ANA SƏHİFƏ / DÜNYA

YENİ ZELANDİYA ORDUNU KÖMƏYƏ ÇAĞIRDI

43550    |   2020-06-17 14:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ölkə COVİD-19-dan tamamilə canını qurtardığını elan etmiş və bütün yasaqları qaldırmışdı. İki ingilis qadın ölkənin başını yenidən dərdə soxdu.

Deməli belə. İngiltərədən gələn iki qadın karantinə götürülüb. Amma onlar karantin yerindən qaçıblar və həkimlərin hesablamalarına görə, ən azı 320 adamı xəstəliyə yoluxdura bilərlər. Hökumət polisi ayağa qaldırıb, amma tapa bilmirlər. İndi məcbur olub ordunu köməyə çağırıblar.

Kim bilir, bəlkə də İngiltərə Yeni Zelandiyaya paxıllıqdan həmin o iki xəstə qadını bu ölkəyə casus kimi göndərib?




İmza:
SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK