ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi - VİDEO

11945    |   2020-07-04 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xüsusi karantin rejimi dövründə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronaviruspandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla, ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - yeddinci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinləri əvvəlcədən KİVvasitəsilə xəbərdar ediliblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak edib.

Eyni zamanda, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qeyd olunan dezinfeksiya işləri ilə yanaşı, paytaxtın bütün rayonlarında Rayon İcra Hakimiyyətləri, Polis İdarələri və aidiyyətiidarə və təşkilatların məsul əməkdaşlarından ibarət yaradılan mobil qruplar tərəfindən mövcud sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə reydlər davam etdirilib, vətəndaşlarla maarifləndirmə işləri aparılıb.

Reydlər nəticəsində bəzi ticarət obyektlərində aşkar edilən sanitar qaydaların pozulması, tibbi qoruyucu vasitələrdən istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsi halları aradan qaldırılıb, pozuntulara yol verilmiş obyektlərin sahıblərinə qarşı inzibati cəza tədbirləri tətbiq edilib.

Xatırladaq ki, dünən əhaliyə dezinfeksiya işləri ilə əlaqədar küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilmişdi.




İmza:

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar buraxılıb - BNA

Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi

Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB

Maskotlar vətəndaşları məlumatlandıracaq

1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub

FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət etdi - VİDEO

Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq

SMS icazə ləğv olundu

Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO