ANA SƏHİFƏ / YAZARLAR

Koronavirus və fəsadları... - Zaur Əhməd yazır

2514    |   2020-06-05 07:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son dövrlər Covid 19 virusuna yoluxma hallarında ciddi artım var. Bunun bir sıra səbəbləri var. Birincisi, son günlər əvvəlki dönəmlərdən fərqli olaraq daha çox test götürülür və nəticə etibarı ilə pozitiv çıxanların sayı da çoxdur. Digər tərəfdən, virusun yayılması üçün imkanlar genişdir. İctimai nəqliyyatda, kafe-restoranlarda, küçədə- bayırda insanların davranışı virusun daha geniş yayılmasına əsas verir. Bəli, bizim camaat virusdan qorxmur. İnanmır demirəm ha, qorxmur. Bunun alt səbəbi odur ki, bu camaat daha böyük təhlükələr görüb. O biri tərəfdən, "vəziyyət pisdir, ehtiyatlı olun" deyən hökumətə camaatın inamı qalmayıb. İllərlə yalançı statistikalarla insanları aldadan hökumətə necə etibar eləsinlər axı. Şəxsən mən elan edilən rəqəmlərdən qətiyyən narahat olmuram. Hesab edirəm ki, o rəqəmlər hazırlayıb elan edən qurumların etibarlılığı aşağıdır. Amma vəziyyətin kritik olduğunu qəbul edirəm. Ölkə başçısının verdiyi reaksiya, tutduğu mövqe, sosial dəstək və digər tədbirlərlə bağlı qərarları da bunu deməyə əsas verir. Təəssüf ki, hökumətin reaksiyası və tapşırılan işi səriştəsiz həyata keçirmə mexanizmi insanlarda etimadı o qədər azaldıb ki, cəmiyyəti inandırmaq çətinləşib.

Təbii ki, mənim bu virusun tibbi tərəfi, insanlara verəcəyi zərər barədə fikirlərim elmi əsaslara söykənmir. Ancaq inandığım bir bir məqam var ki, bu virus Azərbaycanda ciddi tibbi fəsadlar törətməyəcək. Buna baxmayaraq, ciddi iqtisadi problemlərin yaradacağına əminliyim var. Təki olmasın, amma onsuz da yöndəmsiz iqtisadi siyasətimizin bu pandemiyadan salamat çıxması az inandırıcı görünür.

Məlum olduğu kimi, karantin qaydaları yenidən sərtləşdirilir, şənbə-bazar evdən çıxma qadağası qoyulur. Niyə? Çünki camaatı başqa cür evə yığmaq, karantinə əməl etdirmək olmur. Bəs bu qədər kampaniyaya, çağırışa niyə diqqət edilmir, niyə inanmırlar? Bax, əsas məsələ budur. Deyərdim ki, bu, pandemiyadan da ciddi məsələdir.

Azərbaycanda cəmiyyətin ayrı-ayrı kəsimlərinin hörmət etdiyi, etimad göstərdiyi institutlar var idi. Məsələn, siyasi partiyalar və liderlər. Son illər siyasi mühit, siyasətə yanaşma, müxalifətə münasibət, müxalifətin özünün davranışları və sair bu institutu sıradan çıxarıb. Əgər 10-15 il qabaq siyasi partiyalarda, liderlərin ətrafında minlərlə, hətta yüz minlərlə adam toplaşırdısa, indi bu rəqəm onlarladır. Yəni, həmin o minlər və yüz minlərə sözünü eşitdirəcək bu institut yoxdur, varsa da, sözünün çəkisi əvvəlki kimi deyil.



İkincisi, ziyalı institutudur. Hardadır ziyalılarımız? Yazıçılar, şairlər, rəssamlar, artistlər, alimlər və digərləri xalqdan uzaq düşdükləri üçün xalq onların sözünə əhəmiyyət vermir. Əslində haqlıdırlar, kimisi zorla, kimisi öz xoşuna, kimisi də tamah ucbatında mövqelərini itirib. Mövqesiz ziyalıya nə etimad olacaq? Ona görə də efirlərə çıxıb "evdə qal", "özünüzü qoruyun" mesajı verən ziyalıların çağırışlarının bir qəpiklik dəyəri yoxdur.

Mediaya da inam o qədər azalıb ki, hansısa sosial şəbəkə fenomeninə daha çox inanırlar, nəinki ciddi media qurumunda yayımlanan xəbərə. Bunun da dərin kökü var, o ayrı məsələdir.

Uzun sözün qısası. Bəs nə etməliyik? Bir fərd olaraq, mənim fikrim odur ki, bu inzibati izolyasiya tədbirləri ilə nəticəyə nail olunmayacaq. Camaatı aylarla, evdə saxlamaq, maska taxdırmaq, aralı gəzmək, spirtləmək mümkün olmayacaq. Artı1 camaat yorulub. Düzü, dövlət də yorulub. Cəmiyyətin böyük əksəriyyəti təhlükənin ciddiliyini anlamır, yaxud anlamaq istəmir. Dövlət isə mümkün ola biləcək riski görür və önləməyə çalışır. Hər halda, çox çətin vəziyyətdir. Necə deyərlər, aşağı baxırsan, bığ, yuxarı baxırsan, saqqal. Hələlik dövlət təhlükəni önləməyə çalışır. Cəmiyyət də təhlükəni anlasa, yaxşı olar. Amma cəmiyyət nə qədər anlayışlı olmalıdır, hara kimi, necə? Axı, hərənin bir problemi var və hökumətin o problemləri həll etmək imkanı yoxdur. Odur ki, çox çətindir və daha çətin olacaq. Hər halda, mümkün qədər dözmək lazımdır, amma hara qədər, onu kimsə bilmir.




İmza:

YAZARIN ARXİVİ

2020-07-07 : ETİBARA BAX !
2020-07-06 : 2294 NƏFƏR!
2020-07-05 : GÜNÜN FOTOSU
SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK