ANA SƏHİFƏ / MƏMLƏKƏT

AĞSUDA YAS, ASTARADA TOY

31043    |   2020-07-08 10:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə qədər deyirlər, yazırlar, tövsiyyə edirlər, qadağan edirlər, xeyiri yoxdu, öhd olmur. Ölkə gözəgörünməz bir düşmənlə, hətta dadı-tamı olmayan bir düşmənlə beş aydan çoxdur ki, mübarizə aparır. Dövlət xalqı bu gözəgörünməz düşməndən xilas etmək üçün bütün gücünü səfərbərliyə alıb. Amma yenə xeyiri yoxdu. Kefdəyik.

Mən hələ o məşhur oteldəki baş verən hadisəni atıram bir kənara. Baxıram, Astarada yenə kimsə həyətində toy dəstgahı qurub. Özü də Astara virusun tüğyan elədiyi, çox yayıldığı, sərt karantin rejiminin tətbiq edildiyi bir rayondu. Elə bu günlərdə də Astaranın məşhur bir həkimi, koronavirusla mübarizə edən həkimi, dünyasını dəyişdi. Hörmətli doktor, millət vəkili Rəşad Mahmudovun həmin həkim haqqında bir elegiyasını bugünki qəzetimizdə oxuya bilərsiniz.

Bəli, belə bir sərt karantin rejimində kimsə övladına toy dəstgahı qurur və camaat da heç nəyə baxmayaraq, yığışıb gedir toya.

Sağ olsun Astara polisi, vaxtında üstünü alıb, toya gələnlər cərimələnib.

Bəy də getməli olduğu yeri qoyub, məsuliyyətə cəlb olunaraq həbsxanaya gedib, yəni saxlanılıb.

Ağsuda da yenə yas mərasimi keçirilib. Dünən qeyd etdiyim kimi, şair Qürbət Əziz demiş, millət deyilik ey, kefik başdan-ayağa.




İmza:

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar buraxılıb - BNA

Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi

Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB

Maskotlar vətəndaşları məlumatlandıracaq

1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub

FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət etdi - VİDEO

Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq

SMS icazə ləğv olundu

Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK