ANA SƏHİFƏ / MƏMLƏKƏT

Polis supermarketlərdə reydlər keçirir - VİDEO

13431    |   2020-07-04 14:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Polis əməkdaşları iri supermarketlər şəbəkələrində maskalardan istifadə etməyən və buna göz yuman obyekt sahiblərinə qarşı reydlər keçirir.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda o cümlədən iri supermarketlər şəbəkələrində gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir. Supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı maketə maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq və sosial məsafənin gözlənilməsi məqsədi ilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib. Supermarketlərə sanitar-gigiyenik qaydalara ciddi əməl etməklə fəaliyyətin göstərməyin vacibliyi barədə bir daha xəbərdarlıq edilib.

Qeyd edək ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməlidir. Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar.




İmza:

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar buraxılıb - BNA

Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi

Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB

Maskotlar vətəndaşları məlumatlandıracaq

1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub

FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət etdi - VİDEO

Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq

SMS icazə ləğv olundu

Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO