ANA SƏHİFƏ / DÜNYA

İRANIN NÜVƏ OBYEKTİNDƏ YANĞIN

"Vətənin Qeopardları" qruplsması məsuliyyəti öz üzərinə götürdü

9243    |   2020-07-03 11:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BBC-nin yaydığı məlumatlara görə özlərini "Vətənin Qeopardları" adlandıran qruplaşması, İranın İsfahan əyalətində yerləşən Netenze nüvə obyektində törədilən yanğını öz üzərinə götürüb.

BBC bildirir ki, "Vətənin Qeopardları" adlandırılan qruplaşmadan elektron poçtlarına daxil olan məktubda bəyan edilir ki, qruplaşma yanğına görə məsuliyyəti öz üzərlərinə götürür. Məktubda bildirilir ki, onlar Netenzeni ona görə seçiblər ki, orada yerləşən yeraltı obyektlərin ətraf mühitə vurduğu zərəri İran hökuməti gizlətmək iqtidarında deyil.

Qərb mətbuatı bu qruplaşma barədə əvvəllər heç bir məlumatlarının olmamasına görə, bu məktubun həqiqiliyinə inanmaqda çətinlik çəkdiklərini yazırlar.

Qruplaşmanın üzvüləri isə bəyan edirlər ki, "Vətənin Qeuopardları" qruplaşması İranın keçmiş
xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yaradıb və hakimiyyətə qarşı mübarizə aparır.

Associated Press qərb eksperlərinə istinadən bildirir ki, yanğın böyük ərazidə yerləşən, uranın zənginləşdirilməsi üzrə çalışan Netenzedə sentrefuq yığılan zavodda baş verib. Bu fakt sputnikdən alınan foto materiallarla da təsdiq olunur. Sentifuqlar uranın zənginləşdirilməsi məqsədi ilə yığılır və təkcə reaktorların işləməsi üçün yanacaq deyil, eyni zamanda nüvə silahı hazırlamaq üçün də lazımdı.
İranın Atom enerji təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi bildirib ki, insident nəticəsində Netenze nüvə obyektinin yaxınlıığındakı bina zədələnib.

İran KİV-lərinin fotolardan görünür ki, kərpic binanın bir hissəsində yanğln izləri var, binanın damı uçub. Yerdəki qırıntı parçalarından görünür ki, ərazidə partlayış baş verib.

Maraqlıdır ki, Netenzedəki yanğından 6 gün əvvəl "Parçin" hərbi bazasında partlayış baş verib. Müdafiə naziri Davud Abdi bildiruib ki, hərbi bazanın yaxınlığında qaz doldurulmuş qab partlayıb.
ABŞ müdafiə nazirliyinin kəşviyyat idarəsi bildirir ki, İran Yaxın Şərqdə ən böyük yeraltı silah istehsalı proqramını həyata keçirən obyektlərinə malikdi.

Hazırda İranın yeraltı obyektlərində nüvə silahı istehsalı üçün sürətlə sentifuqların yığılması prosesi gedir. ABŞ və Qərbin ciddi təkidlərinə baxmayaraq İran uranın zənginləşdirilməsi prosesini dayandırmaq fikirinə deyil. 2019 -cu ildən isə ümimiyyətlə nüvə silahı ilə bağlı müqavilələri tərk edib.

Rüstəm Hacıyev



İmza:
SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK