ANA SƏHİFƏ / HADİSƏ

Özünü XDMX-nin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

4874    |   2020-05-28 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, mayın 28-də gecə saat 3 radələrində Yasamal rayonu ərazisində xidmət aparan DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar.

Həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaranmış və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nın əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilmişdir.

E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

Araşdırmalar zamanı o da müəyyən edilmişdir ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş RPŞ tərəfindən də axtarışdadır.

Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.




İmza:
SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK