ANA SƏHİFƏ / SİYASƏT

"AŞPA-nın fəliyyətinin az qala ali məqsədi..."

7925    |   2020-06-06 14:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxundu".

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Azər Kərimli deyib.

Azər Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyev tamamilə haqlı olaraq, Avropa Şurası Parlament Assambleyasından başqa bütün nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin Qondarma Dağlıq Qarabağın xunta rejimində keçirilən seçkiləri tanımadıqlarını bəyan etdiklərinə və qınadıqlara diqqət çəkdiyini bildirib:"Avropa Şurası Parlament Assambleyası uzun müddətdir ki, Azərbaycana qarşı ədalətsiz və obyektivlikdən tamamilə uzaq mövqe tutub. Burada təmsil olunan bəzi ölkələrin deputatların faktiki olaraq, bütün fəaliyyətlərini Azərbaycana böhtan atmaq, qərəzli mövqe sərgiləmək üzində qurublar. Belələrini anti-Azərbaycanşünaslar adlandırmaq, düşünürəm ki, daha doğru olar. Son zamanlar AŞPA-nın fəliyyətinin az qala ali məqsədini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq təşkil edir ki, bu da dünyanın bir çox ölkələrində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu və buna qarşı susqunluğun müşayiət olunduğu bir zamanda daha aydın görünür”.
Deputat qeyd edib ki, Avropa Şurası Parlament Asssambleyasının hətta özünün qəbul etdiyi qərarlara əməl etməməsi bu qurumun qəbul etdiyi qətnamələrin kağız parçası olduğunu sübuta yetirir: "Prezident İlham Əliyev öz nitqində ermənilərin Azərbaycana qarşı ekoloji terror həyata keçirdiklərini də vurğuladı. Qeyd edim ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası "Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edib. Sənəddə "Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırması” tələb olunur. Amma, bu qətnamənin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasətini də davam etdirməkdədir. AŞPA isə hətta özünün qəbul etdiyi qətnamənin icrasını belə Ermənistandan tələb etmir, işğalçı ölkənin cinayətkar və beynəlxalq hüquqa sayğısızlıq üzərində qurulan davranışlarına qarşı adekvat addımlar atmır. Bu isə öz növbəsində AŞPA-nın nüfuzsuz bir təşkilata çevrilməkdə olduğunu nümayiş etdirir. Cənab Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, bizə qarşı ünvanlanmış bütün ittihamların təməlində azərbaycanfobiya dayanır”.



İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq

Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”

XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA

Hikmət Hacıyev: “Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”

Qənirə Paşayeva: BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları dəfələrlə öz parlaq ifadəsini tapıb

XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib

Aqiyə Naxçıvanlı: "İlham Əliyevin uğurlu diplomatiyası təkcə Azərbaycanın deyil..."

Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK