ANA SƏHİFƏ / ŞOU-BİZNES

Əməkdar artist canlı efirdə göz yaşı tökdü: “Övladlarım elə bilirdi ki, onları atmışam” - VİDEO

10571    |   2020-06-06 21:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Həyatda elə bir insan yoxdur ki, onun çətinlikləri olmasın. Birinin payına bi raz çox, digərinin isə az düşür. Ona görə deyirlər ki, talelər qəribədir. Bu həyatda çətinliklərim çox olub. Hər şeyə dözmək olar, amma vicdan əzabına yox. İnsanın içi göynəyir”.

Oxu.Azxəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli ATV televiziyasında yayımlanan "Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib.

Proqramda həyat arxivini vərəqləyən sənətçi illər öncə aylarla qastrol səfərlərinə getdiyindən övladlarından ayrı qaldığı söyləyib.

O, uşaqlarına zaman ayıra bilmədiyi üçün vicdan əzabı keçirdiyini bildirərək, göz yaşlarına hakim ola bilməyib: "Buradan analara səslənib deyirəm ki, çalışın, uşaqlarınızı özünüz böyüdün. Ən çox kiçik yaşlarında ana lazım olur. O zaman uşaqlarımdan doymadım. İndi baxıb görürəm ki, böyüyüblər. Özümə sual verirəm ki, o balaca uşaqlarım hara getdi? Övladlarım körpə idi, mən isə çalışıb evə çörək gətirməliydim. Məcbur idim onlardan ayrı qalmağa. Ülkərin (qızı – red.) bir yaşı var idi. Onu anamın, bacımın yanında qoydum. Kərim (oğlu – red.) isə yeddi yaşına kimi yanımda olub. Bilmədim ki, uşaqlarım necə böyüdülər. Aylarla xarici ölkələrdə qastrol səfərlərinə getdim. Uşaqlarım yoxluğumu görüb elə zənn etmişdirlər ki, onları atmışam. Buna görə hər zaman vicdan əzabı çəkirəm (ağlayır). Kərimlə Ülkərin mənə ehtiyacı olanda yanında olmadığım üçün çox üzülürəm. Elə bir vəziyyətə düşürdüm ki, o anda heç balalarım yadıma düşmürdü. Əslində düşür, amma nə edəsən?!”.

Qeyd edək ki, Əməkdar artist Mətanət İsgəndərli boşanan məşhurlardandır. Sənətçinin iki ailə qurmuş övladı var.




İmza:

Bir müğənnidən iki xəbər: “Saxta brend”iddiası və fotolara çökmüş lüks həyat...

“Fotoşop”un növbəti biabırçılığı: Duyğu tənqid edildi

Müğənninin son halı hamını təəccübləndirdi: 7 aylıq hamilə...

İzləyicilər qəti qərar verdi: Əminə və Yeqor böyük eşq yaşayır

Modelin paylaşımı bir neçə saat ərzində yarım milyondan artıq bəyənildi - VİDEO

110 kilodan 60 kiloya qədər “əriyən” aktrisa gündəm oldu

Elzanın başındakı “kolluq” sosial şəbəkədə müzakirələrə səbəb oldu

Azərbaycanlı aktrisa paylaşımı ilə göz qamaşdırdı - VİDEO

Mustafa Sandalın eks xanımı istirahətdə: Paylaşımları gündəm oldu

Model Samirədən Dubay sərgüzəştləri: Bikinidə...

Türkan Şoraydan maraqlı paylaşım: "Üç bacı bir arada. Bacı kimisi yox"...

Emrahdan doğma oğluna hörmətsizlik: Tayfun cavabı gecikdirmədi

SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK