətinə toxunan prezident, pandemiya dövründə adətən bir-iki həftə ərzində elan edildiyini bildirib. Nəzarət mexanizmlərinin sərtləşdirilməsi nəticəsində yoluxmanın yüksək templə inkişafının qarşısi alındığını və vəziyyətin stabilləşdiyini jurnalistlərin diqqətinə çatdıtıb.

Prezident bəzi hallarda vətəndaşlarımızın karantin rejimini pozmalarına tənqidi yanaşaraq məhşur oteldə nümayişkəranə qayda pozanları qınadı və belə halların yolverilməz olduğunu bildirdi.

Pandemiya dövründə iqtisadiyata dəyən zərbəni qiymətləndirən prezident İlham Əliyev: "Əlbəttə bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar-dünya iqtisadiyyatı nə qədər tənəzzülə uğrayacaq, avrozonada vəziyyət necə olacaq, işsizliklə bağlı vəziyyət necə olacaq? Biz görürük ki, işsizlik az olan ölkələrdə işsizlik kəskin artır. Dünya iqtisadiyyatına böyük zərbə vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu bizim vəziyyətimizə də mənfi təsr göstərmişdir" - deyə bildirib.

Amma bütün çətinliklərə baxmayaraq nəzərdə tutulan sosial layihələrin təxirə salınmadığını qeyd edən prezident, bu ağır imtahandan da üzü ağ çıxa biləcəyimizə inandlığını bildirib.

İnsanlarımızın sağlamlığı üçün nə qədər vəsait lazımdırsa, ayrılacağını bildirən İlham Əliyev vətəndaşlarımızın sağlamlığının hər şeydən üstün tutulacağını vurğulayıb. Bu çətin iqtisadi durumda bir çox ölkələrə humanitar yardımlar edildiyi də qeyd olunub.

Bildiyimiz kimi, bu yaxınlarda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin pandemiya ilə bağlı məsələnin BMT Baş Assammbleyasının xüsusi iclasında müzakirəyə çıxarılması ilə bağlı təklifi dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. Xüsusi sesiyanın yaxın vaxtlarda keçiriləcəyi gözlənilir.

Dünya ölkələri içərisində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin pandemiyanın müzakirəsi ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması təşəbbüsünün əleyhinə səs verən yeganə Ermənistanın olmasına da manasibət bildirilib. "Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır. Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu., dünyadan tədric etdi. Çünki təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəlu sürəndə bir məqsəd güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır" - deyə bildirən Azərbaycan Respublikasının prezidenti, daha sonra qeyd edib ki, təşəbbüsün teallaşması üçün 97 səs lazım idi. Bizə isə 130-dan çox ölkə səs verdi.

Prezident İlham Əliyevin sözlərinə görə Ermənistan özünü yenə gülünc vəziyyətində qoydu. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə Azərbaycan Respublikası prezidentinin təşəbüsünü dəstəkləmişdi, amma yenə də fərdi qaydada 130-dan çox ölkə rəsmən müsbət münasibətlərini bildirdi. Bir neçə ölkə səsziz qaldı, yəni heç bir reaksiya vermədi. Yeganə ölkə-Ermənistan bunun əleyhinə çıxdı. Ermənistandan ağıllı mövqe gözləmədiyini bildirən prezident İlham Əliyev: "Mən demişəm ki, 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir" -deyə bildirib.

Jurnalistlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıran ölkəmizin prezidenti bizim mövqeyimizdə hər handı bir dəyişiklik olmadığını, onun haqq-ədalətə, tarixi ədalətə və eyni zamanda beynəlxalq hüquqa əsaslandığını bildirib. "Bizim mövqeyimizdə hər hansı dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdı".

Rüstəm HACIYEV




İmza:

Şahmar Mövsümov: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması liberallaşmanın başlamasıdır

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

Ankara şəhərində Azərbaycana növbəti dəstək aksiyası keçirilib

“Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” adlı konfrans keçirilib

İctimai işlər növündə inzibati tənbeh alan şəxslərin qarşısına yeni vəzifələr qoyuldu

Prezident: “AXC-Müsavat cütlüyü işğala imkan yaratdı”

Prezident: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq”

İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib

Esper: Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq

Nefti hardan istəsək, ordan da alacağıq - Lukaşenko

"ADY Container" yük daşımalarının həcmini artırıb

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

Şahmar Mövsümov: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması liberallaşmanın başlamasıdır

SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK