ANA SƏHİFƏ / İDMAN

Mahir Şükürov: “O, lotoda uduş kimi maqnitofon, video, tozsoran qoyurdu”

4463    |   2020-05-21 21:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Millimizdə Karlos Alberto Torres baş məşqçi işləyəndə futbolçular üçün loto yarışlarınıtez-tez keçirərdi”.

BunuOxu.Az-a millimizin sabiq futbolçusu Mahir Şükürov deyib.

2004-cü ildə millimizin Latviyanın paytaxtı Riqaya səfəri zamanı mərhum braziliyalı məşqçinin futbolçularımıza loto yarışı keçirməsinin görüntüləri yayılıb.

Şükürov bunun ənənəvi hal olduğunu bildirib:

"Biz milli ilə hər təlim-məşq toplanışında loto oynayırdıq. Futbolçular həvəslənsin deyə, uduşa hər şey qoyurdu. Belə bir təklifin baş məşqçi və ya köməkçiləri tərəfindən gəldiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, çox əylənirdik. Oyundan qabaq həyəcanımız qalmırdı.

Bakıda oteldə qalarkən oyunlara uduş kimi maqnitofon, video, tozsoran qoyurdu. O vaxt video, maqnitofon hər adamda olmurdu. Amma Torres təşkil etdirirdi. Çox maraqlı idi. Riqaya bu boyda əşyaları apara bilməzdi. Ona görə də səfərlərdə uduşların əşyası da kiçik olurdu”.

Avropa çempionatına vəsiqə qazanmış Latviya ilə 2:2 hesabı ilə başa çatan oyundan öncə loto yarışının qalibi Mahmud Qurbanov, Emin Ağayev və Ruslan Musayev olub. Hazırda "Neftçi”nin əvəzedici komandasının baş məşqçisi olan Mahmud Qurbanov loto yarışının qalibi kimi AFFA-nın boşqab suvenirini udub. Bəs lotoda ən çox bəxti gətirən kim olub?

"Ən çox Emin Ağayev qalib gəlirdi. Rafael Əmirbəyov, Qurban Qurbanov, Mahmud Qurbanov da lotonu yaxşı oynayırdı. Mən isə heç vaxt qalib olmamışam”, – deyə Mahir Şükürov bildirib.




İmza:
SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK