ANA SƏHİFƏ / SİYASƏT

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

12850    |   2020-05-28 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi.

Birincisi, XX əsrin əvvəllərində Rusiya imperiyası dağılmışdı. Azərbaycan əsarətdən qurtulmuşdu.

İkincisi, ötən əsrin əvvəllərində müxtəlif dövlətlərdə yüksək ali təhsil alan ziyalı qrupu formalaşmışdı ki, məhz həmin şəxslər müstəqilliyin ideloji əsasını hazırlamışdılar. Üçüncüsü, Bakı daşnak-boşlevik yığnağı tərəfindən işğal olunmuşdu. Paytaxt Bakının işğaldan azad olunması Azərbaycan türkləri üçün qurur məsələsi idi. Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı 1918-ci ilin mayın 28-də Gəncə elan olunsa da, əsas məqsəd Bakını və məmləkətin digər ərazilərini işğalçılardan azad etmək idi və bu işdə qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyin böyük əhəmiyyəti var idi. Nəhayət 1918-ci ilin sentyabrın 15-də Bakı işğaldan və işğalçılardan azad olundu.

Cümhuriyyətin qısa dövründə ordu quruldu, siyasi və iqtisadi, o cümlədən torpaq islahatları həyata keçirildi, Bakı Dövlət Universiteti təsis edildi. Ancaq Cümhuriyyət mürəkkəb dövrdə varlığını sürdürürdü. Ətraf toz duman idi. Birinci Dünya Müharibəsi yenicə bitmiş, Osmanlı dövləti süqut etmiş, Böyük Britaniyanın qoşunları Azərbaycanda yerləşmiş, üstəgən şimal qonşumuz – Rusiyada vətəndaş müharibəsi davam edirdi. Cümhuriyyətimizin süqutu da məhz Rusiyada baş verən hadisələrlə əlaqəli oldu. Bolşeviklər vətəndaş müharibəsində rəqibləri üzərində qələbə çaldıqdan sonra vaxtilə devirdikləri Rusiya imperiyasını başqa formada bərpa etmək qərarına gəldilər. 1920-ci ildə yalnız Azərbaycan işğal olunmadı. Rusiya imperiyasından qopan Polşa və Finlyandiyadan başqa bütün digər ərazilər yenidən işğal olundu.

Bolşeviklər Azərbaycanı işğal etmək üçün müxtəlif hiyləgərliklərdən istifadə etdilər.

Birincisi, rus bolşevikləri Azərbaycanda özlərinə mütttəfiq tapdılar. Təəssüf ki, onların içərisində Azərbaycan parlamentinin millət vəkilləri, hətta Cümhuriyyətin dəniz qüvvətləri naziri də var idi. Onlar Cümhuriyyətin süqutu üçün yeni ağalarına canla başla xidmət etməyə başladılar.

İkincisi, rus bolşevikləri Azərbaycan əhalisini və parlamenti aldatmaq üçün şayihə yaydılar ki, guya Qızıl Ordu Azərbaycandan keçib Türkiyəyə - imperialistlərlə savaşan Atatürk və onun tərəfdarlarına yardıma gedəcək. Bunun yalan olduğu işğalın ilk günündən bəli oldu. Qızıl Ordunun Türkiyəyə yardım etmək kimi planı yox idi.

Üçüncüsü, yeni formalaşan Azərbaycan ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni silahlı qrupları ilə mübarizə aparırdı. Bakıda çox az qüvvələr var idi.

Rus bolşevikləri bütün bu amillərdən istifadə edərək Azərbaycanı işğal etdilər. Ancaq Azərbaycanın hətta güclü ordusu olsaydı və müqavimət təşkil olunsaydı belə böyük ehtimalla Rusiya məmləkətimizi işğal edəcəkdi. Çünki, o dövrdə yalnız Azərbaycan işğal edilmədi.

İndiki Azərbaycan Cümhuriyyətin varisidir. İşğal Cümhuriyyəti və onun bayrağını unutdurmadı, 70 ildən sonra həmin bayraq yenidən dalğalandı. Bu bayrağı ilk olaraq ümumilli liderimiz Heydər Əliyev Naxçıvan parlamentində dalğalandırdı. 1990-cı illərin əvvəllərində Azərbaycan növbəti təhlükə ilə üzləşdi, o zamankı hakimiyyətin yarıtmaz siyasəti məmləkətimizi yenidən uçurum nöqtəsinə gətirdi. Xalqımızın tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi bizi növbəti fəlakətlərdən qurtardı. Sabitlik və inkişaf dövrü başlandı, döyüş bölgəsində uğurlu həmlələr həyata keçirildi, böyük şirkətlərlə "əsrin müqaviləsi” və nefti daşıyacaq boru xətləriylə bağlı sazişlər imzalandı.

İlham Əliyev bu siyasətin ardıcıl davamçısıdır. Möhtərəm prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan hələ indiki qədər güclü olmamışdı. Müstəqil Azərbaycanın sabit inkişafı məmləkətimizi yeni uğurlara aparır. Azərbaycan işğalçı Ermənistandan başqa heç bir yaxın və uzaq ölkə ilə münasibətlərdə gərginlik yaşamır. Əsas amalımız yaxın və uzaq qonşularla qarşılıqlı faydalılıq əsasında əlaqələri inkişaf etdirməkdir. Bu yolda Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Azərbaycan Cümhuriyyəti o dövrün tarixi gedişatı səbəbindən qısa müddət həyatda qala bildi. Hazırki Azərbaycan Cümhuriyyəti isə əbəbidir, bizlər müstəqilliyimizin davamı uğrunda bir daha kimsənin qarşısında baş əyməyəcəyik.

Adil Əliyev

Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri




İmza:

Elmar Məmmədyarov: Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

XİN: Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq

Peskov: “Kreml Boltonun kitabının məzmununu öyrənir”

Rusiya – Belarus ziddiyyətləri pik həddə çatır

Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi

YAP Gənclər Birliyinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirildi

Deputatlardan və mərkəzi aparat işçilərindən test nümunəsi götürüldü

Millət vəkili: “Laqeyd vətəndaşlara “stop” deməyin vaxtıdır”

“Bakı Metropoliteni” Samir Şərifovun fikirlərinə münasibət bildirdi

Könül Nurullayeva: Avropa İttifaqının ərazi bütövlüyü ilə bağlı vahid yanaşması Ermənistanı narahat edir

BMT-dən qaçqın statusu ilə bağlı açıqlama

Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

Milli Məclisdə su təchizatı ilə bağlı dinləmələr keçirilib

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Tural Gəncəliyev: Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizə sahəsində vacib ölkədir

Rəsmi Bakıdan bəyanat: “Qarabağ xalqı anlayışı yoxdur”

Bu gün Putin, Ərdoğan və Ruhani arasında videokonfrans baş tutacaq

Vüqar İsgəndərov: "Sağlamlığımız naminə qəbul olunan qadağalara əməl edək"

Hikmət Hacıyev Dağıstanda saxlanılan azərbaycanlılar barədə danışdı

Hikmət Hacıyev: Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir

SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK