ANA SƏHİFƏ / GÜNDƏM

Rəşad Mahmudov: Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir

4867    |   2020-05-23 19:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda son günlərin statistikası pandemiyanın "ikinci dalğası”nın yetərincə real olacağını göstərir.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda koronavirusun ikinci dalğası da ola bilər və düşünürəm ki, biz buna hazır olmalıyıq:

"Qeyd etdiyim kimi, hökumətimiz, dövlət qurumlarımız və həkimlərimizin son dərəcə gərgin əməyi nəticəsində virusa yoluxma halları və onun miqyası maksimal dərəcədə azalıb. Bununla belə, vətəndaşlarımıza bir daha tövsiyəm budur ki, arxayınlaşmasınlar, sanitar-gigiyenik qaydalara ciddi riayət etsinlər, karantin rejimi çərçivəsində hərəkət etsinlər və yayılan şaiyələrə də uymasınlar. Bu ağır günlərdə bizim müstəqil dövlətimiz öz vətəndaşının yanındadır. Vətəndaşımız da öz dövlətinin yanında olmalıdır".

Deputat bildirib ki, karantin rejiminin yavaş-yavaş yumşaldılması, məhdudiyyətlərin xeyli qisminin aradan qaldırılması, hələ həyatımızın tam normal axara düşməsi demək deyil. Dünyada sanitar-epidemioloji vəziyyət və bu sahədə beynəlxalq ekspertlərin rəyini nəzərə alsaq, biz arxayın olmamalıyıq:

"Təəssüf ki, dövlətimiz və hökumətimizin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq, ölkəmizdə hələ də bu təhlükəli virusa yoluxanlar var. Doğrudur, qəhrəman həkimlərimizin səyi nəticəsində bizdə başqa ölkələrə nisbətən ölüm hallarının faizi çox aşağı, sağalanlar və evə buraxılanların sayı daha çoxdur. Lakin təhlükə tam aradan sovuşmayıb və bunu əhalimiz də düzgün dərk etməlidir. Bəzən insanlar arasında "koronavirus yoxdur!”, "koronavirus bir oyundur!”, yaxud da "bu virus bəzi hegemon dövlətlərin dünya əhalisinə repressiv tədbirləri üçün lazımdır!” və s. bu kimi fikirlər və şayiələr dolaşır. Sosial şəbəkələrdə bu barədə qeyri-sağlam düşüncələrə, hətta aqressiv ittihamlara da rast gəlirik. Qərbdə belələrinə "koronaidiotlar” deyilir və onlara qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər də görülür.

Qeyd edim ki, virusdan qorunmaqla bağlı qaydalara və metodiki göstərişlərə əməl etmək hamımızın borcudur. Kimsə düşünməsin ki, ona heç nə olmaz. Mən mətbuatda və televiziyada dəfələrlə bəyan etmişəm ki, virus çox qorxuludur və hər kəs yoluxa bilər. Bizim sağlam həyatımız ətrafımız, ailəmiz, övladlarımız, vətəndaşılarımız və dövlətimiz üçün vacibdir. Buna görə də hər bir kəs öz məsuliyyətini ciddi dərk etməli, Operativ Qərargahın göstərişlərinə düzgün əməl etməlidir. Xüsusilə ictimai yerlərdə, nəqliyyatda məsafə saxlanılmalı, maskalardan istifadə edilməlidir".




İmza:

Firdovsi Umudov: “5-ci kolon”a xidmət edənlər barəmdə təxribata cəhd edirlər”

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

Kim yaxşı dədəsini sizə verəcək? - Rəsulzadə ilə Nərimanovu söyənlərə

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb - VİDEO

Rəşad Mahmudov: Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

Dövlət başçısına yazırlar: Bu çətin günlərdə xalq-Prezident həmrəyliyi Sizin güclü lider olduğunuzun göstəricisidir

Sahibkarlıq subyektlərində monitorinqlər aparılır

UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq

Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK