ANA SƏHİFƏ / DÜNYA

İrandan İsrailə təhdid: "Kökündən yox ediləcək"

3530    |   2020-05-22 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fələstin probleminin günahkarları I Dünya müharibəsindən sonra Osmanlı dövlətinin Asiyadakı torpaqlarını aralarında paylaşan qərb dövlətləridir.

Adalet.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei "Qüds Günü” münasibətilə etdiyi çıxışında deyib.

Dini lider çıxışında Birləşmiş Millətlər Təşkilatının Fələstin və Yəməndəki müsəlmanların mühafizəsinə dair vəzifələrini yerinə yetirmədiyini bildirib.

"BMT və beynəlxalq insan haqları təşkilatları müsəlmanların qorunması müzakirə mövzusu olanda funksiyalarını yerinə yetirmir. İnsan haqları təşkilatları da ölüdür”.

ABŞ-ın əsas siyasətlərindən birinin İsrailin bölgədəki mövqeyini normallaşdırmaq olduğunu söyləyən Xamenei bölgədə Amerikanın kökləri kimi hərəkət edən bəzi ərəb toplumlarının da iqtisadi əlaqələr və bənzər şeyləri qıraraq bu normallaşdırmaya şərait yaratdığını deyib: "Bu təşəbbüslər tamamilə yararsız və boşdur. Sionist rejim ölümcül xərçəngdir və bu bölgəyə zərərlidir. Şübhəsiz, kökündən qoparılıb yox ediləcək”.

O, Fələstinə azadlıq bəxş etməyin İslami vəzifə olduğunu dilə gətirib.

Xamenei İranın Fələstinə silah yardımı göndərdiyini də etiraf edib.



İmza:

Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın”

Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə rejim ləğv edildi

Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi

Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələri 1 458 terrorçunu zərərsizləşdirib”

Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb

Ermənistanda koronavirusa yoluxanların sayı birdən-birə artıb

Tramp: Putin mənim yenidən prezident seçilməyimi istəmir

Əşrəf Qani: Taliblərin həbsxanalardan azad edilməsi bərpa olunub

Honq Konq polisi 120-ə yaxın etiraz aksiyası iştirakçısını saxlayıb

Moskvada koronavirusa yoluxma halları rekord səviyyədə aşağı düşüb

Aeroportlarda yeni qaydalar: Vidalaşmağa gələn qohumlar buraxılmayacaq

İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK