ANA SƏHİFƏ / MƏMLƏKƏT

Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir

6434    |   2020-07-02 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) daha bir şəhərdə içməli su və kanalizasiya layihəsinin icrasına başlayıb.

ASC-dən Adalet.az-a bildirilib ki, uzun illərdir içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir. Neftçala şəhərinin və ətraf kəndlərin sakinləri Şirvan-Muğan qrup su kəməri ilə Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli su ilə təmin olunacaq.

Şirin su ehtiyatının məhdud olduğunu Neftçala rayonunun bütün yaşayış məntəqələrində içməli su təchizatı həmişə aktual olub. Neftçala şəhərində 1950-1970-ci illərdə tikilmiş içməli su təchizatı sistemləri istismar müddətini başa vurduğundan artan tələbatı ödəmək iqtidarında deyil. İndiyə qədər Neftçala şəhərinə içməli su Kür çayından götürülərək qismən təmizləndikdən sonra verilib. Bu baxımdan yeni layihənin icrasına başlanarkən ilk növbədə şəhərə etibarlı mənbədən - Şirvan-Muğan qrup su kəmərindən suyun verilməsi qərara alınıb. Neftçala şəhərinə suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında, relyef baxımından nisbətən yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarının tikintisinə başlanıb. Bununla paralel olaraq anbardan Neftçala şəhərinədək 560 mm diametrli borularla 44 km uzunluğunda magistral su kəməri inşa edilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.

Neftçala şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə əsasən, gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri yaradılacaq. Tullantı sularının idarə olunması və təmizlənib zərərsizləşdirilməsi məqsədilə 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral su kəmərinin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakin faydalanacaq.

Qeyd edək ki, hazırda Neftçala şəhərində və rayonun bir sıra kəndlərində içməli su problemi müşahidə olunur. Son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Buna görə də rayon mərkəzinin, eləcə də 10-dan artıq kənd və qəsəbənin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur. Bu məqsədlə 15 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb və Salyan şəhərindən Neftçalaya suyun daşınması təmin edilir. Modul tipli sutəmziləyici qurğular quraşıdırılmış kəndlərdə isə çənlər daşıma suyu ilə doldurulur və müəyyən olunmuş qrafiklə bulaqlara su verilir.



İmza:

Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər

Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ

Aqil Abbas: “Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...”

Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib - FOTO

Yüzlərlə ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi - SİYAHI

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir - CANLI

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM

Hamımız yorulmuşuq karantin rejimindən, bu bir əziyyətdir - Şahmar Mövsümov

İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda ağacların quruması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

REAL ŞƏRAİT VƏ ONA MÜNASİBƏT

Bu həftə avtobuslarda 8 milyondan çox səfər sayı qeydə alınıb - RƏSMİ

Sabah çimərliklərdə dəniz suyunun istiliyi 24 dərəcəyə yüksələcək - PROQNOZ

“ASAN xidmət”də nikah mərasimlərinə gələnlərin sayına məhdudiyyət qoyulub

"Papanin" stansiyası və Xocasən deposunda görülən işlərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi: Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər

Neftçalada 300 ailəyə ərzaq yardımı paylanılıb

Dəniz üçün darıxanlar: Uşaqların çimərlik kefindən REPORTAJ

Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Paytaxt sakinlərinə xəbərdarlıqt - Ehtiyac yaranmadıqda küçəyə çıxmayın

SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK