ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb

17299    |   2020-05-26 20:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış yazıçı, damaturq, ədəbiyyatşünas, tərcüməçi, dirijor, əməkdar incəsənət xadimi, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev haqqında "Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmə istifadəyə verilib.

Trend-in məlumatına görə, Azərbaycan klassik realist dramaturgiyasını dolğun məzmunlu dram əsərləri ilə zənginləşdirən, nəsr əsərləri ilə şöhrətləndirən Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində mühüm rolu olan şəxsiyyətlərdəndir. O, həm Azərbaycan dramaturgiyasını və bədii nəsrini, həm də satirik publisistikanı yeni və orijinal mövzularla zənginləşdirmişdir.

Özbək dilində istifadəyə verilmiş "Abdurahimbek Haqberdiyev” adlı bölmədə ədibin həyatı, yaradıcılığı, yaratdığı əsərlər, bütövlükdə ədəbi fəaliyyətinə nəzər salınmış və bu haqda məlumatlar öz əksini tapmışdır.

Bundan başqa, bölmədə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycanın Şuşa şəhərində səhnəyə qoyduğu əsərlər haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan "Molla Nəsrəddin” jurnalında Haqverdiyevin dərc edilən hekayə və felyetonları ona şöhrət qazandırır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə görkəmli yazıçı, dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim "Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar il ərzində Özbəkistanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi "Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə "Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürrəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.

Vikipediyada özbək dilində yaradılmış Əbdürrəhim bəy Haqverdiyev haqqında bölmə iləBURADANtanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.




İmza:
SON XƏBƏRLƏR
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK