ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb

10542    |   2020-06-03 19:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri və regionlarda yerləşən inzibati binalarında yalnız əvvəlcədən götürülmüş onlayn növbə əsasında vətəndaşların qəbulu həyata keçirilir.

DİM-dənverilən məlumata görə, vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir:

"Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.Son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına baxsaq, "Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğunu müşahidə edə bilərik.

"Şəxsi kabinet” yaradılan zaman parol vətəndaşın özü tərəfindən müəyyən edilir və bu məlumatların qorunub saxlanılması, itirilməməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. İtirilmiş parolun bərpa edilməsi üçün DİM elektron xidmət təqdim etsə də, "Şəxsi kabinet” yaradılan zaman orada qeyd edilməli məlumatların natamamlığına görə insanlar bu xidmətdən yararlana bilmirlər.

Ona görə də bir daha tövsiyə edirik ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin.Bu tip müraciətlərin çoxluğu hazırda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün yaradılmış komissiyaların da fəaliyyətinə mənfi təsir göstərir. Ərizələrini SQK-da təsdiq etdirməli olan insanlar vaxtında bu prosesi həyata keçirə bilmirlər. Bununla əlaqədar SQK-ların fəaliyyət müddətinin uzadılması zərurəti meydana gəlib və ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyun ayının 9-dək uzadılıb (SQK-lar şənbə və bazar günləri fəaliyyət göstərmir).

Məlumatda bildirilir ki, ərizə qəbulunun bitməsinə bir neçə gün qalsa da, I-IV ixtisas qrupları üzrə sənəd verənlərin siyahısı ötən il ilə müqayisədə bu il daha çoxdur. Belə ki, ötən il qeyd olunan ixtisas qrupları üzrə 67837 abituriyent, bu il isə artıq 68527 abituriyent ərizəsini təsdiq edib:

"Digər bir müraciətimiz 6 və ya 7 iyun 2020-ci il tarixlərində imtahan verən abituriyentlər, şagirdlərlə əlaqəlidir. Bu həftəsonu imtahanda iştirak etməli olan şəxslər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər".

3 iyun saat 17:00-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97%-i, Azərbaycan dili imtahanı verənlərin 51%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86%-i Mərkəzin saytında yerləşdirilən "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır".




İmza:

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

Sosial şəbəkələrdə DİM-in saxta səhifə və qrupları yaradılıb

Bakıda 53 şagird respublika fənn olimpiadasının qalibi olub

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ

Bakı Ali Neft Məktəbinin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO

SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK