ANA SƏHİFƏ / GÜNDƏM

Parlament jurnalistləri Prezidentə məktub ünvanladılar

5399    |   2020-07-03 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Parlament Jurnalistləri Birliyi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Adalet.az-ın məlumatına görə, məktubda bildirilib ki, Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığınız Sərəncam media ictimaiyyəti arasında böyük rəğbət, ehtiram və məmnunluqla qarşılanıb: "Parlament Jurnalistləri Birliyi olaraq bu Sərəncamı Sizin həm mətbuatımızın tarixi missiyasına, həm də mediamızın müasir cəmiyyətdəki roluna və gələcəyinə verdiyiniz dəyərin növbəti nümunəsi kimi qiymətləndiririk.Xüsusilə, dünyanın, eləcə də ölkəmizin COVİD-19-la mübarizə apardığı indiki çətin zamanda, şərəf tariximizin bu əlamətdar hadisəsinə diqqət göstərməyiniz media ictimaiyyətində peşəsinə bağlılığı və sabaha inamı daha da artırır. Bu, bir daha Sizin rəhbərliyinizlə dövlətimizin daim jurnalistlərin yanında olduğunun, Azərbaycanda söz azadlığı və media qurumlarının inkişafının prioritet məsələ sayıldığının əyani göstəricisidir.

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə indiyədək ölkəmizdə medianın inkişafı istiqamətində çox ciddi addımlar atılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, mətbuatımızda xidmətləri olan həmkarlarımızın mükafatlandırılması kimi addımlar bu qəbildəndir.

Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığınız Sərəncamda müvafiq qurumların, o cümlədən jurnalist təşkilatlarının qarşısında konkret vəzifələr qoymusunuz, həmçinin mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərin verilməsini tövsiyə etmisiniz. Bu etimadı, jurnalist təşkilatlarının cəmiyyət həyatındakı rolunun artırılmasına Sizin tərəfinizdən verilən bir təkan kimi qiymətləndiririk.

Cənab Prezident!

Biz jurnalistlərə, jurnalist təşkilatlarına verdiyiniz dəyərə və etimada görə özündə ölkənin əksər media qurumlarının təmsilçilərini birləşdirən Parlament Jurnalistləri Birliyi adından Sizə dərin təşəkkürümüzü bildiririk! Bildiririk ki, Azərbaycan dövlətinin inkişafı və torpaqlarımızın azadlığı yolunda apardığınız yorulmaz mübarizədə, Azərbaycan həqiqətlərinin, haqlı mövqeyimizin dünyaya çatdırılmasında PJB olaraq dövlətimizin yanındayıq!"




İmza:

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır

Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO

Akademik: "Dağlıq Qarabağ" anlayışı olmayıb!

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub

Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir

Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

DEYİRSİNİZ YƏNİ «AZAL»ın PREZİDENTİ CAHANGİR ƏSGƏROV

Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

Prokurorluğun və ya DTX-nin əlində bir içim su

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK