ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO

5179    |   2020-06-29 23:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq. Bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək.

Baku.Tv xəbərinə görə, Təhsil Nazirliyinin baş məsləhətçisi Vüsalə Əliyeva bildirir ki, dərsliklər dövlətin qərarına uyğun olaraq, bir neçə il müddətində istifadə etmək üçün çap olunur. İstifadə müddəti bitdikdən sonra kitabların yararlılıq müddətibaşa çatır. Bəzən isə dərsliklər istifadə olunduğu dövr ərzində məzmun baxımından müəyyən köhnəlməyə məruz qalır. Belə olan halda isə dərsliklər ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunurlar.

Bu ildən etibarən, 1-ci sinifdə təhsil alanlar üçün hazırlanan bütün kağız dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün dördtədris ili təyinolunurdusa, bu ildən bir tədris ili təyin olunacaq. Bu isə ona əsas verir ki, şagirdlər tapşırıqları yerinə yetirmək üçün əlavə avadanlıqlardan deyil, bütün tapşırıqları elə dərsliyin üzərində işləməklə həyata keçirəcəklər.

Bundan əlavə, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək. Ümumilikdə 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin 1-11ci siniflər üçün 339 adda 7 milyon 233 min 214 nüsxə kağız dərslik və metodiki vəsaitin çap edilməsi nəzərdə tutulur.




İmza:

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər

Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

Peşə təhsili müəssisəsində bir ilk

"Abituriyentlər üçün dərs vaxtı"nın 6 iyul cədvəli

Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli

SABAH təcrübəsi əsasında yeni pilot layihə

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumat YAYDI

Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Macarıstanda təhsil almaq hüququ qazananlar müəyyənləşib

SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK