ANA SƏHİFƏ / DÜNYA

"ŞOTLANDİYANIN AFRİKALI KRALI": İDİ AMİN

8564    |   2020-06-30 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

`Uqanda qəssabı` kimi tanınan İdi Amin Dada müstəmləkəçilik dövründən sonra Afrikanın üzərinə çökən diktatorlar zəncirinin bəlkə də ən qaniçəni idi. Və əlbəttə ki, ən qəribəsi. 1971-ci ildə çevriliş nəticəsindən ələ keçirdiyi ölkəsinin sükanını 8 il əlində saxladı. Lazım olmayan yerdə qaza basdı, ya da əyləcə. Ağla gəlməz sürrealist şəkilə bənzəyən hakimiyyəti 1979-cu ildə uqandalı millətçilər tərəfindən devrildi. Sürgünə qaçdı, arxasında 300-400 min aralığında qurban siyahısı buraxdı.

Bu gün Uqanda respublikası kimi tanınan ölkə ingilis imperatorluğunun bir parçası idi. Amin orada yaşayan müsəlman Kakva qəbiləsinə mənsub idi. Atasız böyümüşdü. Təhsili ilə bağlı elə bir məlumat yoxdur. Sonradan etdiyi əməllər yaxşı bir təhsil almadığına işarə verir. Uşaq kimi ən çox diqqətçəkən tərəfi yaxşı formalaşmış bədəni və gücü idi. Bu özəllliyi ona müstəmələkə uşaqları baxımından qurtuluş və qısa yolla həyata başlamaq imkanı verən ordunun qapılarını açacaqdı. Amin ingilis imperatorluğunun afrikadakı müstəmləkələrində fəaliyyət göstərən Kings African Rifles(KAR, Afrika Kral Tüfəng Birliyi)a qatıldı. Kral tərəfdarı olanda 1946-cı il idi. Birma, Somali, Keniya və Uqanda da imperatorluq üçün döyüşdü. Hər nə qədər hərbiçi kimi bacarıqlı və karyera sevdalısı kimi tanınsa da Aminə ən çox şöhrət qazandıran sorğu-sual zamanı göstərdiyi qəddar üzü idi. Radikal və sərhədsiz güc tətbiqi ilə həyatdakı əsas faktorun güc olduğuna inanırdı.

Sürətlə yüksəlməyə başladı. Ən axırda qara bir afrikalının ingilis ordusunda yüksələ biləcəyi ən yüksək nöqtəyə- `ağalığ`a gəlmişdi.

Vurduğunu yerə yıxan boksçu idi

Aminin üzərinə diqqət çəkən digər bir xüsusiyyəti isə uğurlu bir idmançı olmağı idi. Daha doğrusu vurduğu yerdən səs çıxaran bir boksçu olması idi. Şəxsiyyətinə ən uyğun gələn idman sahəsində 1951-60-cı illər arasında yüngül çəkidə çempionluq kəmərini belinə bağlamağı bacarmışdı. Lakin Amini tarixə keçirəcək ünsür ingilis imperatorluğunun dağılmağa başlaması idi...

Uqanda ingilis müstəmləkələri kimi 1962-ci ildə müstəqilliyinə qovuşarkən İdi Aminin yaxın dostu və Uqanda Xalq Konqresinin lideri Apolo Milton Obote baş nazir oldu. Obete də KAR-dakı ən yüksək rütbəli bir neçə qara dərili zabitdən biri olan Amini də vəzifəyə gətirdi. Ölkənin şimalındakı heyvan oğurluğuna qarşı qanlı mücadilədə elə amansız oldu ki, ingilis höküməti belə Aminin həbs olunmasını tələb etdi. Lakin Obote bu tələblərə rəğmən yaxın dostunu daha yaxşı hərbi təhsil almaq üçün İngiltərəyə göndərərək cavab verəcəkdi.

Iki dost ölkəni yağmalayır

Uqandaya 1964-cü ildə qayıdan Amin öncə minbaşı, ardınca isə polkovnik oldu. Bir il sonra Amin və Obote ölkəni və ordunu idarə etməyi bir kənara buraxıb ticarətə girişdilər. Plana görə cütlük Konqodan qızıl, qəhvə və fildişi qaçırılmasını təşkil edəcəkdi. Burada əldə edilən pul Konqonunun MKİ tərəfindən öldürülən baş naziri Partice Lumumbaya sadiq qalan qüvvələrə veriləcəkdi. Amma pul ünvanına heç vaxt çatdırılmadı. Baş nazir və ordunun rəhbərlərindən olan Amin pulları mənimsəyirdi. Uqandanın ilk prezidenti Edvard Mutebi Mutesa vəziyyətdən narahat olaraq parlamentin araşdırma açmasını istədi. Küncə sıxılan Obote hücuma keçdi. Amini baş qərərgah rəisi etdi. 1962-ci ildə konstitutsiyadan kənara çıxaraq Amin vasitəsilə beş naziri həbs etdirdi. Iki yaxın dost rəsmən ölkəni qəsb etmişdi. Obote özünü dövlət başçısı elan etmiş, Freddie isə İngiltərəyə sürgünə göndərilmişdi. Aminin rəhbərliyi ilə ordu hökümət sarayını tutarkən 1966-cı il idi. Potensial təhlükə, nəzarətsiz bir güc olaraq böyüməyə davam edirdi.

Adlardan ad bəyən

Amin ordu içərisindəki nüfuzunu gücləndirməyə başladı. Bunu etmək üçün qaçaqmalçılıqdan və Sudanın cənubundakı üsyançılara satdığı silahların pulundan istifadə edirdi. Ölkənin baş qərərgah rəisi mafiya başçısı kimi hərəkət edirdi. Həmin günlərdə ölkəsindəki ingilis və İsrail agentləriylə əlaqə qurmuşdu. Obote nəzarətdən çıxan dostunu ev həbsinə saldırdı. Amma bunun da xeyri olmadı. Obote çarəni dostunu orduda nüfuzsuz vəziyyətə salmaqda gördü. Lakin ox yaydan çıxmışdı...
25 yanvar 1971-ci ildə Obote Sinqapurdakı bir Commonvealth toplantısına gedəndə Amin səhnəyə çıxdı. Bir qiyamla hökümətə nəzarəti ələ keçirdi və özünü dövlət başçısı elan etdi. Aminin özünə verdirdiyi adlar isə rejimin terroru ilə təzad təşkil edəcək qədər komik idi: "cənab, ömür boyu dövlət başçısı, Əl Hacı Doktor İdi Amin, yer üzünün bütün canlılarının və dənizlərdəki balıqların əfəndisi, Afrikada, xüsusilə Uqanda da ingilis imperatorluğunun fatehi”

Aminin gizli üzü ortaya çıxır

Idi Amin ilk mərhələdə həm ölkəsində, həm də digər dövlətlər tərəfindən isti qarşılandı. Belə ki, rejimi ilk tanıyan keçmiş sahibləri ingilislər olmuşdu. Həmin günlərdə ilk dövlət başçısı olan Freddie sürgündə öləndə Amin xarizmasını gücləndirmək üçün fürsətdən yararlanmış, kralın nəşini dövlət mərasimiylə dəfn olunması üçün Uqandaya gətirtmişdi. Bununla kifayətlənməyən Amin siyasi məhbusları azad etdiyi kimi Uqanda məxfi polisini də ləğv etdi. Amma bunlar sadəcə makyaj idi. Çünki eyni günlərdə Aminin gizli yaratdığı ölüm dəstələri Obote tərəfdarlarını ovlamağa başlamışdı. Buna baxmayaraq Obotenin vaz keçmək niyyəti yox idi. Ordu içində öz qəbiləsinə məxsus zabitlər vasitəsilə hakimiyyəti ələ keçirməyə çalışsa da Amin daha professional qiyamçı idi. Buna cəhd edənləri kəlləsindən etdiyi kimi həmin qəbilələrin Tanzaniyadakı əlaqə nöqtələrini də bombalatdı. Ordu etnik toqquşmaların məngəsinə düşmüş, bu gərginlik xalqa da sirayət etmişdi. Amin getdikcə daha da paroniyak olurdu. Bu müddətdə paytaxt Kampaladakı The Nile Mansions Hotel Aminin işgəncə və sorğu mərkəzi kimi məşhurlaşacaqdı. Uqanda diktatoru suiqəsd qorxusuna görə tez-tez yerini dəyişdirirdi. `Dövlət Araşdırma Bürosu` adını almış ölüm dəstələri isə Amin müxaliflərini aradan götütür, işgəncəyə məruz qoyur və çoxunu da şikəst edirdi. Ölkədə Anqlikan kilsəsi baş yepiskopu, Uqanda bankı rəhbəri və bir çox nazir birbaşa Aminin adamları və özü tərəfindən öldürüləcəkdi.

İrqçiliyi iqtisadiyyatı çökdürdü

Diktatorların çoxu kimi Amin də `doğuşdan iqtisadiyyatçı` idi. 1972-ci ildə `İqtisadiyyatı əllərində saxlayıb uqandalıları kasıb etmək` iddiasıyla Uqandadakı asiyalı əhaliyə qarşı iqtisadi müharibəyə başladı. Bu eyni zamanda İngiltərəyə də meydan oxumaq idi. Çünki asiyalılar ingilislər tərəfindən ölkəyə gətirilmişdi. Onlar zamanla ticarət və ictimai sektorda önəmli bir yer tutmuşdular. Amin ingilis pasportu daşıyan, eyni zamanda uqandalı olan 70 min nəfərlik bu asiyalı qrupun üç ay ərzində ölkəni tərk etməsini əmr etdi. Tərk etdilər. Geridə buraxdıqları Amin tərəfdarlarına paylanıldı. Anti-demokrat rejimlərin hakim olduğu başqa ölkələrdəki kimi həyata keçirilən sərmayə transferi bu Afrika diyarında da bir işə yaramadı. Naşı əllərə düşən iqtisadiyyat və ictimai xidmət yerdə sürünməyə başladı. Idi Amin 1972-ci ildə minlərlə hindli və pakistanlını deportasiya etməsinin səbəbini `Qəlb gözüylə Allahı gördüm. Mənə Uqandanı xilas etmək istəyirsənsə bütün xariciləri ölkəndən çıxart dedi` sözləriylə izah etdi...

Amin İngiltərəylə körpüləri yandırdı və ingilislərə aid bir sənaye obyektini milliləşdirdi. Ölkəsindəki israilli hərbi mütəxəssisləri də deportasiya etdikdən sonra üzünü Liviya lideri Muammer Qəddafiyə və SSRİ-yə çevirdi.

Aminin bir əli Fələstin Azadlıq Təşkilatının üzərində idi. Israillilərin boşaltdığı binanı fələstinlilərə vermişdi. Belə ki, fələstinli döyüşçülərin 1976-cı ildə qaçırdığı israillilərlə dolu olan Air France təyyarəsini Uqandaya endirməsində barmağı olduğuna inanılırdı. Fələstinlilər Entebbe hava limanından israillilərlə bazarlıq edərkən israilli xüsusi dəstələrin bir hücumuyla sərnişinlər azad edilmiş, Uqanda hava qüvvələrinə aid təyyarələr də məhv edilmişdi. Aminin diktatorluğu ancaq və ancaq xalqını əzməyə yetmiş, başqa diktatorluqlarda olduğu kimi həqiqi bir güclə qarşılaşanda xarizması çox pis pozulmuşdu.

Devirəni devirərlər

Bütün bunlara baxmayaraq Aminin`məzlum ədəbiyyatı` xüsusilə afrika xalqları arasında populyarlığını artırmışdı. Dəmir yumruq siyasətini sürətləndirərkən uqandalı diktatorun paroniyaklığı daha da artırdı. Məşhur dərgilər tez-tez Aminin adamyeyənlik etdiyini, düşmənlərini yediyini iddia etsə də bununla bağlı hər hansı dəlilə rast gəlinməmişdir. Bununla belə həkimlər Aminin duyğusal hərəkətlər və məntiqsiz davranışları nəticəsində `hypomania` xəstəliyə tutulmasını deyirdilər. Fiziki görünüşlə də qürur duyan diktatorun ən çox sevdiyi cümlə isə bu idi: "dünyadakı ən gözəl üzə sahibəm. Anam və digər bütün qadınlar belə deyir!” hər səfər daha da artığını söyləyirdi. Etdiyi biabırçılıqlar dünya mediasında özünə tez-tez yer tapırdı. Dövlətlərarası dəstəyi azalmağa başlamışdı. Ölkədə olub-bitəndən xəbəri olan Amerika 1978-ci ilə kimi buradan qəhvə almağa davam edirdi. Zatən soyuq müharibə dövründə SSRİ-yə qarşı çıxan bütün diktatorları şokoladla bəsləyən ABŞ-ın Uqandadakı adamına verdiyi dəstək tək bununla bitmirdi.

Aminin də qonşu torpağına sulanması digər diktatorlar kimi çox da gecikmədi. 1978-ci ildə Liviya qüvvələrinin dəstəyi ilə Tanzaniyanın Uqandayla sərhədi olan şimal vilayəti Kageranı işğal etməyə cəhd etməsi Aminin sonu oldu. Tanzaniya qüvvələri Uqandaya girdi. Fürsətdən istifadə edən Uqanda ordusunun içindəki üsyançı güclər paytaxt Kampalanı ələ keçirdi. Amin dərhal Liviyaya qaçdı və müəllimi Qəddafinin yanına getdi. On il Liviyada yaşadıqdan sonra ölənədək yaşayacağı Səudiyyə Ərəbistanına sürgünə getdi. Ömrünün son günlərində keçi və toyuq bəsləmiş, tərəvəz yetişdirmişdi. Etdiklərinə görə ən azından bu dünyada cəzasını almayan diktatorlar karvanına qatılaraq 78 yaşında öldüyü Səudiyyə Ərəbistanında tələm-tələsik dəfn edildi.

Ölkəsində hippiliyi və dəyişik geyimlərin geyilməsini qadağan etməsiylə güldürdüyü kimi, acımasız əməlləriylə də dəhşət saçmışdı. Şübhəsiz ki, tarix onu bütün yönləriylə xatırlayacaq. Hər şey unudulsa da Uqandanın talesizliyini izah edən bu cümləsi heç unudulmayacaq:
"ölkədən ayrıldığımdan bəri Uqandada insan haqlarına sayqı göstərilmir.”

Rəqiblərini rinqə dəvət edərdi

Idi Amin düşməni Tanzaniya prezidenti Julius Nyerreyni aralarındakı mübahisəni həll etmək üçün rinqə dəvət etmişdi. Bir qolunu çiyninə bağalayaraq döyüşməyi də təklif etmişdi. 1981-ci ildə ağır çəkidə eks çempion Məhəmməd Əlini rinqə dəvət etmişdi: "Döyüş Liviyada olacaq. Qan qardaşım Qəddafi hakim, Ayətullah Xomeyni spiker, Yasər Ərəfat isə məşqçi olacaq.”

Adamyeyən idi?

Haqqındakı adamyeyəm iddiası heç zaman gündəmdən düşmədi. Özü də ingilis ordusunda xidmət edərkən Mau mau qəbiləsi tərəfindən əsir götürüləndə ona zorla insan əti yedirdiklərini söyləmişdi. 33 uşağı və beş qadınla evli olan Aminin arvadlarından birinin cəsədi maşında parçalanmış halda tapıldı. Xidmətçiləri sarayın soyuducularında insan başları gördüklərini söyləsə də bunlar doğru olmadı.

Taxtla gəzərdi

İdi Amin hakimiyyətdə olarkən dörd ağ ingilisin daşıdığı taxtla gəzərdi. Beləliklə, afrikanı yağmalayan ağ irqdən intiqam alırdı. Keçmiş sahibi olan ingilislərə nifrəti bununla bitmirdi.

Özünü ingilislərin ən yüksək medallarından olan " victoria medalı” ilə mükafatlandıran Amin 1976-cı ildə getdiyi Şimali İrlandiyada ` Şotlandiya azadlığı` üçün mücadilə etdiyi bildirərək "İngilis Millətlər Cəmiyyətinin başında Kraliça deyil, mən olmalıyam” demişdi. Özünü ` Şotlandiya kralı` da elan edən Amin 1975-ci ildə Səudiyyə Ərəbistan kral ailəsinin üzvlərindən birinin cənazə mərasiminə şotland kişilərinin geyindiyi `kelt`lə qatılmışdı.

Hər ölkədə ölməli insanlar olmalıdır

Qurbanlarının sayı tam bilinməsə də təxminən 300-400 min arasında insanı qətlə yetirdiyi bildirilir. Aminin yaxın dostlarından Səhiyyə Naziri Henry Kyemba " Amin özü belə neçə adamın qətlinə fərman verdiyini bilmir” deyirdi. Uqandanın `Böyük atası` (Amin özünə bu adı vermişdi, nə də olsa xalqın atası idi) isə bu cinayətlərə belə izah verirdi: "Hər ölkədə ölməyi lazım olan adamlar olmalıdır. Onlar sabitliyə və ədalətə çatmaq üçün hər ölkənin qurbanlarıdır. ”

Hitlerə heyran idi

Uqandanın manyak diktatoru eyni zamanda Hitler heyranı idi. 1972-ci ildə BMT –nin baş katibinə yazdığı məktubda "Hitler 6 milyon yəhudini qaz otaqlarına göndərsə də bunu yəhudilərin dünya xalqlarının mənafesi əleyhinə çıxdığına görə etdi.” demişdi.

Amerikanın qucağındakı diktator

Amin Afrikadakı müstəmləkəçiliyin buraxdığı dağıntıda yetişən diktatorlar arasında ən çox səs gətirəni idi. 1950-ci illərdə Keniyadakı Mau Mau üsyanından sonra qurulan düşərgələrdə acımasızlığı ilə seçilmişdi. Burada ona verilən ad` boğucu` idi. Ingiltərəyə sədaqəti və kommunistlərə qarşı bəslədiyi nifrət onu o dövrün qərbli super güclərin gözündə inanılası müttəfiq etmişdi. Hər nə qədər qərbli siyasətçilər öz aralarında ona `kloun` desə də xalqını güldürmədiyi dəqiq idi... İngilis və Amerikadan aldığı hərbi yardımla xalqın üzərinə kabus kimi çökmüş, əsgərlərinə MKİ və israillilər təlim keçmişdi. Getdikcə artan tələbləri və Tanzaniyanı işğal etməsi sahiblərini əsəbləşdirməklə yanaşı, gəldiyi kimi silahla devrilmişdi.

" Yeməyiniz bitsə sizə qarğıdalı göndərərəm!”

Ingilislərə yeməklərinin bitəcəyi halda qarğıdalı göndərəcəyini söyləyən Aminin `alicənablığından` amerikalılar da payını alacaqdı. 1976-cı ildə eks ABŞ prezidentlərindən Riçard Niksonu Vatergayt skandalının təsirlərindən qorumaq üçün Uqandaya dəvət etmişdi. Uqanda diktatoru dünya sülhünü də göz ardı etməmişdi. 1979-cu ildə konvensional silahların nüvə silahlarıyla dəyişdirilməsini və nüvə silahının bütün ölkələrə paylanılmasını təklif etmişdi...


Tərcümə etdi: Emin Piri




İmza:
SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK