ANA SƏHİFƏ / KRİMİNAL

Narkotik satışı ilə məşğul olan Lənkəran və Masallı sakinləri saxlanılıb

11993    |   2020-06-29 14:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran və Masallı sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Xıl kənd sakini Fərid Abbasov saxlanılıb. Onun üzərindən bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla F. Abbasovun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kənd sakini Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 ədəd bağlamada çəkisi 3 kiloqram 145 qram narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə 8 qram heroin və 1 bükülüdə 5,5 qram psixatrop maddə metamfetemin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də aşkarlanıb və həmin şəxsin Masallı rayonunun Boradigah qəsəbə sakini Hacıəli Rəfiyev olduğu müəyyən edilib. Saxlanılan H. Rəfiyevin üzrəindən və yaşadığı evdən ümumilikdə 383 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK