deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ETİRAF Adalet.az | ETİRAF Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ETİRAF

VƏ YAXUD VAQİF MUSTAFAYEVƏ TƏŞƏKKÜR MƏKTUBU

27406    |   2008-03-12 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən bu gün etirafda bulunacam. Səhv etdiyimi sidq ürəkdən anlamışam. Zərərin yarısından da qayıtmaq xeyirdi. Hörmətli filosofun verilişində olmasa da əlimdəki vasitələrdən istifadə edərək sənətin böyük qüvvəsi qarşısında baş əyirəm. Bazar günü göz qırpmadan, nəfəs çəkmədən məni ekran qarşısında bir saat oturtduqlarına görə. Məni bu verilişə baxmağa dəvət edən Aysel qızıma da təşəkkür edirəm. Son vaxtların ən zəngin saatlarını yaşadım. Bu saatlar məni vadar etdi ki, son iki ilə yenidən qiymət verim. Demək hazırlıq gedirmiş. Demək boş-boş tənqidi süjetlərin, tənqidi yanaşmaların qadağan olunmasında böyük bir məqsəd varmış. Bu iki ildə həmin kanala baxan adamda belə təəssürat yaranırdı ki, ölkədə heç kimin gözündən yaş axa bilməz, axsa da bu, sevinc yaşları olmalıdır. İncidilən, haqqı pozulan bir nəfər də ola bilməz, məmləkətdə evsiz-eşiksiz kimsə yoxdur, hamı saraylarda yaşayır, hətta kanalın xanım aparıcısı belə müsahibə də vermişdi ki, rəhbərimiz problemlərdən danışmağı xoşlamır. Və birdən-birə belə bir cəsarət partlayışı...
   
   Bir qadının timsalında məmləkətin kiçik modelini gördüm ekranda. Simvolların, sətiraltı ifadələrin yardımı ilə nə qədər həyat həqiqətləri üzə çıxdı. Deməli, çox uğurlu bir obraz tapılıb - qəhrəman, əyilməz, halal zəhmətlə dolanan. Və təbii ki, belə səciyyələnmiş adam bu məmləkətdə harda yaşaya bilər - üç-dörd kvadratmetrlik hamamxanada. Harda işləyə bilər - restoranda qabyuyan. Arifə bir işarə də bəsdi. Mən rejissorun nə demək istədiyini həmin dəqiqə anladım. Qabyuyan qadının başında qara şlyapa var, boynunda-boğazında, qulağında, barmağında qızıl-zinyət əşyaları parlayır. Anlamayanlara izah edim - rejissor demək istəyir ki, buralarda qadınlar qaragünlüdürlər. Çünki hansısa rüşvətxor belə qadınların boğazından kəsib yığdıqlarıyla qızıl xəzinə üstündə oturub. Qadının evi niyə yoxdu? Çünki əsgərlikdən xəstə qayıtmış oğlunu müalicə eləmək üçün evini satmaq məcburiyyətində qalıb. Bir neçə cümlə ilə bizim səhiyyə və müdafiə sistemimizdəki eybəcərliklər üzə çıxır. Sənətin gücü deyil, bəs nədir?
   
   Sonra qadın efir həsrəti ilə yaşadığını dilə gətirir - mahnı oxuyur, şer, meyxana deyir. Burdakı incə işarə də məlum - rejissor Azərbaycan efir məkanının oxuyanlar və oynayanlar tərəfindən zəbt olunduğunu bildirmək istəyir, bu şəkildə etiraz edir. Reklam fasiləsinin ötüb keçməsini səbirsizliklə gözləyə-gözləyə seyrə davam edirəm. Qadın intihardan danışır. Deyir nə isə içib özümü dənizə atacam. Burdakı simvollar da hər şeyi açıb göstərir. Rejissor demək istəyir ki, son vaxtlar ölkədə intihar dalğası artıb, özü də intihar edənlər əksər hallarda qadınlardır. Bu günlərdə bir qız da özünü dənizə atmışdı. Son anda polis xilas etmişdi. Həmin hadisə qadının dilinə bu şəkildə qoyulub. Və həm də deyilir ki, dəfn xərcləri çox olduğundan dəniz bütün məsələləri həll edəcək. Görün yas mərasimlərinin ailə büdcəsini dağıtması prosesi necə sadə şəkildə, bir-iki cümlə ilə ifadə olunur. Afərin, alqışlar! Maraqlısı irəlidədir - qadın anasının ölümündən və qardaşlarından danışır. Və həm də deyir ki, içən adamlar öldürdülər onu. Burda yüz faiz beynəlxalq vəziyyətə və bu vəziyyətin içində məmləkətin durumuna işarə var. Ana - yəni Vətən, qardaşlar - yəni bizim strateji müttəfiqlərimiz, içən adamlar - yəni ruslar nəzərdə tutulur. Mən cahil də elə düşünürdüm ki,rejissor rusların burdakı nümayəndəsidir. Çünki axşamacan bolşevik kinoları göstərirdi. Sən demə bir saatlıq verilişdə düşməni darmadağın eləmək də mümkün imiş.
   
   Qadın deyir ki, ölkədə yaxşı adamlar var. Restorana gəlib-gedəndə onlara məktub vermək istəyib, qoymayıblar. Burda da məsələ gün kimi aydındı. Söhbət yuxarılara gedib çatmayan şikayətlərdən gedir. Məmurlar qoymurlar.
   
   Qadın nəvələrindən danışır, deyir ki, nəvələr ona oxşamaq istəyirlər. Mikrofon əvəzi dezodorant götürüb oxuyurlar. Burda da söhbət ondan gedir ki, gələcək nəsil, bizim sabahımız bax bu şəkildə məktəbə getmədən, təhsil almadan əllərinə mikrofon alıb mızıldana-mızıldana qalacaqlar. Bu məmləkətdə nəsə bir yer tutmaq üçün gərək əlində mikrofon tutasan.
   
   Bürclər və ulduzlar haqqında meyxanalar çox maraqlı idi. Yəqin ki, rejissorun bu bürclər altında nəzərdə tutduğu konkret şəxslər var, mən aça bilmədim, çünki bütün bürclərdən danışılmadı. Yalnız bir neçəsinin adını çəkdilər. Əkizlər bürcündən danışanda aparıcını da qeyd etdilər. Həqiqətən aparıcı öz bürcünün özəlliklərinə sadiq ikili kimliyini göstərə bildi - həm filosof, həm də psixoloq. Belə uğurlu tapıntı rejissor konsepsiyasının həlli üçün vacib məqamdı. Aparıcı qeyd etdi ki, "yəqin bu proqramdan sonra çox müzakirə edəcəklər, düzgün anlamayacaqlar. Amma həyat şoudan ibarət deyil". Haqlısan, danışırlar, hətta bəzi ağzıgöyçəklər deyirlər ki, qurma, uydurma söhbətdi. Sən belə söhbətlərə boş ver. Əsas odur ki, dediklərin doğru ünvanlara çatdı və biz gizli məqamları tuta bildik.
   
   Veriliş qadınlar bayramından bir gün sonra efirə getdiyi üçün burda qadınlara ünvanlanmış konkret mesajlar vardı. Yəni müəlliflər bayram günündə qadınlara dedilər ki, reytinq cədvəllərini alt-üst eləmiş bir saatlıq veriliş elə sizin bugünki durumunuzdu. Cəsarətiniz qarşısında baş əyirəm, maestro!
   
   Yaşamış hər hansı bir dövrü qiymətləndirmək üçün vaxt lazımdı. Və dövrün necə adlanacağı da zamandan asılıdır. Deyək ki, bir vaxt nəyisə nəyləsə müqayisə edəndə belə deyərdik - inqilabdan əvvəl və sonra. İndi də mən bu iki ilə qiymət verib demək istəyirəm ki, teleməkandakı inqilabi dəyişmələrə görə Vaqif Mustafayevdən əvvəl və sonra. "Etiraf" proqramında olmasa da bu kiçik yazımda səhvimi etiraf etdim. "Yoxlama" filmindən sonra televiziyadan belə zövq aldığım olmamışdı. Böyük minnətdarlıq hissi və uğurlar arzularıyla


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK