ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi

10143    |   2020-06-06 22:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9.7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Azərbaycan Energetika Nazirliyindən Adalet.az-a verilən məlumata görə, may-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabarınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib.

Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barrel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barrel azaldacaqlar. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını əlavə olaraq, təxminən, 1,2 mln. barrel həcmində ixtisar edəcəklər.

Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.

İclasda çıxışı zamanı Energetika naziriPərviz Şahbazovneft bazarında böhran və tələb-təklif arasındakı disbalansa görə mövcud istehsal məhdudiyyətlərinin uzadılması ilə bağlı qərara Azərbaycanın dəstəyini ifadə edib. Nazir deyib ki, neftə tələbatı artıran iqtisadi aktivlik və bazarda balans bərpa olunana qədər hasilatın tənzimlənməsinə həssas və çevik yanaşma davam etməlidir. "OPEC plus” formatı çərçivəsində neft bazarının sabitləşdirilməsi məqsədli bütün təşəbbüsləri dəstəkləyən Azərbaycan may ayında öhdəliklərinin yüksək səviyyədə icrasına nail olub.”

Müzakirələr zamanı iclasın sədri Səudiyyə Ərəbistanın Energetika naziri şahzadə Əbdül Əziz bin Salman Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.



İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA

Hikmət Hacıyev: “Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”

Qənirə Paşayeva: BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları dəfələrlə öz parlaq ifadəsini tapıb

XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib

Aqiyə Naxçıvanlı: "İlham Əliyevin uğurlu diplomatiyası təkcə Azərbaycanın deyil..."

Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK