ANA SƏHİFƏ / SAĞLAMLIQ

QONŞUNUN PULUNU XƏRCLƏMƏYƏ NƏ VAR Kİ?

2858    |   2020-07-02 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli, Bəxtiyar Hacıyevin koronavirusla bağlı bir statusunu oxudum. Söhbət Gürcüstanda bununla bağlı aparılan tədbirlərdən gedir. Həqiqətən Gürcüstan bu sahədə çox böyük işlər görür. İki məsələyə toxunmaq istəyirəm. Birincisi, belə qeyd edilir ki, Gürcüstana koronavirus İrandan gəlib Azərbaycandan keçən kimdənsə təsbit edilib və nəticə belə alınıb ki, guya Gürcüstanda bu xəstəliyin yayılmasının səbəbkarı bizik. Əvvəla, həmin şəxsdə bu aşkar olunandan sonra o, karantinə alınıb. Və deməli, səbəbkar biz deyilik.

Bunu atdıq bir kənara. Həqiqətən Bəxtiyar Hacıyevin yazdığı kimi, Gürcüstanda bu xəstəliyə qarşı aparılan operativ tədbirlər ürəkaçandır. Və qeyd də edir ki, ayrı-ayrı şəxslərdən tutmuş sahibkarlara qədər Gürcüstan hökuməti nə qədər vəsait ayırıb.

Amma sonda yazır ki, ABŞ və Avropa ölkələri Gürcüstana bu xəstəliyin qarşısını almaq üçün 3 milyard dollar (bizim pulla 5 milyarddan artıq) köməklik edib.

Qonşunun pulunu xərcləmək çox asandı.

Amma məsələ budur ki, Azərbaycan iqtidarı dövlətin öz cibindən bu xəstəliyə qarşı mübarizə üçün 3,5 milyard manat pul ayırıb.

Və ondan başqa, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat pul ayırmışıq və onun da bir miqdarını ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande xanımın Qubadakı istirahətinə sərf etmişik.




İmza:

TƏBİB: Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir

Azərbaycanda koronavirusa yoluxanların 89 faizi sağalıb

Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz

Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb

Moskvada koronavirusa qarşı peyvəndin kliniki sınaqları başa çatıb

Daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

Yaqut Qarayeva: Ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub

Azərbaycanda İİV-dən ölənlərin sayı açıqlandı - RƏSMİ

Ramin Bayramlı: Azərbaycanda koronavirusla bağlı 5 modul xəstəxanadan istifadə olunur

Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı

SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK