ANA SƏHİFƏ / YAZARLAR

Vəzifə - İradə TUNCAY yazır

67539    |   2020-05-30 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Miladi təqvimlə 2020- ci ilin may ayında, dərya kənarında bir məmləkət… Ya da hicri təqvimlə 1441- ci ilin Ramazan ayında, yenə eyni məkanda… Əslində bunu demək istəmirdim – nə zamanın, nə də məkanın fərqi olmayacaq. Məkan Şərqdədisə… İnkişaf yoxdu… Təbii, deyirik biz Şərqdə ilk cümhuriyyət qurmuş bir ölkəyik. Amma… Nə demək istəyirdim??? Karantin günləri beynimi qarışdırıb…

Neçə illərdi Şərq yiyəsiz itlərin durumundadı. Hərə bir daş atır. Neçə milyard əhalisi olan bu böyük planetdə yaşamağa yer, içməyə su tapmayan, vətənində vətənsiz qalan millətlərin hayqırtısını heç kim eşitmir. Super millətlərin super maraqları üzündən qaçqın düşərgələrində yaşayıb öz halal haqqını tələb edənə terrorçu deyirlər. Böyük dövlətlərin də, böyük adamların da prinsipi budur. Amma günlərin bir günü qaralar da zəncirini qırıb yaşam haqqını istəyə bilər. Tale birinə süpürgə verir, birinə hakimiyyət. Amma bəzən taleyin ironiyası yerdəyişmələr də edir. Çinin sonuncu imperatoru bir vaxtlar taxtda oturduğu sarayın həyətini süpürməyə məhkum olunmuşdu. Günlərin birində onun da güvəndiyi dağlara qar yağdı. Allahım, niyə kimsə ibrət almır?

Abşeronda bitən-qurtaran Qafqaz dağlarının son zəncirlərin xatırlayıram. Böyük zirvələrin ətəyinə yapışıb sıralanan təpələr nədənsə mənə qoluzorlu adamın çoxsaylı qohum-əqrəbasını xatırladır. Amma vulkanik proseslər davam edir. Təbiətdə də, cəmiyyətdə də. Sahibsiz, yiyəsiz itlərə daş atmayın, dağlara bəzən qar da yağır.

***

İndinin indisində bütün parametrlərə cavab verə biləcək kadr qıtlığı mövcuddur. O ki ola XX əsrin başlanğıcında, əhalinin böyük əksəriyyətinin hətta yazmağı-oxumağı bacarmadığı bir dövrdə dövlət yaratmaq fikrinə düşəsən. O vaxt da, lap indi olduğu kimi müxtəlif istiqamətlərə meyllənən qüvvələr mövcud idi. Rusiya yönümlü, Avropa yönümlü, Osmanlı, İran yönümlü. Üstəlik də dünya yenidən bölüşdürülməyə çalışılırsa, sən də bu dünyada "yağlı tikə" statusundasansa necə olacaq? Təbii, cümhuriyyəti yaradanlar ağır yükün altına girmişdilər. Tam olmayan iki ildə onların çəkdiyi əziyyət heç nə ilə müqayisə olunası deyil.

Müstəqillik elan etməklə ADR beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrilmişdi. Və Rəsulzadə öz çıxışlarında dəfələrlə qeyd etmişdi ki, Azərbaycan məsələsi beynəlxalq bir məsələdir. Bu gün dünyada baş verən hadisələrin fonunda bu sözlərin nə qədər doğru deyildiyinə bir daha əmin oluruq. Bu dövləti quranların hər biri partiya mənsubiyyətindən, meyllərindən asılı olmayaraq böyük arzu və ideallarla yaşayırdılar. Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində yazırdı:
"Azərbaycan cümhuriyyətinin əsas idarəsi, bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanılırdı. Kişi-qadın, müsəlman-xristian, türk-türk olmayan, cins və milliyyət fərqi qoymadan, varlı-kasıb, sahibkar- işçi, torpaq sahibi-muzdur, öyrətmən-tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqına sahib idilər. Burda bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənginliyi üçün alçaldılırdı. Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə də yox idi. Parlament hakimi - mütləq idi. Burada Avropada tətbiq edilməyən həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu”.

Bu fikirlərə inansaq düşünmək olar ki, o zaman Azərbaycanda utopik sosialistlərin belə xəyalına gətirə bilməyəcəyi bir rejim qurulmuşdu. Amma arzu və ideya bir şeydir, həyat - başqa bir şey. Ordusu və dövlətçilik tarixi olmayan bir məmləkətdə bütün bunları yaratmaq üçün uzun zaman lazım idi. Və nəzərə alsaq ki, bu məsələlərin həllində müttəfiq demək olar ki, yox idi, hər kəs enerji ehtiyatları ilə zəngin bu ölkədən nə isə qoparmağa çalışırdı, onda beynəlxalq münasibətlər müstəvisində də vəziyyətin nə qədər gərgin olduğu aydın görünür.

Yoox, bu da deyil…Nə demək istəyirdim???

***

Vəzifə… Bir şəxsin üzərinə qoyulan və onun mütləq yerinə yetirməli olduğu iş; borc...

- Hansı dildən keçib dilimizə bu söz? -soruşuram. Ərəb dilindən deyirlər. Təbii – fikirləşirəm, Şərq aləmində dövlətçilik terminləri əksərən ərəb dilindən gəlib. Amma "vəzifə”yə təkcə dövlətçilik termini kimi baxmayaq da. Bunun bir "borc” semantikası da var axı.

Köhnə vaxtlarda (sovetin köhnəsi) Mədəniyyət Nazirliyində ziyafət vaxtı görkəmli aktyorumuz Şahmar Ələkbərovu nazirə təqdim edirlər. Bu filankəsdi, filan rolları oynayıb və sairə... Alınır sənətkar. Cəsarətli olmaq üçün yardım edir özünə və deyəsən, artıq olur dozası... Qayıdır nazirin yanına və indiyə qədər ürəyinə yığışmış çox sözləri deyir ona. Deyir ki, sənin vəzifəndi məni tanımaq!!! Görünür, nazir də mədəni adammış, çox ağartmır söhbəti...

Amma təbiidi aktyorun reaksiyası – nazirə borcunu yada salır.

***

Məndə belə bir təəssürat var ki, yaşadığımız dövr Yer kürəsinin indiyə qədər keçib gəldiyi inkişaf yolunun bütün özəlliklərini özündə cəmləşdirib. Ətrafımızda dinozavrlar da var, birhüceyrəlilər də, həşəratlar da. Güclülər zəifləri yeyir. Uyğunlaşa bilib rəngdən-rəngə düşə bilənlər xəta-bəlanı öz üstlərindən sovuşdura bilirlər. Kaynozoyun son dövrü insanın yaranıb formalaşdığı dövrdü - antropogen. Alimlər yəqin ki, elmi araşdırmalara əsaslanıb fikir yürüdürlər - yeni dövr yeni yaranacaq məxluqatların adı ilə adlandırılacaq. Siz bilən nə ola bilər?

Otuz ildən çoxdur ki, laboratoriyalarda yetişdirilən klonlar, mutantlar yeni dövrün canlıları olacaq kimi görünür. Və kim zəmanət verə bilər ki, ətrafımızda gördüyümüz, hər gün salamlaşıb hal-əhval tutduğumuz klon deyil. Kim zəmanət verə bilər ki, bura elçi, səfir, missioner adı ilə gələnlər mutant deyil. Böyük dövlətlər bütün eksperimentləri, təcrübələri bizim üstümüzdə keçirirlər. Bütün xəstəlikləri, bütün dərmanları bizim üstümüzdə yoxlayırlar. Çox ola bilər ki, yeni dövrün məxluqatlarının ətraf mühitə uyğunlaşmasını da bizim vasitəmizlə öyrənsinlər.

Dedim ki, dövrümüz əvvəlki coğrafi dövrlərin özəlliklərini saxlamaqdadır. Mezozoyda dinozavrlar yaşayıb, kaynozoyda bizlər. Onlardan çoxmu fərqlənirik? Robot düşüncəli, dinozavr iştahalı, buqələmun xislətli canlılar yeni dövrün canlıları sayıla biləcəkmi? Zəmanənin rejim, formasiya dəyişmələrinin şokundan hələ özümüzə gələ bilməmişik. Hansı dəyişikliyin bizə xeyiri olub ki? Alimlər deyirlər yeni dövr gəlir. Bir təskinlik var - fərziyyələrə görə, dinozavrlar, mamontlar çox yekə olduqlarından məhv olublar, bir dövrdən o biri dövrə keçə bilməyiblər. Yəni nə demək istədiyimi anladınız. Bəzi hallarda xırım-xırda olmağın da faydası var.

***

Üzündən oxuya bilmir, nitqi yoxdu, ümumiyyətlə, heç nədən xəbəri yoxdu. Hə, ən önəmlisi, şəxsiyyəti yoxdu. Quldurdu şıq geyimli. Və yüksək kürsüdən xitab edir bizlərə. Və barışıq yaşayırıq bunlarla. Və sonra məlum olur ki, talançı imiş... Nə demək istəyirdim??? Bu da deyil..

***

Yevgeni Şvartsın əsəri əsasında bir film çəkib Mark Zaxarov – «Əjdahanı öldürmək». Qısacası belədi. Bütün günü özünü xoşbəxt göstərən şəhər əhalisinə bir əjdaha qənim kəsilir. Lanselot adlı bir cəngavər əjdahanı öldürmək qərarına gəlir. Əjdaha onu yanına çağırıb deyir ki, bunu niyə eləyirsən, görmürsənmi onlar öz hallarından necə xoşbəxtdilər? Mənəviyyatları necə şikəstdi? Lanselot deyir ki, onları şikəst eləyən sənsən, mən səni öldürəcəm və hamı xilas olacaq. Əjdahayla vuruşur və qələbə çalır. Bütün şəhər toy-bayram eləyir və şəhərin burqomisterinə dua eləyirlər ki, əjdahanı o öldürüb. Lanselot deyir ki, axı siz gördünüz, o əjdahanı mən öldürdüm?! İnsanlar cavab verirlər ki, bunu biz evdə deyə bilərik, küçədə yox. Və Lanselot başa düşür ki, insanların hərəsinin içində bir əjdaha var, o, həmin əjdaha ilə mübarizə aparmalı, onu öldürməliymiş. Burda hər adamın içində bir əjdaha var və o əjdahaları bir-bir öldürmək mümkün deyil.

Deyəsən, bunu demək istəyirdim…Vəzifə bu olmalıdı…




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK