ANA SƏHİFƏ / YAZARLAR

Heç demə, məscid yəhudilərin sözüdür – Soner Yalçın yazır

25585    |   2020-07-03 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Evimdən Cümhuriyyət tarixinin ən böyüyü Çamlıca məscidini seyr edirəm.

Boğaza yaraşdığını düşünürəm. Xüsusilə məscid kompleksində bir muzey, sənət atelyesi-qalereya, kitabxana, konfrans zalının olmağı çox gözəldir ...

Gərçi məscidin bu qədər böyük – 63 min adam tutmasına gərək var idimi? Düşünürəm ki, yox idi.

Qayıdım mövzuma.

Qurani-Kərimdə "cami” yox, "ibadət yeri” mənasını verən "məscid” var (böyük qism məsacid deyir). Yəhudilikdən – Elefantine papiruslarından gəlir. Bu qeydi yazanda belə sıxılıram. Keyfiyyətsizlik sağlam müzakirə aparmağa mane olur.

Həm də mövzu cami olan kimi heç bir müzakirə etmirik. Cami memarlığından belə danışa bilmirik. Məsələn, qübbənin var olmağına belə bir müqəddəslik, bir imtinaedilməzlik yükləyirik.

İslamda ilk inşa edilən məscidi evinin baxçasına Hz. Əbu Bəkr inşa etdirdi. Və zamanla İslam dünyasının hər tərəfində bir çox məscid-cami tikildi.

Dörd xəlifənin və Əməvilərin dövründə (rəsm tabusunu da yıxan Əbdülməlik Mərvanın tikdirdiyi Qübbətüs Sahre xaric) camilərin hüç birində qübbə yox idi. Əsasən düz dam örtüyü vardı. Bəs yaxşı....

Xüsusilə də bizim yaşadığımız coğrafiyada – Anadoluda camilər niyə qübbəlidir?

İslamdan əvvəl var olan Ayasofiyanın qübbəli və minarəli quruluşumu yamsılanır? Estetol dəyəri yüksək olduğu üçünmü Ayasofiyanın memarlıq quruluşundan örnək alınır?

İzah edim:

QÜBBƏ GERÇƏYİ

Qübbə (gümbət – gümbəz)...

Lüğətdə "göbək, yuvarlaq dam” kimi açıqlanır.

Qurani-Kərimdə ibadət ediləcək məkanın xüsusiyyətləri tərif edilmir. Yəni günbəzli və ya minarəli olmağı şərt deyil.

Günbəz memarlığı hardan çıxdı? Günbəz müsəlmanların tapdığı İslami mahiyyəti olan bir quruluşdurmu? Deyil.

İslamdan çox-çox əvvəllər günbəz ibadət yerlərində istifadə olundu. Misal üçün, ilk tikilən günbəzli məkanı miladdan öncə beş mininci illərdə Şumerlərin tikdiyi iddia edilir.

Bu ibadət məkanları niyə günbəzlidir?

Sadəcə şumerlər deyil. Çoxallahlı paqan məbədlərinin hardasa 90 faizinin günbəzli olmasını necə açıqlamaq lazımdır? Günbəz Anadoluda bərəkətin simvolu olan ana tanrıçanın sinəsi deyilmi?

Bu üst örtük quruluşu Roma memarlığının təməl daşlarından biri oldu və dünyaya yayıldı.

Bizim cami memarlığı Ayasofiya kimi buradanmı bəhrələndi?

Dəyanət İşləri Nazirliyi bənzətməni rədd edir. Cami günbəzlərinin "türk çadır” ənənəsinin nəticəsi kimi qəbul edir.

Yaxşı, günbəzi "türk çadır”ı kimi qəbul etdik, minarəni nəyə bənzədək?

Ayasofiyanın dörd minarəsi var.

İslamın ilk dövrlərində camilərin heç birində minarə yox idi. Minarələr cami memralığına sonradan Əməvilər dövründə əlavə olundu.

Bu gün bizim camilər tək minarə ilə belə kifayətlənmir.

Başların bu qədər qarışmasının səbəbi cəhalətdirmi?

TBMM CAMİ

Ayasofiya müzakirələri edilərkən evimdən Çamlıca məscidini seyr edirəm.

Səlcuqlu-Osmanlı dövründə xalq Hz. Məhəmməd tərəfindən Mədinədə inşa edilən "Məscidi Nəbi”ni örnək alaraq xudmani məhəllə məscidləri tikdirirdi (Ulu babam Mehmet Ali Gürbüzün Çorum Ulukavakdakı Ölçek (Kahraman Çavuş) məscidinin necə tikdirdiyini rəhmətlik atam danışırdı).

Xalq belə idi, fəqət:

Başda padşahlar olmaqla iqtidar sahibləri böyük və göstərişli günbəzli, çoxminarəli məscidlər tikdirmiyə səy göstərdi.

Bəli, Çamlıca məscidi Boğaza yaraşdı. Amma bunun Ayasofiyanın bənzəri olmasına gərək varmı idi? Rəhmətlik Vedat Dalokayın İslamabaddakı Faysal məscidi kimi bir quruluş tapıla bilməzdimi? Əşşi, harda?!...

Vedat Dalokayın Ankara Kocatepe məscidi üçün hazırladığı "kapuk sistemi” rədd edildi. Əvəzinə Ayasofiyanın bənzəri dördminarəli, mərkəzi günbəzli məscid tikildi.

Çamlıca məscidi də, Kocatepe məscidinin bənzəridir. Fərqi sadəcə, minarə sayının altı olmağıdı. Və şübhəsiz ki, görkəmli böyüklüyü.

Günbəz və minarəsiz məscid olmayacağını qəbul etmirik. Hz. Məhəmmədin günbəzsiz və minarəsi məscidi örnək alınraq tikilən TBMM məscidini belə yıxmaq istəyirlər. İndilik minarə əlavə olunaraq məscid "müsəlman məkanı” edildi.

Ayasofiyanın məscid edilməsini müzakirə etmək əvəzinə, məscid memarlığını müzakirə etməyimiz gərək deyilmi?

Hər məscidin Ayasofiyanın təqlidi olması heç kimi narahat etmirmi?



Dilimizə uyğunlaşdıran: Eminquey




İmza:

YAZARIN ARXİVİ

2020-08-04 : ACI KAYBIMIZ
2020-08-04 : Ağdamda son azan
2020-07-27 : TƏBRİK
2020-07-23 : TƏBRİK
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK