ANA SƏHİFƏ / YAZARLAR

Pasport fərqi - Emin Piri yazır

20327    |   2020-06-02 09:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ayda bir kərə sosial şəbəkələrdə, saytlarda ədəbi mühitin varlığını müşahidə və analiz günü kimi keçirirəm. Sosial şəbəkələri götürək. Bir çox hallarda bizim yazarlara hansısa əcnəbi pasportu daşıyan şərh yazan kimi "abi"lər, "hocam"lar sözləri sarmaş-dolaş olur. Onların bir şərhi belə cavabsız buraxılmır. Zarafatlarını sosial şəbəkə dili ilə qeyd etsək, smayliklər bulaq gözündən axan suya çevrilir. Amma o əcnəbi pasportludan dəfələrlə üstün olduğuna inandığım azərbaycanlı şərh yazsa, xüsusən də hər hansı statusu yoxdursa, onu görməyəcək. Hətta zarafatlarından ciddilik tələb edəcək. Niyə? Səbəb odur ki, azərbaycanlı yazıçıdır? Əgər istedadına görə onlardan aşağı səviyyədə olan birisi olsaydı anlardım.

Və yaxud götürək bəzi səfərləri. Öz ölkəsində ciddiyə alınmayan ikinci, üçüncü və daha aşağı səviyyəli yazıçıları öz üzərimizdən yuxarıda əyləşdiririk. Onlara hörməti, yanaşmanı özümüzdən fərqli etmək. Xeyr, bu, qonaqpərvərlik də deyil.

Bilirsiniz, bu nədir? Əziklik sindorumudur, bizlərdən olmayan bizdən daha üstündü psixologiyasıdır. "Pasport" fərqinin acımasız etirafıdır.

Əzizlər, sonra deyirsiniz niyə bizi saya salmırlar. Siz özünüzü saya saldınız da, başqası saymadı?

Ədəbi mühitimizdə tez-tez bir-birimizə olan ögeylikdən, qısqanclıqdan, paxıllıqdan danışırıq. Bunu həm istedadlı şəxslər, həm də özünü istedadlı sanan şəxslər dilinə gətirir. Aşağı-yuxarı 90% belə düşünür. Ədəbi gənclikdə isə az qala bunu hamıya şamil etmək olar.

İstedadlıyam, məni görmürlər.

Kitabım çıxdı, haqqında kimsə yazmadı və ya az yazdılar.

Ciddi mətn yazdım, paxıllıqla yanaşdılar, görməzdən gəldilər.

Mən yaxşı yazıram, amma qısqanclıqla yanaşıb, sanki məni tanımırlar görüntüsü yaradırlar.

Adi statuslarıma, ciddi olmayan açıqlamalarıma münasibət bildirənlər şeirimi görəndə yoxa çıxır.

.s...

Hər birimizin şikayətləndiyi, amma bu eqoistləri özümüzdən başqa yerdə axtardığımız sonuna kimi tapmadığımız insanlar bəs harda mövcuddur, harda yaşayır?! Bəlkə elə öz içimizdə, ruhumuzda yaşayır o insanlar...

Bu ögeylər, eqoistlər kimdir axı? Hər şeyi başqalarında axtarmaq, gözləmək doğrudumu? Olmaz ki, içimizdəki eqoist qalasını dağıdaq? Bəlkə başqaları da bizdən kiçik bir jest gözləyir... Sadəcə, barmaq boyda kiçik bir jest...

Öz içimizdəki eqoizmi dağıdaq. Bu qədər eqo ruhumuzu yeyib, olan-qalan istedadımızı da məhv edəcək.

Bilirəm, yenə günahkar ovuna çıxacaqsınız. Başqalarında görəcəyik, axtaracağıq. Kimsə özündə səhv tapmayacaq. Elə isə deyirəm, bu mühitin ən eqoist adamı mənəm. Bütün günahlar məndədir. Bəli, o başqası tapıldı. Rahat ola bilərsiniz. Ruhunuzu sevgiyə təslim edin və bir-birinizə qucaq açın!




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK